back page

SON NAMƏ

 

Kitabımızın axırında dua üçün Allahın dərgahına əllərimizi qaldıraraq deyirik: "Xudavənda! Ömrümüzü sənin yolunda fəda olmağa sövq et, din və əqidə uğrunda şəhid olmaqda qərar ver.

İlahi! Bizi qiyamət günündə həsrət və xəsarət əhlindən qərar vermə.

Ya Rəbb! Sənin yolunu tanımaqda və ona əməl etməkdə, öz lütf və mərhəmətini bizdən əksik eləmə.

Allah! Dünya və axirətdə öz lütf və mərhəmətini bizdən əsirkəmə!

Pərvərdigara! O gün ki, pərdələr kənara çəkiləcək, əməl dəftərləri açılacaq, bizi xəcalətli etmə.

İlahi! Ölümün əvvəlini bizim üçün ilk rahatlıq, qiyamət gününü isə işıqlı və xoş gün kimi qərar ver.

Xudaya! Bizi məaddan və qiyamətdən qəflətdə qoyma.

İlahi! Dünyanın hər bir nöqtəsində xeyir iş olsa, bizi onlara şərik qərar ver.

Ya Rəbb! Həzrəti Mehdinin ´ mübarək qəlbini həmişə bizdən razı qərar ver.

Xudaya! Dünyada günahlarımıza ağladığımız gözləri, qiyamətdə şəfaət müjdəsi ilə küldür.

İlahi! Sənə layiq olmayan ibadətlərimizi bizdən qəbul et!

Pərvərdigara! Məişətimizə daimi, minnətsiz halal ruzi nəsib et.

Ya Rəbb! Din, vətən, məslək uğrunda qurban gedən şəhidlərimizi rəhmətə qərq et, onların ruhlarını bizə duaçı, şad və qəbirlərini nurlu elə!

Pərvərdigara! Məzlum müsəlman xalqına nicat ver, dinimizin, xalqımızın düşmənlərini sirati-müstəqimə hidayət elə. Hidayət olmasalar, onları məhv və zəlil, xar et!

Amin, ya Rəbbəl-aləmin!

 

Home page book