"Qiyamət səhnəsində" insanların hazır olmaqlarını Qur`an bir neçə ləfzlə bəyan edir. Bə`zi ayələrdə, insanın fərdi surətdə, bə`zilərində isə kütləvi surətdə öz rəhbərləri ilə birgə məb`us olmaqlarından xəbər verir. ("İsra" surəsi, ayə 71)
Bə`zi ayələrdə də oxuyuruq ki, insanlar dəstə-dəstə (qrup halında) meydani-ərəsata daxil olurlar.
Məzmunca eyni olan bu ayələrin bir-birindən fərqli cəhəti, fəqət ondan ibarətdir ki, insanın həyat şəraitində güvəndiyi və arxalandığı vasitələrə (mal-dövlətə, ata-anaya, qohum-aşnaya və s.) əli çatmayacaq və onlardan imdad ala bilmədiklərinə görə tənha və köməksiz qalacaqlar.
Bu kimi məsələlərdən daha da agah olmaqdan ötrü diqqətinizi aşağıdakı hədisə cəlb etmək istəyirik.
Həzrət Rəsuli-Xuda Œ-in səhabələrindən bir nəfər "Nəbə" surəsi, ayə 18 barəsində sual etdi. Peyğəmbər Œ ağladı və buyurdu: "Çox mühüm bir sual verdin!". Sonra belə davam etdi: "Qiyamətdə insanlar bir neçə növdə məhşur olacaqlar:
1-Şayiə yayanlar – meymun surətində;
2-Haram yeyənlər – donuz surətində;
3-"Riba" yeyənlər (faizlə pul alıb, pul verənlər) – başıaşağı və ayaqları yuxarı şəkildə;
4-Ədalətsiz hakimlər-kor olan halda;
5-Alimi bi əməllər – öz dillərini çeynəyən halda;
6-Pis qonşu – əl-ayağı kəsik halda;
7-Xəbərçilər, söz gəzdirənlər – od-alov şö`ləsindən asılmış halda;
8-Əyyaşlar – cəmdəkdən də pis üfunət verdikləri halda.
9-Təkəbbürlü olanlar, lovğa adamlar– oddan paltar geydikləri halda məhşər ayağına çəkiləçəklər. ("Məçməul-bəyan" və "Safi" təfsirləri)
Qur`ani-kərimdə oxuyuruq: "O zaman ki, ölülər qəbirlərindən dirilib çıxacaqlar elə bir dəhşətlə çığırıb, bağıracaqlar və bir-birinə elə qarışacaqlar ki, sanki çəyirtkədirlər".
Qur`anın digər bir ayəsində oxuyuruq: "Onlar elə ki, qəbirdən dirilib çölə çıxacaqlar, başlarını itirmiş halda elə sür`ətlə qaçacaqlar, sanki, bir oxdurlar və hamısını bir hədəfə tuşlayıblar".
Allah-taala Öz Peyğəmbərinə belə buyurur: "Qiyamət bərpa olanda insanları məst halda görərsən, həqiqətdə isə onlar məst deyildirlər, fəqət əzab elə şiddətli olacaq ki, öz başlarını itirmiş halda olacaqlar".
Əlbəttə, bu əzab və işgəncələr günahkarlar və kafirlərə aiddir. Təqva əhli və çöhrələrində iman nuru olanlarsa, rahat və əmin-amanlıq içərisində olacaq, heç bir vahimə və nigarançılıqları olmayacaq. ("Hədid" surəsi, ayə 12)
Biz Qur`anda deyilən "insanlar qiyamətdə öz oğul-uşağını, ata-anasını. qohum-qardaşını unudub, yalnız öz haylarında olacaqlar" yalnız kafirlərə aiddir.
Həmçinin o gün əhli-küffarın üzləri qaralacaq və çox mə`yus və peşmançılıq içərisində olacaqlar, iman əhli və xeyirxah işlər görənlər isə üzügülər, nurlu bir simada, bəşarət xəbərini aldıqları halda qiyamət səhnəsində hazır olacaqlar.
O gün, Allahın dərgahında hesab üçün yığışmaq məcburidir və ondan yaxa qurtarmaq heç cürə mümkün deyil, çünki Allahın o günə tə`yin etdiyi mə`murların bir qismi insanları məhşər ayağına qovub aparacaq, bir qismi isə onların əməllərinə şahidlik verəcəklər.
Mərhum Feyz Kaşani çox şərəfli bir kitabı olan "Məhüccətül-beyza"da qiyamətin Qur`anda zikr olunan yüzdən çox adlarını bəyan etmişdir.
Bizim də məqsədimiz o adları burda tək sadalamaq deyil, əksinə, onların vəsfini şərh etməklə qiyamət günü haqqında düşünmək və dərs almaqdır.
Qur`anda qiyamətin adları və vəsfləri aşağıdakı tər-tiblədir:
1-"Yovmə tubləs-sərair"-yə`ni, o gün ki, pərdələr açılacaq və hər bir insanın sirləri faş olacaq;
2-...O gün ki, insanlar hamısı pərvanə kimi pərakəndə, heyrət içərisində bir-birindən ayrı düşmüş və özlərini itirmiş kimi olacaqlar;
3-"Yovmil-məv`ud"-yə`ni, o gün ki, peyğəmbərlər bütün səmavi kitablarda insanlara və`də vermişdilər;
4-...O gün ki, hərə öz hayında olacaqdır və ən yaxın adamlarından da üz döndərib qaçacaq;
5-O gün ki, insan, qabaqcadan qiyamət günü üçün göndərdiyi pis-yaxşı əməllərini görüb, kənardan müşahidə edəcək və günahları gözləri önündə mücəssəm olacaq.
6-Həmin gündə günahkarlara fərman yetişəcək ki, "Ayrılın bir-birinizdən!"
7-O gün ki, "sükut" möhürü ağızlara vurulacaq və heç kimə üzrxahlıq haqqı verilməyəcək.
8-O gün kafirlər üçün ağır, əziyyətli və qüssəli bir gün olacaq.
9-O gün ki, insanlar öz qəbirlərindən sür`ətlə çıxacaqlar.
10-O gün bir çox insanlar başa düşəcəklər ki, onlar dünyada aldanıblar və ömürlərini hədər yerə sərf ediblər.
11-O gün, heç kim başqasına qul və ya ağa olmayacaqdır.
12-Biri digərinin işlərinə dəxalət edə bilməyəcək, nə əmr, nə xahiş, nə göstəriş və nə də məsləhət olmayacaq.
13-O gün, Allah-taala peyğəmbərləri və mö`minləri xar (rüsvay) etməz. Onlar Allahın lütf və mərhəməti sayəsində qərar tutarlar. Bütün iztirab və nigarançılıq günahkarlara məxsusdur.
14-"Yovmul-cəm`" yəni o gün hamının bir yerdə cəm olunduqları gündür.
15-O gün, imanlı (mö`min) kişi və qadınlar həyatda əncam verdikləri nəcib və xeyirxah işlərə görə, çöhrələrində cilvələnən nurun işığı ilə hərəkət edərlər.
15-O gün, labüd və mütləq olası bir gündür.
16-O gün məadı təkzib edənlərin cəhənnəm atəşinə atılacaqları gündür.
17-O gün, qəbirdən dirilib qalxmaq günüdür.
18-O gün, qorxunc, vahiməli sədaların (nə`rələrin) eşidəcəyi gündür.
19-O gün, həmişəlik, əbədi bir həyatın başlanğıcıdır.
20-O gün, kafirlərə və`də verilən gündür.
21-O gün, çox uzun bir gündür.
22-O gün, dərdli, qüssəli gündür.
23-O gün, kafirlərin cəhənnəm odunda yandıqları gündür.
24-O gün, zalımların üzrxahlığı keçməyən gündür.
25-O gün, hamının şəhadət üçün ayaq üstə dayandıqları gündür.
26-O gün, ağızları möhürlü olduqları halda insanlar biri-digərini köməyə çağırarlar, lakin faydası olmaz.
27-O gün, elədikləri hər bir əməlin hesabını verəcəkləri gündür.
28-O gün, həm insanlar biri-digəri ilə, həm asiman əhli yer əhli ilə, həm zalımlar məzlumlarla və həm də insanlar öz əməlləri ilə görüşəcəklər.
29-O gün, sizin uzaq, əlçatmaz hesab etdiyiniz, əslində isə lap yaxın olan gündür,
30-O gün, kafirləri əzab başdan-ayağa, zülmət gecə kimi bürüdüyü gündür.
31-O gün, mal-dövlət və övlad insanlara fayda verməz, onların imdadına yetməz.
32-O gün, zalımlar peşmançılıq üzündən əlini ağzına aparıb dişləyər və fəryad çəkərək deyərlər: "Kaş mən filankəslərlə dostluq etməyəydim, Peyğəmbəri Œ dost tutub, onun buyurduqlarına əməl edəydim!"
33-O gün, təkcə dil yox, hətta əllər və ayaqlar da öz sahibinin əməllərinə şəhadət verəcək.
34-O gün, günahkarlar əməli saleh bəndələrə kənardan baxıb həsrət çəkəcəklər.
35-O gün, hər bir şəxs, öz şər və xeyirli işlərini gözləri önündə canlandıracaq.
36-O gün, üzlər həm ağ və həm də qara olacaq.
37-O gün, şəkk və ya tərəddüd etmək yoxdur.
38-O gün, nicat tapmaq üçün kimdənsə kömək ummaq, yardım diləmək fayda verməz.
Bəli, bütün bu bəyanlar Qur`an ayələrində rast gəldiyimiz "yovm" (gün) gəlməsi ilə əlaqədardır ki, qiyamət günü-nə işarə olunur.
Biz bunların qısa xülasəsini verməklə kifayətlənirik.
Necə ki, Qur`ani-kərimdə oxuyuruq: "Qiyamətdə "məb`us olmaq " (dirilmək) fərdi haldadır, bu mə`nada ki, o gündə Allahdan başqa heç kimdə nicat vermək, köməyə çatmaq qüdrəti olmayacaqdır.
O səbəb və vasitələr ki, dünyada insanların köməyinə çatır, onları müfəssəl surətdə aşağıda sizin xidmətinizə çatdırırıq:
1-Rüşvət və hədiyyələr. Qur`an isə buyurur: "Qiyamətdə günah əvəzi kəffarə, cərimə vermək və ya rüşvət verib qurtulmaq mümkün olmayacaq."
2-Kiməsə güvənmək (arxalanmaq). Qiyamətdə kiməsə bel bağlamaq, arxalanmaq işə keçmir (Yəhudilərdə belə əqidə var ki, heç nəyə baxmayaraq onları guya öz peyğəmbərləri əfv edəcəkdir). Çünki, Qur`an buyurur: "Onlar barəsində şəfaət qəbul olubmayacaq."
3-Üzr istəmək. Dünyada üzrxahlıq bağışlanmağa səbəb ola bilir, amma qiyamətdə əsla yox. Çünki Qur`an belə buyurur: "Qiyamətdə zalım şəxslərin üzr istəməkləri faydasızdır." ("Rum" surəsi, ayə 75)
4-Havadarlıq etmək. Qur`an bu barədə buyurur: "Elə ki, sitəmkarlar qiyamət günü Allahın əzabını gördülər, öz tərəfdarlarından kömək umacaqlar, lakin nə fayda?! O gün hərə öz hayında olacaq!"
5-İmdad diləmək (kömək istəmək). Dünyada sahibkar öz xidmətçisinin əlindən tutub ona kömək edə bilər, qiyamətdə isə belə deyil. Heç kim heç kimə həyan ola bilməz. ("Duxan"-41)
6-Məkr və hiyləgərlik. Dünyada bə`zi hallarda (və, yaxud bir çox hallarda) müvəqqəti də olsa, hiylə ilə bir iş qurmaq olur, qiyamətdə isə belə deyil. Necə ki, Qur`an buyurur: "O gün, hiylə zərrə qədər də olsa, onlara nicat bəxş edə bilməz." ("Tur" surəsi, 45)
7-"Fidyə" (can satın alma). Dünyada elə hallar olur ki, insan həbsdən qurtarmaq üçün bir çox vasitələrə əl atır (Məsələn: "Haqq" verməklə və ya müəyyən maraq üzündən və s. səbəblərə görə biri digərinin günahını boynuna götürməklə). Qur`an isə buyurur: "O gün, heç bir fədakarlıq, heç bir vasitə sizi məs`uliyyətdən qurtara bilməz və güman etməyin ki, artıq "fidyə" verməklə canınızı qurtara bilərsiniz". O gün, insan yalnız özü-özünə cavabdeh olacaq.
8-Var-dövlət və övlad. Qur`anda bir çox ayələrdə oxuyuruq ki, qiyamətdə insan üçün var-dövlət, valideyn üçün övlad heç fayda verə bilməz, yalnız təmiz qəlb və saleh əməl çarə edə bilər.
9-Qohumbazlıq-İnsan hal-həyatından belə bir fürsəti əldən vermir və öz şəxsi mənafeyi üçün öz qohumlarından kifayət qədər istifadə edə bilir, qiyamətdə isə nəinki uzaq qohum, hətta valideyn öz övladının və ya əksinə övlad öz valideyninin dərdinə zərrəcə də olsa, çarə edə bilməyəcək. Necə ki, Qur`ani-kərim buyurur: "...Allah aranızda ayrılıq salar, O, əməllərinizi görür" ("Mumtəhənə", 3)
Nəinki bir-birinə kömək edə bilməzlər, üstəlik insan öz ata-anasından, bacı-qardaşından üz döndərib qaçar. ("Əbəsə", ayə 36)
Məadın bütün məsələləri, ölülərin dirilməsi, dünyanın dağılması və digər (əvvəlkinə bənzəməyən) bir aləmin yaranması-bu vəhşətli hadisələrin hamısı haqq-hesab gününün bərpa olması üçündür. Qur`an bu barədə öz hikmətli ayələri ilə insanlara xitab edir ki, onlardan bir neçəsini nümunə üçün nəzərinizə çatdırırıq:
1-Hamıdan sorğu-sual.
Qur`an buyurur: "Biz, həm o insanlardan hesab istəyəcəyik ki, onlara peyğəmbərlər göndərmişik, həm də peyğəmbərlərin özündən soruşacağıq ki, sizə tapşırdığımız mətləbləri insanlara çatdırdınızmı?"
Bəli, qiyamətdə sual ümumidir və hər birimizin ayrı-ayrılıqda hesabımız dinləniləcəkdir.
2-Bütün işlər barəsində sorğu-sual.
İnsan, həyatı boyu, yaşadığı müddətdə az-çox, pis-yaxşı nə kimi işlər görübsə, hər birisi üçün cavab verəcək. Necə ki, Qur`ani-kərim buyurur: "Hər kim zərrə qədər də olsa, xeyir və ya şər iş görübsə, qiyamətdə onun nəticəsini görəcək" ("Zəlzələ" surəsi)
Əlbəttə, bu ayə, insanların xeyir və bəd əməlləri üçün ümumi bir qanun da sayıla bilər, çünki insan ömrü boyu elə xeyirli işlər görə bilər ki, onunla bir çox günahlarını da yuyub aparar və ya əksinə elə bir günah iş görər ki, yaxşı əməllərini də heç edər.
3-Gizli əməllər barəsində hesab
Qur`an buyurur: "...Ürəyinizi açsanız da açmasanız da, Allah sizi haqq-hesaba çəkər. Allah istədiyi adamın təqsirindən keçər, istədiyinə əzab verər." ("Bəqərə", 284)
Bəli, insan nəinki zahirən və aşkarda etdiyi günahlara görə, həm də batində tutduğu bir çox günahlar (məs: Allaha şərik qoşmaq, riyakarlıq, haqqı batil etmək, həsəd, paxıllıq və s.) üçün də cavab verəcəkdir.
Hətta insan, bir yaxşı iş görmək niyyətində olsa belə (lakin müəyyən səbəbə görə həyata keçirə bilməyib) Və yaxud əksinə, bir pis niyyətdə də olsa, onlar da qiyamət günü mülahizə olunacaqdır.
4-Hesab-məkandan asılı olmayaraq Qur`an, Həzrət Loğmanın dili ilə onun oğluna belə buyurur: "Ey mənim oğlum! Hərgah sən bir xardal dənəsi boyda pis və ya yaxşı bir iş görmüş olsan, asimanda, ya yerin təkində və ya dağlarda, daş qayaların arxasında da olsa belə, o işlərin həm mükafatını, həm də cəzasını qiyamət günü Allah verəcəkdir."
Bəli, heç bir əməl Allahdan gizli deyil, istər kiçik olsun, istərsə də qaranlıqda Və yaxud hər hansı bir məkanda olursa-olsun, Allah bütün işlərdən xəbərdardır. Qur`an oxuyanda, bir çox ayələrin axırında rast gəldiyimiz "xəbirun" ifadəsi də məhz buna işarədir.
Qur`an buyurur: "Qiyamət günü insanların və cinlərin günahları barəsində sual edilməyəcək" ("Ər-Rəhman", 39)
İslami rəvayətlərdə və mərhum Əllamə Təbatəbainin təfsirində də bu ayəyə işarə olunaraq göstərilmişdir ki, qiyamət meydanında müxtəlif mərhələlər və dayanacaqlar var. Onların bə`zilərində sual-cavab olacaq, bə`zilərində isə yox. Ona görə də bu ayəni, yalnız qiyamətdəki mərhələlərin hər hansı biri-nə aid etmək daha düzgün olardı. Gəl ki, Xudayi-Mütəal zülmkar insanları hamımız-dan yaxşı tanıyır, həmçinin mələklər və mö`minlər də insanlıq simasını itirmiş fasiq və sitəmkarları tanıyırlar. Qur`an buyurur: "Zülmkarlar simalarından tanınarlar".
Qiyamət günündə hesab tələb edən yalnız Allahdır. O Allah ki, alim, adil, əzizdir və heç vaxt heç kimin haqqında zülm etməyib.
O Allah ki, bizim yaxşı-yaman işlərimizdən, hətta ürəyimizdən, fikrimizdən və qəlbimizdən də xəbərdardır, bir göz qırpımında bütün insanların hesabına əncam çəkəcəkdir.
Bir nəfər Həzrət Əlidən ´ soruşdu: "Allah bu qədər cəmiyyətin hesabatını bir vaxtda nə cür aparacaq?" İmam buyurdu: "Elə o cür ki, bütün insanlara bir vaxtda ruzi verir, hesablarını da o cür çəkəcək". ("Nəhcül-bəlağə")
Sual:
-Əgər Allah-taala sür`ətlə hesablayandırsa (və hədisdə də oxuyuruq ki, bir göz qırpımında hesab çəkəcək), bəs nə üçün bə`zi yerdə oxuyuruq ki, filan dövlətlinin və ya mənsəb sahibinin sorğu-sualı uzanacaqdır?
Cavab:
-Hesabın uzun çəkməsi, verilən suallara alınan cavabın uzun və çətin olması səbəbi ilədir, hesabdarın acizliyinə görə yox.
Bə`zi rəvayətlərdə oxuyuruq: "Allah-taala hər ümmətin hesabını, onların səmavi rəhbərlərinə və imamların öhdə-sinə qoyacaq.
O rəvayətlərdən bir neçəsini nümunə üçün burada xatırlayırıq.
1-İmam Sadiq ´ buyurub: "Allah qiyamət günü şiələrimizin hesabını bizim özümüzə tapşıracaq. " ("Biharul-ənvar", cild 7)
2-Digər bir hədisdə oxuyuruq: "Mərhum Səduq buyurur: "Allah peyğəmbərlərin hesabını özü çəkəcək, peyğəmbərlərə öz canişinlərinin hesabını, imamlara isə ümmətin hesabını çəkmək tapşırılıb". ("Bihar", cild 7)
Mərhum Əllamə Təbatəbai "həqiqətən onların hesabını biz çəkəcəyik" ayəsinin bəyanında buyurur: "İmam Sadiqin ´ hədisinə əsasən hər millətin hesabı, həmin mil-lətin özlərinin zəmanə imamları ilə olacaqdır. "
Hesab çəkən vasitələrdən biri də insanların öz vicdanları olacaq.
Qur`an buyurur: "Bu gün sizin öz vicdanınız, hesabınızı çəkmək üçün kifayətdir" ("İsra" surəsi, 14)
İmam Sadiq ´ buyurub: "İnsanların əməlləri özlərinə elə dəqiq xatırlanacaqdır ki, sanki o əməllərə elə bu an əncam verilib o şəxs fəryad qoparacaq: "Bu nə kitabdır ki, mənim hər bir əməlimi özündə əks etdirib?!".
Əvvəldə işarə eləmişdik ki, qiyamətdə insanların bütün əməlləri barəsində sual olunacaq, lakin ayə və hədislərə diqqət yetirdikcə bə`zi məsələlərlə əlaqədar olaraq sual-cavab da səciyyəvi xarakter daşıyır. Mə`sum imamlarımız da insanların fikrini bu məxsusi suallara cəlb edir.
Biz də bu barədə bə`zi mətləbləri aydınlaşdırmaq və o suallara aydınlıq vermək istəyirik.
1-Qur`ani-kərim buyurur: "Qiyamət günü, o ne`mətlər ki, həyatda sizə əta eləmişdik, onlar barəsində sizdən hökmən hesab istəyəcəyik". ("Təkasur", ayə 8)
Rəvayətlərdə oxuyuruq: "Ne`mət deyildikdə, ayədə mə`sum imamların vilayəti nəzərdə tutulur. "
2-Bir çox rəvayətlərdə rast gəlirik ki, insan qiyamətdə dayandığı yerdən qədəm götürməmiş ilk sual bu olacaqdır ki, ömrünü nəyə sərf elədin?
3-Qur`anda və rəvayətlərdə oxuyuruq: "Hər bir göz, qulaq və ürəkdən də sual olunacaqdır: qulaqdan eşitdikləri barəsində, gözdən gördükləri barəsində, ürəkdən də öz bildiyi və keçirtdiyi duyğular barəsində soruşulacaq. ("Biharul-ənvar", 7-ci cild)
4-Bə`zi rəvayətlərdə oxuyuruq: "Qiyamətdə insanlara veriləcək ilk sual namaz haqqında olacaq. Əgər namaz qəbul olunsa, sair əməllər barəsində də soruşulacaq. Yox əgər insan tərki-salat olsa və ya namazı qəbul olunmasa, başqa əməllər də vecə gəlməz. "
5-"Nəhl" surəsi, ayə 56 və "Ənkəbut" surəsi, ayə 13-də oxuyuruq: "Qiyamətdə batil əqidələr haqqında sual olunacaqdır.".
6-Bə`zi rəvayətlərə istinadən deyə bilərik ki, qiyamət günü insanlar, hətta heyvanlara zülm etdiklərinə görə də cavab verəcəklər.
7-Hətta İslamiyyətdən öncə və sonra diri-diri torpağa basdırılan qızların da hesabı çəkiləcək.
Qiyamətdə hər kəs öz əməlinə məxsus tərzdə sorğu-sual olunacaqdır:
1-Bə`zi insanlar çox asan və sadə şəkildə mühakimə olunacaqlar. Qur`an buyurur: "O insanlar ki, Mənim dərgahıma üzləri ağ və nameyi-ə`malları sağ əlinə verilmiş halda gəlsələr, hesabları yüngül olacaq."
"Məcmə`ul-bəyan"da hədis varid olub ki, Allahın Rəsulu buyurub: "Əgər səni bir şeydən məhrum etmiş şəxsləri bağışlasan, sənə zülm edənləri əfv eləsən, Allah-taala bu gözəl keyfiyyətlərə görə qiyamət günü səni bərkə-boşa çəkməz və hesabın yüngül olar".
İmam Sadiq ´ buyurub: "Sileyi-rəhim"ə (qohumlarla, yaxın adamlarla daim əlaqədə olmaq, onlardan kəsilməmək) əməl edən şəxsin hesabı qiyamətdə yüngül olar."
2-Bir qrup insanların hesabı günahlarının çoxluğuna görə, bərk və çətin olacaq.
Qur`an onlar haqqında buyurub: "Onlar qiyamət gününün çətin sorğu-sualından qorxurlar" ("Rə`d", 21)
Sual: "Məgər Allah (nəuzu billah) bəd hesabdır ki, onun hesabından qorxurlar?"
Cavab: Bu sualın cavabından ötrü aşağıdakı rəvayəti nəzərdən keçirək: "Allah-taala qiyamət günü insanların hesabını, dünyadakı ağıl tərəziləri ilə ölçüb, sonra onlardan hesab çəkəcəkdir, kimin ağlı çoxdursa, demək o, zirəkdir və əgər bu zirəkliyindən öz mənafeyi üçün istifadə edərək fəsad törədibsə, onun hesabı çox ağır və məşəqqətli olacaqdır. "
İmam Sadiq ´ dostlarından birini başqa bir şəxslə qızğın mübahisə edən halda gördü. Söhbətə müdaxilə edərkən mə`lum oldu ki, o, öz haqqını öz müsahibindən israrla tələb edir. İmam dostuna dedi: "O kəslərin ki, çətin və ağır şəraitdə yaşayan insanlara canı yanmır, onların qeydinə qalmır, qiyamətdə onlardan hesab çəkilərkən onların da imdadına yetən olmayacaq."
3-Bir qisim insanlar da sorğu-sualsız cəhənnəmə atılacaqlar.
Bu tip insanlar həmin müşriklərdir ki, onlara saysız dəlil-sübut gətirmək, öyüd-nəsihət etmək kar etməyib, onlar qəflətdə və zəlalətdə qalanlardır, hansılar ki, öz bəd əməllərindən və zülmkarlıqlarından əl çəkmirdilər. Buna görə də onlardan qiyamətdə sorğu-sual etməyə ehtiyac olmayacaq.
Hədislərdə də oxuyuruq ki, İmam Sadiq ´ buyurub: "Müşriklər üçün qiyamətdə mizan (ölçü, tərəzi) bərpa olmayacaq, çünki onların aqibəti indidən aydındır".
Bə`zi rəvayətlərə görə zalım hökmdarlar, fisq-fücur işlərlə məşğul olanlar, paxıl dövlətlilər və əməli düz olmayan alimlər də sorğu-sualsız cəhənnəmə gedəcəklər.
4-Bir qrup insanlar da sorğu-sualsız behiştə gedəcəklər.
Müfəssəl bir hədisdə oxuyuruq: "Bir qrup insanlar qiyamət günü hesab çəkilmədən behiştə daxil olacaqlar".
a) O kəslər ki, Allahın hökmlərinə lazımi qaydada əməl edib və günah işlərdən çəkiniblər.
b) O kəslər ki, öz pulunu və mal-dövlətini Allah eşqinə və Allah yolunda xərcləyir, bu işləri görərkən məqsədləri yalnız Allah rizası olub.
Nəhayət hesab bəhsinin axırında bir daha xatırladırıq: Bir çox rəvayətlərə əsasən, "qiyamət günü Allah-taala, o kəslər ki, ehtiyacı olana çörək verərlər və öz pullarını başqalarının ailə səadəti naminə, cihad və həcdən ötrü xərcləyər, onlardan hesab çəkməyəcək".
Əziz imamlarımızdan hədis nəql olunub ki, başqaları haqqında bihesablıq edənlər qiyamətdə mühakimə olunacaq, sağlığında bir yaxşı iş görübsə, onun savabını da zərər çəkənə verəcək və onu razı salacaqdır. Yox əgər yaxşı bir əməli olmasa, zərərkeşin də günahları onun günahlarına qatılacaq və bu minvalla qiyamətdə onun əzabı bir az da artacaq.
Həzrət Əli ´ günahları bir neçə hissəyə ayıraraq buyurur: "Bir növ günahlar var ki, Allah onları bağışlamayacaq: O da zülmdür ki, insanlar biri digərinə qarşı mürtəkib olarlar. "
Sonra İmam ´ əlavə edərək buyurur: "Allah-taala Öz izzət-cəlalına and içərək buyurub ki, o gün, zülmkarların zərrə qədər də olsa elədikləri zülmə göz yumulmayacaq".
Bəli, Xudavəndi-Mütəal qiyamət günü "həqqün-nas" barəsində diqqət və kamalla hesab çəkəcək.
Həzrət Əlidən ´ nəql olunub: "Allah-taala qiyamət günü əmr edərək buyuracaq: "Bu gün sizin haqqınızda ədalətlə hökm edəcəyəm və heç kim Mənim hüzurumda (digərləri tərəfindən) zülmə mə`ruz qalmayacaq. Bu gün zəifin, acizin haqqını güclülərdən (qolu zorlulardan) alacağıq. Bu gün məzlumun xeyrinə zalımlardan haqq tələb edəcəyik. Bu gün zalımların dəstəsindən yalnız o kəslər nicat tapa bilər ki, məzlum öz haqqını ona bağışlamış ola."
İmam Sadiq ´ buyurub: "Qiyamət günündə günahkar insanlara xitab olunacaq: "Aya, bilirdinmi sənin yolun və vəzifən nədən ibarət olub?" Əgər desə,-bilirdim,-soruşacaqlar bəs niyə əməl eləmirdin? Yox əgər desələr ki, bilmirdim, soruşacaqlar bəs niyə öyrənmirdin?"
Digər bir hədisdə oxuyuruq: Allah-taala bir nəfər əməli saleh və mö`min bəndənin vasitəsi ilə onunla bir vilayətdə və ya məhəllədə yaşayan camaatı imtahana çəkərək onlardan soruşacaq: "Məgər filan mö`min ki, bir xilaf iş görməyib haqq yolu ilə gedirdi, sizin aranızda və sizin qonşuluğunuzda yaşamırdı?! Məgər onun dediyi sözləri və öyüd-nəsihətləri eşitmirdiniz?! Gecələr ibadət etdiyini, gündüzlər yaxşı işlər gördüyünü müşahidə etmirdiniz?!"
Allahın ədalət divanında bə`zi şəxslər nicat tapmaq ümidi ilə deyəcəklər: "İlahi, bizim sahib olduğumuz mal-dövlət və gözəllik, həmçinin mal-dövlət, gözəllik və çətinliklərə giriftar olmağımıza görə günah işlər görməyə vadar olduq. O zaman Allah-taala əməli saleh bəndələri ki, həm mal-dövlət sahibi idilər, həm də gözəllik, lakin bu kimi vasitələr onların əqidələrinə zərrə də olsa, xələl gətirməmiş mö`min adamları nümunə göstərərək, buyuracaq: "Məgər Həzrət Yusif və Məryəm gözəl deyildilər?! Məgər Həzrət Əyyub ən ağır xəstəliyə giriftar olmamışdı?! Bu minvalla günahkar insanlar Allahın haqq və ədalət məhkəməsində mühakimə olunacaq və heç bir bəhanə və üzrxahlıq fayda verməyəcək. "
Qur`an öz şərif ayələrində buyurur: "Qadınlar üçün nümunə ola biləcək imanlı qadınlardan biri də Fir`onun arvadıdır ki, Fir`onun sarayında yaşaya-yaşaya hər bir fiziki və mə`nəvi çətinliyə dözdü, lakin poladdan da möhkəm olan öz əqidəsini dünyanın heç bir cah-cəlalına dəyişmədi.
Kafir insanlardan nümunə üçün yenə Həzrət Lut və Nuh peyğəmbərin arvadları göstərilir ki, onlar baxmayaraq ki, illər boyu nübüvvət xanədanının süfrəsi başında əyləşirdilər, lakin dünyaya xatir öz imanlarını nəfslərinə qurban verərək küfrə giriftar oldular və bu əməllərin nəticəsi olaraq Allah-taala onlara ümumi bir bəla nazil etdi."
Hədisdə nəql olunur ki, İmam buyurub: "Əgər qiyamətdə, Allahın dərgahında heç bir cəza da olmasa belə, insanların öz əməllərinə görə çəkdikləri peşmançılıq və xəcalət hissi onları yemək-içməkdən, əyləncədən və istirahətdən mümkün qədər uzaqlaşmağa və öz aqibətləri haqqında düşünməyə vadar edir.
Bir çox rəvayətlərdə varid olub ki, qiyamətdə hesablarının yüngül keçməyindən ötrü yaxşı olar ki, insanlar hər an öz hərəkətlərində və əməllərində məs`uliyyət dərk eləsinlər. Əgər səhərdən axşamadək bir yaxşı iş görübsə, Allaha şükür etsin, yox əgər bir günah iş görübsə, Allahdan məğfirət diləyib, istiğfar etsin.
Digər hədislərdə varid olub ki, əgər insan həyatda özü öz hesabını çəksə, qiyamət günü Allah-taala dübarə ondan hesab çəkməz. Çünki Mütəal Allahın lütfü və mərhəməti o qədər ali və səfabəxşdir ki, əgər insan öz səhvini özü dərk edib, peşmançılıq hissi keçirir və özü özünü islah edirsə, Allah-taala Öz izzət və cəlalı xatirinə onunla dübarə "haqq-hesab" çürütməz.
İmam Museyi-Kazim ´ buyurub: "O kəslər ki, dünyada öz-özlərindən qafildirlər, hər gün öz günahlarına görə peşmançılıq hissi keçirtmir və öz vicdanları qarşısında cavab vermirlərsə, onlar bizdən deyil."
Qiyamət məsələlərinin biri və ən mühümü sayılan, insanın nameyi-ə`malıdır. Bu əməlləri yazan mələklər haqqında Qur`ani-kərimdə bir çox ayələr, eləcə də rəvayətlər zikr olunmuşdur.
Biz bu məsələ ilə əlaqədar olan ayələri tərcümə edib, sonra onların şərhini də bəyan edəcəyik, inşallah!
1- "Şübhə yox ki, Bizim mə`mur etdiyimiz mələklər sizin dünyada gördüyünüz bütün işləri yazırlar". ("Yunis" surəsi, 21)
2- "Sizin puç olan təsəvvürünüzün xilafına onların (mələklərin) sizin haqqınızda deyilənlərin hamısını yazırıq." ("Məryəm" surəsi, 79)
3-"Və Biz, iman əhlinin gördükləri bütün yaxşı işləri yazırıq."
4-"Biz onların nəinki gördükləri işləri, hətta o işlərin qoyduqları əsəri (əlamətləri) də yazırıq". ("Yasin" 12)
5-"Bizim mələklərimiz onların (insanların) əməllərini yazmaqdan ötrü əmr olunublar." ("Zuxruf" surəsi, 80)
6-"Onların bütün əməlləri "nameyi-ə`malında" səbt olunur".
Ən böyük və ən kiçik (nəzərə çarpmaz dərəcədə) əməllərin bir-bir hamısı qeydə alınır. ("Qəmər", 52, 53)
8) Allah-taala insanların işlərini (əməllərini) bir-bir, çox diqqətlə qeyd edir, insanlar isə öz əməllərindən xəbərsizdir.
1-O gün, bütün insanlar Allahın hüzurunda hesabat vermək üçün gözləyərlər. O gün, heç bir (pis və ya yaxşı) əməl nəzərdən qaçmayacaqdır. ("İbrahim", 10)
2-Qiyamət günü insanların bütün məxfi işləri aşkar olacaq. ("Ən`am" surəsi, ayə 28)
3-O gün, insanlar həm öz gördükləri işlərdən xəbərdar olarlar, həm də, kimləri yaxşı və bəd əməllərə təhrik ediblərsə Və yaxud kimlərin tə`siri altına düşüb günah işlər görüblərsə və ya əksinə savab işlər görüblərsə, müvafiq olaraq cəza və ya mükafatlarını alacaqlar.
Qur`ani-kərimdə oxuyuruq ki, əməli saleh adamların nameyi-ə`malları qiyamətdə sağ əlinə veriləcəkdir. Necə ki, buyurur: "Hər kimin (əməl) kitabını sağ əlinə versələr, onlar şad və sədətli olacaqlar." ("Əl-haqəh", 19)
1-Qur`ani-kərim buyurur: "Yaxşı insanların "nameyi-ə`malını" sağ əlinə, pis adamların "nameyi-ə`malını" sol əlinə verəcəyik." ("Əl-haqqə" surəsi, ayə 26)
2- Bir başqa ayədə oxuyuruq: "Günahkarların "nameyi-ə`malı" onlara, arxa tərəfdən veriləcək"
3) Qur`anın daha bir başqa ayəsində oxuyuruq ki: "O kəslər ki, dünyada haqqı görüb dərk etməyiblər, axirətdə də kor halda məhşur olacaqlar". ("İsra" surəsi, ayə 72)
Əgər bu ayələrin fərqinə varsaq, görərik ki, "nameyi-ə`malın" sağ ələ verilməsində məqsəd, insanların axirət günü şəfaət və səadətə yetməklərinə dəlalət edir. Bu barədə mərhum Əllamə Təbatəbai öz kitabında da mə`lumat verərək bildirir ki, "sağ" və "sol" əl dedikdə "həqq" və "batil", "səadət" və "şəqavət" (bədbəxtçilik) başa düşülür.
Qur`an insanların pis və ya yaxşı cəhətləri barədə buyurur: "Budur, əməl dəftəri sağ əldən verilən kimsələr. Nə xoşbəxtdir sağçılar!" ("Vaqiə", 27) "Və əməl dəftəri sol əldən verilən kimsələr. Nə bədbəxtdir bu solçular!" ("Vaqiə", 41)
Hətta, bu surənin axırıncı ayələrində göstərilir ki, "nameyi-ə`malı" sağ yöndən verilən kəslərə behişt əhli salam deyir və təbrik edirlər.
Nəhayət, belə nəticəyə gəlmək olar ki, "sağ" və "sol" əl burada simvolik mə`na kəsb edir. O mə`nada ki, qiyamət günü əməl dəftəri sağ əlinə verilən kəsin aqibəti artıq mə`lum olur ki, xeyirli olacaq. Sol əl isə əksinə.
Biz də çalışaq əməlimizdə sabit-qədəm olaq və dua edək ki, qiyamət günü Allah-taala nameyi-ə`malımızı sol əlimizə yox, sağ əlimizə versin. (Amin, ya Rəbbəl-aləmin!)
Dedik ki, bu dünyada yaxşı-yaman nə işlər görürüksə, Allah tərəfindən mə`mur olunmuş mələklər tərəfindən əməl dəftərimizə yazılır.
Qiyamət aləmində isə o "həyat salnaməsini açıb oxuyacaq, bə`zilərinin üzü güləcək, bə`zilərininki isə "qaralacaq".
O kəslər ki, iman əhli olub haqq və adil imamların xəttində olub, qoyduqları yolu davam ediblərsə, son məqamda əməl dəftərləri sağ cinahdan veriləcək. Necə ki, Rəbbi-Cəlil buyurur: "O gün bütün insanların hamısını öz başçıları ilə bir yerə toplayarlar. Kimin ki, (əməl) kitabı sağ tərəfindən verilib, açıb oxuyub və ləzzət alar. O gün onlara qarşı zərrəcə də olsa haqsızlıq olmaz." ("İsra" surəsi, ayə 71) Onların sevinclərinə səbəb o olacaq ki, dünyada yaşayarkən öz axirətləri haqqında fikirləşirdilər və Allah yolunun yolçularını özlərinə rəhbər seçmişdilər. O kəslər ki, haqqı görməkdən qafil olublar, Fir`on, Nəmrud, Şəddad kimiləri özlərinə rəhbər seçib və onları dəstəkləyiblər, yəqin ki, əməl dəftərləri arxa və ya sol tərəfdən veriləcək və qiyamətdə işləri fəna olacaq. Qəmə qərq olub həsrətlə baxıb deyəcəklər, "kaş bu dəftəri mənə verməyəydilər! Vay mənim halıma ki, ömrüm boyu yığdığım mal-dövlət bu gün mənim harayıma yetmir, mənə nicat vermir.
Bu nalə və həsrətlərin acı macərasını biz, "Əl-haqqə" surəsinin şərif ayələrində açıq-aşkar görürük.
Qur`an ayələrinə istinadən demək olar ki, üç cür "nameyi-ə`mal" var: onlar aşağıdakılardan ibarətdir:
1-Hər bir fərd üçün şəxsi işlərini özündə əks edən xüsusi kitabı vardır və Qur`an bu barədə buyurur: "Biz, insanın yaxşı, pis – bütün əməllərini yazıb boynundan asırıq və qiyamət günü o əməl kitabını açıb özlərinə oxutduracağıq".
2-"Hər bir ümmət və millət üçün də bir kitab vardır.
Necə ki, şərif ayədə buyurur: "O gün, hər bir ümməti öz əməl kitablarına doğru gəlməyə çağırarlar" ("Casiyə" surəsi, 28)
3-Bir kitab da cəmi məxluqat üçün nəzərdə tutulub ki, orada bütün yer əhlinin hər cürə əməlləri təsbit olunacaqdır.
Rəvayətlərdə nəql olunduğuna görə, qiyamətdə 50-yə qədər dayanacaq yeri vardır. Bunlardan hər biri insanın hər bir işinə görə daşıdığı məs`uliyyətə görə olunacaq sorğu-sual üçün nəzərdə tutulmuşdu və bu dayanacaqların hər birində dayanmaq müddəti min ildir. (Əlbəttə, bu uzun və üzüntülü olan mərhələ fasid və nöqsanlı adamlar üçündür, amma mö`min adamlar üçün Peyğəmbəri-Əkrəmin hədislərinə istinadən hesab müddəti vacib namazlardan hər hansı birinin qılınan müddəti qədərdir. ("Biharul-ənvar", cild 8, səh. 123)
Bir nəfər Həzrət Əli ´-ın xidmətinə yetişib, sual etdi: "Ya Əmirəl-mö`minin, Qur`anda bir-birinə zidd olan ayələrlə rastlaşırıq, məsələn: bir ayədə oxuyuruq ki, qiyamət günü Allah-taala insanların ağzına möhür vuracaq", bə`zi ayələrdə isə buyurur: "Ağızları açıq və fəryad çəkərək bir-birini lə`nətləyəcəklər".
Həzrət Əli ´ cavabında buyurur: "Qiyamətdə dayanacaq və mərhələlər çoxdur. Bir mərhələdə ağızlar açıq olacaq və müşriklər yalandan söyləyəcəklər: "Allaha and ola ki, biz dünyada müşrik olmamışıq". Məhz onların bu cür yalan danışmaqları ağızlarının möhürlənməsinə səbəb olacaq, ağızları əvəzində onların dəriləri, əlləri və ayaqları etdikləri günahlar üçün şəhadət verəcəklər. Buna əsasən bir mərhələdə yalan danışmaq, inkar etmək, nalə və fəryad səsi eşidilirsə, digər sonrakı mərhələdə ağızların möhürlənməsi və müdhiş bir sükut hökm sürəcəkdir.
Sual: "Məgər qiyamətdə də yalan danışmaq var?"
Cavab: Mərhum Əllamə Təbatəbai "Mucadilə" surəsi, 18-ci ayənin təfsirində buyurur: "O kəslər ki, dünyada yalan danışmağa adət ediblər, onlar qiyamətdə də yalan danışmaqdan əl çəkməyəcəklər. Əvvəllər olduğu kimi yalan danışacaq və yalandan da and içəcək və güman edəcəklər ki, burda da yalan danışıb, hiylə işlətməklə özlərinə bəraət qazandıracaqlar.
Əlbəttə, tədricən qiyamət səhnəsi ilə daha da yaxından tanış olacaq və görəcəklər ki, bütün pərdələr kənara çəkilib, yaxşı-pis nə ki var, savab və bəd əməlləri tam çılpaq-lığı ilə zahir olub. Onda nə e`tiraz etməyə, nə də bəhanə gətirməyə yer olmayacaq. "
Biz yuxarıda qeyd elədik ki, qiyamətdə kafirlərin hesabı uzun müddət, yə`ni min il ərzində çəkiləcəkdir, lakin mərhum Məclisi öncə qeyd olunan ayələrin təfsirinə və hədislərə istinadən buyurur ki, bə`zi kafirlərin (fasiq və zalım dövlət rəhbərlərinin) hesabı, hətta əlli min il müddəti qədər uzadılacaqdır ("Məaric" surəsi, 5)
Bir sözlə, günah artdıqca, qiyamətdə hesab müddəti artacaq və ağır olacaq. İman və təqva başda olmaqla savab və xeyirxah işlər çox olduqca, hesab müddəti də onlar üçün lap az və asan olacaq. ("Məaric" surəsi, 5)
Qiyamətdə insanların günahlarına müvafiq olaraq, iki cür hesab və cəza növü səbt olunmuşdur:
1-O işlər ki, əncam verib
2-O işlər ki, əncam verməyib, lakin ürəyindən keçirdib ki, o işi görsün.
Dünyanın insan hüququnu qoruyan və müdafiə edən bəşəri qanunlar, fiziki cinayət tərkibli xarakter daşıyır. Yə`ni insan cinayət tərkibli bir hadisə törətdikdən və yalnız cinayəti sübuta yetirildikdən sonra məs`uliyyətə cəlb olunur. Əgər insan bir pis iş tutmaq niyyətində olarsa, o işə əncam verməmiş onun haqqında hüquqi qanunlara əsasən, cinayət işi açılmaz.
İslam hüququnda isə belə deyildir. Yə`ni, əgər bir şəxs ürəyindən bir pis niyyət keçirtməmiş olsa, bir bəd əmələ əncam vermək fikrinə düşmüş olsa da belə, əməl mərhələsinə çatmamış onun üçün hesab açılır. Və yaxud əksinə, insan sidq-ürəklə yaxşı, xeyirxah bir iş görmək qəsdində olub, o işə əncam verməmiş olsa da belə, onun üçün yenə əməl dəftərində hesab açılır.
Əgər bir nəfər məşriqdə bir naqis iş görübsə, digər bir şəxs məğribdə onun bu əməlindən ziyan çəkibsə, bu halda da bəd əməl sahibi üçün qiyamət günü yenə iş gəlir.
Qiyamətdə olacaq bu cür hesabın insan həyatı üçün əhəmiyyəti nədən ibarətdir?
1-İslamın bu qanunundan, Allahın ədalətindən xəbərdar olan kəs nəinki, bir pis iş görmək qəsdində olar, hətta bir pis iş niyyətinə düşməkdən də qorxub yayınar və bilər ki, onu qiyamətdə, hətta bu pis niyyətinə görə də cəza gözləyir.
2-Və ya əksinə, insan biləndə ki, nəcib və xeyirxah niyyətlərə görə də qiyamətdə onun üçün savab yazılır, onu mükafat gözləyir, əlbəttə, belə bir halda insan çalışar ki, daima fikrində və ürəyində Allaha xoşgələn xeyirxah niyyətlər daşısın, özündən yaxşı əməllər nişan versin.
Bu növ məsələlərə bir az da aydınlıq gətirmək üçün sözügedən ayələrə və mə`sum imamlarımızın rəvayətlərinə müraciət edək:
1- "Ali-İmran" surəsi, 183-cü ayəsində Allah-taala, Rəsuli-Əkrəm Œ-in dövründə yaşayan yəhudilərə xitabən buyurur: "Bəs niyə siz öncədən göndərilən peyğəmbərləri (Yəhya, Zəkəriyya) şəhid etdiniz?!"
Hansı ki, (İmam Sadiqin kəlamına əsasən) həmin peyğəmbərləri qətlə yetirən yəhudilər özləri də islamiyyətdən 500 il öncə dünyalarını dəyişmişdilər.
Bəli, o yəhudilərin ulu əcdadları neçə yüz il öncə peyğəmbərləri şəhid etmişdilər və sonra gələn nəsilləri də öz qatil əcdadlarına bəraət vermək, haqq qazandırmaq istəyirlər.
Ona görə də Allah-taala Qur`anda onları bu bəd niyyətlərinə görə günahlandırır və axirət əzabı ilə xəbərdarlıq edir.
2-İslam tarixindən bizə mə`lumdur ki, Saleh peyğəmbərin dəvəsi qeyri-adi və mö`cüzəli idi, lakin ilahi qüdrətin aydın bir nişanəsi olan bu dəvəni bir nəfər cahil və fasiq şəxs öldürərək aradan apardı. Allah-taala bu müxalifləri Qur`anda bir daha xatırlayaraq buyurur: "Saleh peyğəmbərin dəvəsini tək bir nəfər yox, əksinə, bütün müxaliflər öldürdü, çünki, o zaman müxaliflər həmin qatilin bu çirkin əməlini bəyənir və təqdir edirdilər."
Həzrət Əli ´ buna əsasən buyurur: "O zaman qətlə fərman verənlər və bu əmri dəstəkləyənlər hamılıqla Allah əzabına düçar oldular.".
Bəli, o kəslər ki, böyük günaha razılıq verdilər, qiyamət günündə üzləri qara olacaq və eləmədikləri, lakin icrasına şərik olanlar da cəzaya mə`ruz qalacaqlar.
3-Peyğəmbəri-Əkrəm buyurur: "Hər kim günah ərəfəsində olsa, lakin o günaha qəlbən öz e`tirazını büruzə versə, sanki xəta və günah ondan kənar (qeyb) olunmuş olur. Əksinə, əgər günaha mürtəkib olmağa qəlbən razı olsa, günah etməyə hazır olmuş kimidir."
Demək, günaha hazır olmaq və ya ondan çəkinmək təkcə bədən hərəkəti ilə deyil, əksinə, həmin günaha qəlbən razılıq vermək Və yaxud nifrət bəsləməklədir.
4-İmam Riza ´ buyurub: "Əgər bir şəxs məşriqdə öldürülmüş olsa, lakin məğribdə digər bir şəxs bu qətlə razılığını bildirsə, o kəs Allahın yanında da günahkar bir qatil kimi tanınar. "
5-Həzrət Əlinin ´ silahdaşlarından bir nəfər, döyüşdə çaldıqları zəfərdən sonra dedi: "Kaş qardaşım burda olaydı və bizim qələbəmizi görəydi!"
İmam ´ buyurdu: "Əgər qardaşının qəlbi bizlə olmuş olsa, sanki o da, bizim qələbəmizə şərikdir".
Nəticə: Bir halda ki, insanın qəlbi, başqalarının sevincinə və kədərinə şərik olmaq, xeyirxah, nəcib hislər aşılamaq kimi gözəl keyfiyyətlərə malikdir, lakin təəssüf ki, çox zaman insanlar öz xoş güzəranları naminə həyatın maddi ne`mətləri müqabilində belə gözəl keyfiyyətləri özündə duymur və əxz eləmir, nəticəsi də bu olur ki, məzlumlar dünyanın hər hansı bir nöqtəsində olursa-olsun, onlar diqqətdən və qayğıdan kənarda qalırlar.
6-Aşura ziyarətnaməsində oxuyuruq: "Allah lə`nət eləsin o kəslərə ki, İmam Hüseynin şəhadətini eşidib, onların bu müsibətlərinə qəlbən razı oldular və "tağut" əhlinə özlərindən bir əküsl-əməl göstərmədilər."
7-"Camius-səadət" kitabında bir hədisdə bəyan olunub ki: "Qeybət edənlərin qiyamətdə əməl dəftəri əllərinə veriləndə soruşacaqlar: "Niyə mənim yaxşı işlərim burada yazılmayıb?!" Cavabında deyəcəklər: "Başqalarının qeybətini etdiyinə görə, sənin savabını da onların "nameyi-ə`malına" səbt etmişik".
Əksinə, elə şəxslər də olacaq gi, onların "nameyi-ə`malına" hal-həyatında eləmədikləri ibadətlər yazılacaq. Səbəbini soruşduqda, onlara deyəcəklər: "Filankəslər sənin nə vaxtsa qeybətini eləmişdilər, o səbəbdən də onun elədikləri ibadətləri sənin hesabına yazdıq".
Müxtəsər kəlam budur ki, insan hər an gərək düşünsün və özlüyündə dərk eləsin ki, hesab günündə, əncam vermədikləri, lakin razı olduqları günah üçün də cavab verməli olacaq.
Bundan əlavə biz, həyatda bir işə əncam verdikdə ondan yaxşı və ya pis əsər qaldıqda da, hesab günü onun nəticəsini görəcəyik. Məsələn, fərz edək ki, biz bir nəfərə namaz qılmaq öyrətmişik, o da öz növbəsində bir yox, yüz nəfərə namaz öyrədir və onları Allah yoluna hidayət edir. Qiyamətdə, tək bir nəfərin namazına görə yox, əlavə olaraq digər yüz nəfərin savabına görə də mükafatımızı alacağıq. Eynilə həmin bir nəfərin də hidayət elədikləri adamlar əgər öz paylarına başqa neçə nəfəri hidayət edib-lərsə, onların da savabını həmin bir nəfər üçün yazacaq-lar.
Qiyamət günündə insanlara elə suallar da veriləcək ki, onun cavabını insan, yalnız başını aşağı dikib xəcalət təri tökməklə və vicdan əzabı çəkməklə büruzə verəcək. O cümlədən:
1-Müşriklik haqqında sual:
Qur`anın bir çox ayələrində oxuyuruq ki: -Qiyamət günü Allah-taala müşriklərdən və o kəslər ki, Allahın qüdrətinə və rəhmətinə iman gətirməyib, batil yollarla gedib, onlardan sual edəcək: "hardadır sizin o mə`budlarınız ki, Mənə şərik qərar verirdiniz?!"
Bir başqa ayədə buyurur: "Qiyamət günü müşriklərə deyəcəklər: "Mənə şərik qoşduğunuz o kəsləri köməyinizə çağırın. Onlar da öz bütlərindən imdad diləyəcəklər, lakin onların harayına çatan olmayacaq".
2-ci sual :
Başqa bir sual ki, qiyamətdə cavabsız qalacaq, odur ki, kafirlər və günahkarlar cəhənnəm atəşində yandıqları halda fəryad çəkib deyəcəklər ki: "İlahi, bizi bu oddan qurtar və dünyaya qaytar ta ki, biz saleh əməllər əncam verək".
Allah-taala cavabında buyuracaq: "Məgər biz ibrət-dən ötrü sizə kifayət qədər ömür əta etmədik ki, ibrət əhli dünyanın gedişatına baxıb ibrət alsınlar?!" ("Fatir" surəsi, ayə 37)
Lakin insan bu sualın müqabilində də cavabsız qalacaq. Düşünəcək ki, on illərlə ömür etdiyi müddətdə təkcə bir neçə dəqiqə kifayət edərdi ki, o özünə gələrək öz günahlarından əl çəkib tövbə etmiş olsun.
"Yasin" surəsinin 60-cı ayəsində oxuyuruq: "Allah-taala insanlardan sual edəcək: "Məgər sizinlə əhd etməmişdik ki, şeytana uymayasınız, ona bəndəlik etməyəsiniz?!" Lakin bu suala da peşmançılıqdan qeyri bir cavab olmayacaq.
Qiyamətin mühüm məsələlərindən biri də, insan əməllərinə şahidlik verənlərdir. Hərçənd ki, Allah-taalanın insanların şəhadətinə ehtiyacı yoxdur, amma qiyaməti təsvir edə biləcək səhnələri nə qədər görüb və şahid olsalar, bir o qədər də təqva və imanları kamilləşər.
Məsələnin nə dərəcədə mühüm və əhəmiyyətli olmağını təsəvvürə gətirmək üçün aşağıdakı əhvalata nəzər yetirək.
Bir gün həzrət Əqil, Həzrət Əlinin ´ xidmətinə yetişib, o adil imamdan artıq məvacib istədi. Həzrət buyurur: "Cümə günü gələrsən".
Əqil cümə günü məscidə gəldi. İmam onun əlindən tutub camaat namazına hazır olan çoxlu sayda məxluqun önünə gətirdi və orda yığışan camaatı Əqilə nişan verərək buyurdu: "Beytül-maldan artıq maaş vermək, bu camaatın haqqından oğurlamaq deməkdir". Əqil, əhvalatı belə görüb öz əməlindən peşman bir halda başını yerə dikdi.
Bəli, şahidlərin sayı nə qədər çox olsa, peşmançılıq və həya etmək də o qədər çox olar.
İnsan nalayiq bir iş gördükdə nə qədər şahid və müşahidə çox olarsa, onda xəcalət hissi daha da çox olar və öz üzərində nəzarəti artırar. İndi isə bu qısa müqəddimədən sonra əsil bəhsə varid olaq.
Qur`anın buyurduğuna görə qiyamətdə şahidlərin sayı çox olacaqdır. Necə ki, "Mö`minun" surəsi, 51-ci ayəsində buyurur: "O gün ki, şahidlər ayağa qalxacaqlar." Amma o şahidlər kimlər olacaq?
Qur`ani-kərimə müraciət etməklə ayələrin sorağı ilə gedib mətləbi aydınlaşdıraq.
Şərif ayədə oxuyuruq: "Şübhəsiz ki, Allah hər bir şeyə şahiddir". ("Həcc" surəsi, ayə 17)
Digər bir ayədə oxuyuruq: "Allah hər bir şeyi əhatə edir. ("Nisa" surəsi, 126)
Allahın elm və qüdrətini bəyan edən bir çox ayələr nəzərə çarpır, dünya və axirətdə insanların əməllərinə ilk şəhadət verən Allahın Müqəddəs Zatı olacaq.
Qiyamətdə şahidlik edəcək digər müqəddəs zatlardan bir neçəsi də, peyğəmbərlərdir. Necə ki, Allah-taala Rəsuli-Əkrəm Œə xitabən buyurur: "Biz, qiyamət günü səni insanların əməllərindən ötrü şahid ünvanı ilə hazır edəcəyik." ("Nisa" surəsi, 41)
"O gün ki, hər bir xalqın və hər bir millətin şahidlərini öz içərilərindən seçəcəyik." ("Nəhl" surəsi, 88)
Bununla bərabər hər bir xalqın şahidi, o ümmətin peyğəmbərinin rəyasəti ilə olacaq.
Bu rəyasətin də başında Rəsuli-Əkrəm (s) özü duracaqdır.
Qur`ani-kərimdə oxuyuruq: "Beləcə sizi (Peyğəmbər ümmətini) orta bir ümmət qərar verdik ki, insanlara şahid və örnək olasınız. Peyğəmbər də sizə şahid və örnəkdir".
Diqqət yetirsək görərik ki, burada "ümmət" dedikdə hər hansı bir icma yox, ayrı-ayrı fərdlər nəzərdə tutulur və Peyğəmbər də öz növbəsində həmin fərdlərə bir şahid və örnək kimi Allah tərəfindən tə`minat verilir.
Burada ümum ümmətdən söhbət gedə bilməz, çünki, İslam ümmətinin tərkibində şübhəsiz ki, münafiqlər də olub. Belə olan halda onlar qiyamət günü kimi mühüm və məs`uliyyətli bir gündə necə ləyaqətləri çatar ki, başqaları üçün şahidlik etsinlər?!
Bəli, bu məsələyə ağılla yanaşsaq görərik ki, burada ümmətin şahidliyindən məqsəd, yalnız ümmətin ayrı-ayrı fərdləri bəyanındadır ki, onlar şahidlik şərtlərinə vaqifdirlər, yə`ni:
1-Onlar xalq içərisində olub və xalqın işlərindən agahdırlar.
2-Xüsusi ədalətə malikdirlər ki, onlar bir kimsənin haqqında şahidlik edərkən səhvə və ədalətsizliyə yol verməzlər.
3-Ümmətin bu nümunəvi fərdləri öz şərəf və ləyaqətləri ilə qiyamətin tələbatına tam uyğun gəlir və bir sözlə, Allahın ədalət mühakiməsində övliyalardan qeyri şəxslərin ləyaqət və fəzilətləri çatmaz ki, kiməsə şahidlik etsinlər.
Qur`anda oxuyuruq: "Qiyamət günü insanlar Allahın ədalət mühakiməsində hazır olacaqlar, elə bir halda ki, mələklərin biri onu Məhşər ayağına sövq edəcək, digəri isə onun əməllərinə şəhadət verəcək."
Qiyamətdə insanların işlərinə şahidlik edəcək mələklər mümkündür ki, dünyada əməllərimizi "nameyi-ə`malımızı" yazan mələklər olsunlar Və yaxud başqa məşhur mələklər də ola bilər.
Qur`ani-kərim buyurur: "Qiyamət günü Yer öz xəbərlərini (hadisələrini) aşkara çıxardacaq".
Bu cür şəhadəti yer, yəqin ki, parçalanıb dağılmaqla, təbii fəlakətlərlə və sair əlamətlər büruzə verəcək. Necə ki, bir-birimizlə rastlaşarkən bə`zən deyirik: "Gözlərinin qızarmağından mə`lum olur ki, gecəni yatmamışsan". Və ya: "Rəngin-ruhun özündə deyil, deyəsən qorxmuşsan". (Və, yaxud əsəbiləşmişsən.)
O gün Yerdə də çoxlu zəlzələlərə, vulkan püskürmələrinə düçar olacaq dağlar, qayalar parçalanıb dağılacaq, daşlar bir-birinə dəyib toz kimi olmaqla Yerin səthi ucsuz-bucaqsız bir düzəngaha dönəcək.
Bəli, Yer bu vəziyyətə düşməklə insanların əməllərinə şəhadət verəcək. Necə ki, ağacı kəsdikdə onun en kəsiyində olan dairələrin sayı və vəziyyəti ağacın tarixi və coğrafi mövqeyindən xəbər verir.
Yerin şəhadətinin bir növü də, Allahın iradəsi ilə onun hər bir qit`əsinin və guşəsinin dilləndirməsi ilə vücuda gələcək. Necə ki, Həzrət Musanın cansız ağac parçası olan əsasını dilə gətirərək onu böyük bir əjdahaya döndərmişdi.
Yerin şəhadətinə dəlil olan bir hədisdə İmam Sadiq ´ buyurub: "Namazlarınızı müxtəlif məkanlarda qılın, çünki namaz qıldığınız məkanlar da qiyamət günü əməlləri-nizə şəhadət verəcəklər. "
Digər bir hədisdə oxuyuruq: "Allahın Rəsulu hər bir məntəqədə iki rük`ət namaz qılar və belə buyurardı: "Bu yerlər bizim namazlarımıza şəhadət verəcəklər ".
Qiyamət günündə bizim işlərimizə şahidlik edən amillərdən biri də ağıl, göz və vicdan olacaq, hansı ki, həyatda insanlar özü diri ikən ağılları kor, gözləri yumulu, vicdanları yatmış halda idilər. Həmin vicdan ki, qiyamət günündə Allah-taala onu insanların günahları üçün qazı qərar verərək, onlara belə xitab edəcək: "Öz "nameyi-əmalını" oxu, bu gün ruhi-rəvanın ki, sənin əleyhinə şəhadət verəcək, o Bizə kafidir".
Bəli, qiyamətdə öz əməllərimizə bütün vücudumuz və ruhumuz şahidlik edəcək.
Qiyamətdə başqa şahidlərdən biri də bədən üzvlərimizdir (əl, ayaq, dil, göz və s.)
Qur`ani-kərim buyurur: "O gün ki, insanların dil, əl və ayaqları şahidlik edəcəklər." ("Nur", 24)
Bə`zən də ağızlarına möhür vurulur, təkcə əl və ayaqları şəhadət verir. Necə ki, "Yasin" surəsinin 65-ci ayəsində buyurur: "O gün ki, ağızlarına möhür vurulacaq, təkcə əlləri bizimlə danışacaq və ayaqları bizə şəhadət verəcəklər ki, dünyada hara gediblər və nə iş görüblər".
Digər bir ayədə oxuyuruq: "Qiyamət günündə qulaq, göz və həm də dəriləri, öz sahiblərinin əməllərinə görə şəhadət verəcəklər." ("Fussilət", ayə 20)
Diqqəti cəlb edən cəhət budur ki, o zaman ki, göz, qulaq, ayaq və dəri şəhadət verəcək, insan xəcalət təri tökərək deyəcək: "Niyə sənin vasitənlə o günahları və biabırçılıqları əncam vermişəm, bu gün pərdəni götürərək məni rüsvay etdin?!"
Dərisi cavab verərək deyəcək: "O Allah ki, hər bir şeyi nitqə gətirməyə qüdrəti çatır, bizi də danışmağa və şahidlik etməyə vadar etdi." ("Fussilət" surəsi, ayə 21)
Əllamə Təbatəbai (əleyhir-rəhmə) bu ayənin təfsirində buyurur: "Bədən üzvlərinin şəhadəti, o zaman vaqe olur ki, bunların hər birisi dünyada özlərinə məxsus şüura malik olmuş olsunlar və insanın əməlindən agah olsunlar.Əks halda, qiyamətdə də Allah-taala bu bədən üzvlərinə dil və yaddaş verməz. Çünki şahidlik üçün onlar qabaqcadan həm hazır, nazir və həm də alim olmalıdırlar.
Buna əsasən, bizim bədən üzvlərimiz həyat halında ikən bir növ şüur və ya yaddaşa malikdirlər ki, bizim beynimizdəki şüurumuzdan fərqlənirlər." ("Əl-Mizan", cild 17, səh. 402)
Digər bir şərif ayədə buyurur: "Sənə elm və qəyin olmayan bir işi görmə, çünki göz, qulaq, ürək, hər biri qiyamətdə məs`uliyyət daşıyırlar."
Hədisdə ("Kitabi-Kafi") nəql olunur ki, qiyamətdə bədən üzvlərinin şahidlik etməsi, yalnız fasiq və günahkarlara məxsus olan bir haldır ki, onlar Allahın əzabına məhkum olunanlardır.
Mö`minlərin isə fəqət "nameyi-ə`malı" sağ əlinə verilməklə, onlar sevinib şadlanaraq deyərlər: "qoy başqaları da, gəlib "nameyi ə`malımızı oxusunlar!".
Rəvayətdə oxuyuruq ki, Həzrət Əli ´ buyurub: "İnsanın elə bir günü olmaz ki, o günkü ömrü onu dünya və axirət işlərindən xəbərdar etməsin. Günün müxtəlif hadisələri insanları agah edir ki, onlar öz ömürlərini bihudə şeylərə sərf etməsinlər, axirət günü üçün, əbədi səadətə yetmək üçün çalışsınlar." ("Nurus-səqəleyn", cild 5)
İmam Sadiq ´ buyurur: "Qiyamət-yeni, qeyri-adi bir gündür ki, həyatda gördüyümüz işlər haqqında şahidlik edəcəkdir".
Qiyamətdəki şahidlərin biri də insanın öz əməlləridir ki, cisim şəklinə düşüb insanın bərabərində mücəssəm olaraq onun əməllərinə şahidlik edəndə, insan artıq məs`uliyyətdən yaxasını kənara çəkə bilməyəcəkdir. Məsələn, əgər bir nəfər başqasının qeybətini bir başqa yerdə digərinə edərsə, onun dili qiyamətdə o qədər uzanar ki, yerə toxunmuş olsun və insanların əl-ayağına dolaşmış olsun.
Bəli, dünyada dilin uzun olması, axirət günündə həqiqi mə`nada uzanmağına gətirib çıxardar.
Dünyada elə insanlar var ki, mal-dövlətini gizlədər və məhrumların fəryadına yetmir, yüzlərlə fəqirin ürəyi binəvalıqdan alışıb yanır. Qiyamətdə həmin pul və qızıllar odda közərdilib və ya yandırılıb, alınlarına və yanlarına basıb, onlara dağ çəkəcəklər.
O şəxslər ki, dünyada riba etməklə xalqın haqqına təcavüz edir, qiyamətdə onun qarnı o qədər yekələcək ki, yerindən tərpənmək onlar üçün çətin olacaq.
Şair yazır:
Əməl mükafatından olma qafil
Buğdadan buğda, arpadan olur arpa hasil.
Bəli, o bir dənə ki, əkinçi əkir və sonra ondan bir sünbül becərir, bu, həmin əməlin mükafatıdır ki, Allah-taala əkinçinin çəkdiyi zəhmətə görə verdi. Necə ki, hədisdə oxuyuruq: "Dünya, axirət üçün əkinəcək yeridir".
Əməlin qiyamət günü təcəssüm tapmağından bəhs edən Qur`an ayələri və bir çox rəvayətlər vardır:
1- "Hər kəsin dünyada gördüyü əməl, qiyamət günü yanında hazır olacaq" ("Ali-İmran" surəsi, 29)
2-"Dünyada hansı əməlin sahibi idisə, qiyamətdə o əməl qarşısına çıxacaq". ("Kəhf" surəsi, ayə 48)
3-"O gün sizin üçün əməllərinizdən başqa, yaxanızdan yapışan heç bir şey olmayacaq.". ("Yasin" surəsi, 54)
4-"Həyatda ağır günahlar etmiş insanların qiyamətdə həmin günahlar sahiblərinin boynundan ağır bir yük kimi saxlanacaqdır." ("Ən`am" surəsi, ayə 31)
Rəvayətlərdə insan əməlinin qiyamət günündə təcəssüm tapmağına dair bir çox işarə və əlamətlər var. Məs: "Ali İmran" surəsi, 179-cu ayəsinin təfsirində İmam Sadiq ´ buyurur: "O sərvət ki, dünyada həsəd, paxıllıqla cəm olunur və onlardan İslam qanunları hökmlərinə riayət olunmadan məs-rəf olunursa, qiyamət günündə o sərvət ilan şəklinə düşüb sahibinin boğazına dolaşacaqdır".
Mərhum Şeyx Bəhainin buyruğuna əsasən, qiyamət günündə insan əməllərinin təcəssüm tapmağından bəhs edən çoxlu sayda Peyğəmbər Œ hədisləri mövcuddur ki, onları saymaqla qurtarmaz.
Qiyamət günü, məhşər ayağında sual-cavab, əməllərin canlı şahidləri ilə birlikdə, həm də şikayətçilər olacaqdır ki, onlar günahkar və fasiq adamlardan şikayət edəcəklər, o cümlədən:
1-Rəsulullah Œ.
Qur`andan oxuyuruq ki, Peyğəmbər Œ qiyamətdə Allaha şikayət edərək buyurur: "Pərvərdigara, həqiqətən ümmətim Qur`anı kənara qoyub, ona tabe olmadılar." (Yaxud, oxumadılar, anlamadılar, əməl etmədilər və ya başqalarına da çatdırmadılar.)
Qur`anı dirilər üçün oxumaq əvəzində, yalnız ölülər üçün oxudular. Onlar bu kitabı insanların xoşbəxt həyat tərzləri üçün müqəddəs və ali bir qanun qərar vermək əvəzində onlar bu kitabdan bir növ özləri üçün şan-şöhrət və ona yalnız and içmək məqsədi ilə istifadə etdilər. "
2-Qur`an
Qiyamətdə şikayətçilərdən biri də Qur`ani-şərifdir. Həzrət Peyğəmbərimiz Œ buyurub: "Üç şey qiyamət səhnəsinə, şikayətə gələcəkdir; onlardan birincisi-Qur`an, ikincisi-məscid, üçüncüsü isə mənim Əhli-beytim və qədir-qiyməti bilinməyən alimdir".
Mümkündür ki, qiyamətdə Qur`an həm havadarlarından və həm də müxaliflərdən şikayət etsin.
Qur`anın qiyamət günündə şikayəti bəlkə belə olsun: "Xudaya, baxmayaraq ki, Qur`an tilavət etməyi əmr etmisən, lakin müsəlmanların bir çoxu Qur`anı üzündən də oxuya bilmirlər".
-İlahi! Bə`ziləri məni tilavət edirlərsə də, lakin oxuduqlarına əməl etmirlər, hətta tilavət etmək haqqımı da əda etmirlər." Yə`ni, təharət alıb, pak olmamış məni əlinə götürür və oxuyarkən tələsirlər.
-İlahi! Bə`zi oxucular məni başa düşmürlər və ya başa düşmək fikrində də deyillər.
-İlahi! Bə`ziləri mənim ayələrimi oxuyur və başa düşür, lakin əməl etmirlər.
-Xudaya, bə`ziləri oxuyub əməl edirlərsə də, bunu başqalarına çatdırmırlar.
-İlahi! Bə`ziləri əməl etməkdə hətta, Qur`an müxaliflərindən də geridə qalırlar. (Həzrət Əli ´ öz vəsiyyətində buyurub: "Məbada qeyriləri Qur`ana əməl və ondan faydalı surətdə istifadə etməkdə sizdən qabağa keçələr!")
Xudaya! Bə`ziləri ayələri oxuyub, onun yalnız ibadət cəhətinə diqqət yetirir və fərdi əməl edirlər, ayələrin siyasi, iqtisadi və ictimai mə`nalarına e`tinasızlıqla yanaşırlar. Və yaxud bə`zi ayələrə aydınlıq gətirirlər, bə`zilərinin isə fərqinə varmırlar.
Xudaya! Bə`ziləri, məni qanun hesab etmək əvəzində məni tilavət və nəşr etməklə məndən bir çörək ağacı kimi istifadə edirlər.
Xudaya! O kəslər ki, fikir və düşüncələrində yanılırlar, zahirdə bir-birinə bənzəyən, əslində isə dərin və çox mə`na kəsb edən ayələrə öz istədiyi kimi mə`na verib, onlardan öz fərdi məqsədlərindən ötrü istifadə edir.
Ya Rəbbim! Mənim ayələrimi izah etməkdə, müfəssirlərə və Əhli-beytə söykənərək onlardan sitat və dəlil-sübut gətirmək əvəzində, öz şəxsi və yanlış düşüncələrinə əsasən ayələri təfsir edirlər.
Xudaya! Bə`ziləri, fəqət səfərə çıxarkən və əhya kecələri məni üstündə gəzdirir, ilin qalan vaxtları isə məndən qafil olurlar.
3-Məscid
Qiyamətdə şikayətçilərdən biri də məscidlərdir. Hədisdə oxuyuruq: Rəsuli-Xuda buyurub: "Qiyamət günü məscidlər müsəlmanlardan Allahın dərgahında şikayət edəcək deyəcəklər: "Ya Rəbb! Məni yaddan çıxartdılar və haqqımı ayaq altına qoydular".
İslam Peyğəmbəri Œ məscidə getməyin fəziləti haqqında buyurur: "Hər kim məscidə tərəf bir qədəm götürmüş olsa, Allah-taala ona əcr-savab verər, 10 günahını bağışlar, 10 dərəcə də mərhəmət göstərər".
Mövlayi-müttəqiyan Həzrət Əli ´ məscid haqqında belə buyurub: "İnsanlar məsciddə həm Allah bəndələri ilə üz-üzə gəlir, həm Allahın fərmanı ilə tanış olur və həm də Allahın lütf-mərhəmətinə çatır".
Məgər müsəlmanlar üçün məsciddən də müqəddəs və kəramətli bir yer olarmı?! Məgər İslam peyğəmbəri Rəsuli-Xudanın müqəddəs dinimizin əsasını qoyarkən ilk əvvəl gördükləri iş məscid bina etmək olmayıbmı?!
Bir halda ki, söhbət qiyamət günündə məscidlərin Allaha şikayət etməklərindən düşdü, pis olmaz ki, məscidin adabından və əhəmiyyətindən bəhs edən bir neçə rəvayəti xatirinizə salaq:
Məscid yeganə bir yerdir ki, orada insanlar irqindən və dilindən asılı olmayaraq hamısı bir səviyyədədir, yə`ni, biri digərindən üstün deyil.
Məscid İslam mədəni-maarif mərkəzi, alimlərlə tanışlıq və onlarla fikir mübadiləsi aparmaq üçün ən münasib və əlverişli bir yerdir.
Məscid Rəsuli-Xudanın Məkkədən Mədinəyə hicrət etdiyi vaxt ilk qədəm qoyduğu yerdir.
Məscid-insanların mə`rifət mərkəzi, məzlumların pənah yeri, döyüş cəbhəsi üçün əzmkarlıq məktəbi və Allah bəndələri üçün ibadət vadisidir.
Məscid-İslam qüdrətinin nişanəsi və insanlar üçün tə`lim-tərbiyə mərkəzidir.
Məscid-e`tinasız və qafil insanlar üçün ümmətlə ünsiyyət tapmaq yeri və ürəkləri Allah eşqi ilə döyünənlərin hədəfidir.
Məscid-elə bir müqəddəs yerdir ki, oranı murdarlamaq haram, pak etmək vacib və hər bir iş ki, məscidi zinətləndirə bilər, layiqdir.
Məsciddə iştirak edən camaat, gərək həzrətət və heyzdən pak olsunlar və yaxşı olar ki, məscidə getmək niyyətində olduqda, ən gözəl və təmiz libaslarını geyib və ətirlənsinlər. Məscidə gedərkən soğan və ya sarımsaq yeməsinlər. Məscidə varid olduqları vaxt, onun ehtiramını nəzərə alıb iki rük`ət təhiyyət namazı qılsınlar. Məscidin içində gəzişməsinlər, dünya söhbəti, qeybət eləməsinlər. Bihudə və cəfəng, əbəs sözləri dillərinə gətirməsinlər. Məsciddə yatmaqdan, fəryad etməkdən çəkinsinlər. Xüsusilə məscidin həndəvərində (qonşuluğunda) yaşayan müsəlmanlar, lazımdır ki, mütləq məsciddə hazır olsunlar, çünki, əks təqdirdə qıldıqları namazların Allah yanında qiyməti olmaz.
4-Səmavi rəhbərlər hədisdə oxuyuruq: "Qiyamət günündə Peyğəmbər salavatullahın Əhli-beyti ümmətdən şikayət ünvanı ilə deyəcəklər: "İlahi! Bizi öldürdülər, təhqir və tə`qib etdilər".
Xudaya! Bizim rəhbərliyimizi qəbul etmək əvəzində, müfsidlərin və tağut əhlinin sorağı ilə gəzdilər.
Xudaya! Bizə məhəbbət və ehtiram bəsləmək əvəzində (ki, risalət muzdu idi) qərinələr boyu minbərlərdə və namazlarda bizə lə`nət oxudular.
Xudaya! Bey`ət sındıran mənsəb sahibləri və dünyapərəst əyyaşlar var-qüvvələri ilə bizə qarşı çıxdılar.
Pərvərdigara! Rəsuli-Xuda (s)-in gözünün ağı-qarası və ciyərguşəsi olan Fatimeyi-Zəhraya hörmətsizlik etdilər, haqlarını qəsb edib, övladlarını da şəhid etdilər.
Xudaya! Həzrət Əlinin ´ mübarək başı zərbətləndi, İmam Həsənin ´ cənazəsi oxa tutuldu, İmam Hüseyni ´ misli görünməmiş bir vəhşiliklə şəhid etdilər, balalarını, əhl-əyalını min bir zillət ilə əsir apardılar. Digər imamların da əl-qollarına zəncir vurub zindana saldılar, sonra da zəhərlədilər. Daha sonra İmam Əskəri ´ mühasirədə saxladılar. Nəhayət İmam və İmam övladlarını elə bir dözülməz hala saldılar ki, Həzrət Mehdi (Allah-taala onun vücudunu salamat və zühurunu tezliklə nəsib etsin!), naçar qalıb, qeybə çəkildi.
Qur`ani Kərimdə, qiyamət gününün bir adı da "Yovmul-həsrət"-yə`ni peşmançılıq günü adlanır. Bu peşmançılığın dəlilini biz sonrakı cümlədə oxuyuruq ("İz quziyəl-əmr")-yə`ni ona xatir ki, iş artıq işdən keçmiş, mələklər artıq işə xitam veriblər və hər kəsi behişt və ya cəhənnəmə vasil edib, öz talelərinin ixtiyarına buraxıblar. Bu məqamda ölüm-qoç və qoyun surətində zahir olacaq, behişt və cəhənnəm əhlinin bərabərində qurban kəsiləcəklər. Bununla da bütün məhşər əhlinə başa salacaqlar ki, artıq iş tamam olmuşdur. Behişt əhli həmişəlik behiştdə, cəhənnəm əhli isə daimi olaraq cəhənnəmdə qalacaqlar. O zaman peşmançılıq hər yeri bürüyəcəkdir. Hətta saleh bəndələr özləri belə həsrət apararaq, həsrət çəkərək deyəcəklər ki,-"Kaş bundan da çox və yaxşı işlər görəydik!"
Qiyamətdə peşmançılıq məsələsi Qur`anın bir çox ayələrində öz əksini tapmışdır. Onlardan bir neçə nümunə: "Zumər" surəsinin 56-cı ayəsində buyurur: "Əgər biz dünyada haqqa qulaq assaydıq, ağıl və düşüncə sahibi olsaydıq-bu gün bu hala düşməzdik".
Bə`zən də günahkarlar təəssüflə deyərlər: "Vay bizim halımıza ki, Allahın haqqını zay etdik".
İmam Baqir ´ buyurub: "Qiyamətdə ən çox həsrətdə qalan kəslər onlar olacaqlar ki, dünyada ədalətdən dəm vuracaq, əməllərində isə o ədalətdən bir əsər olmayacaq".
1-Bununla əlaqədar rəvayətlərə əsasən Qur`an ayələrindəki həsrət o kəslərə aiddir ki, onlar Rəsuli-Xudanın vəsilərindən üz döndərib qeyrilərinə üz tutublar.
2-Bir hədisdə oxuyuruq: "Allahın Rəsulu Əbi Zərə buyurdu: "O kəslər ki, mənim risalətimi qəbul etməyib dünyadan gedəcəklər-qiyamət günündə onlar kor, kar və zülmət içərisində olduqları bir halda hazır olacaq və deyəcəklər: -vay bizim halımıza ki, Allahın haqqını əda etməmişik!"
3-Qiyamətdə ən çox həsrət çəkənlərdən biri də onlar olacaqlar ki, dünyadan əyri yollarla çoxlu var-dövlət qazanıb, lakin onlardan Allah yolunda xərcləməyib, dünyadan köçüb. Sağ qalan varisləri isə bu mal-dövləti Allah yolunda, dinimiz yolunda xərcləyib və sonra o da dünyadan gedib. Axirətdə isə behişti-varis, cəhənnəmi isə mal yiyəsi qazanmış olur.
4-Kinli, qaşqabaqlı və mərdüməzar adamlar həmçinin həsrət odunda yanacaqlar.
5-Qiyamətdə bir də o şəxslər xəcalət çəkib, peşman olacaqlar ki, dünyada elm qazanmaqda imkanları və qabiliyyətləri var idi, lakin onlar elmin sorağı ilə getməyib, dünyadan nadan kimi getmişlər.
6-Bu qəbildən olan bir qrup kəslər onun söylədiklərinə əməl edib behiştə daxil olacaq, o alimlər isə, hansı ki, öz dediklərinə özləri əməl etməyiblər, cəhənnəmə varid olacaqlar.
Peşmançılıq və həsrət-o günün ən ağır və üzücü peşmançılıq nişanələri olacaqdır ki, digər bir çıxış yolu yoxdur.
Bəli, o gün bütün arzu və istəklər bihudə və mə`nasız olacaqdır. Qur`an günahkarların dili ilə deyir: "Əgər dünyaya qayıtmaq mənə bir də nəsib olsaydı, onda mən, yalnız yaxşı işlər görərdim". Lakin çox təəssüf ki, qayıtmaq üçün artıq imkan olmayacaqdır.
7-Digər bir hədisdə oxuyuruq ki, əgər bir qrup adam yığışıb bir yerdə Allahı zikr etmək əvəzində bihudə sözlərlə vaxtlarını keçirtsələr, qiyamət günündə bu məclis o adamların həsrətdə qalmaqlarına bir vasitə olacaq.
Dualarda oxuyuruq: "İlahi! O günahlar ki, qiyamətdə mənim peşmançılığıma səbəb olacaq, onlardan Sənə pənah aparıram!"
8-Bir başqa hədisdə oxuyuruq: "Adam öldürmək, qohum-qardaşdan uzaqlaşmaq, vəsiyyət etməmək, insanların hüququna e`tinasızlıq, zəkat verməmək-bunların hər biri həsrətdə olmaqlarına vasitə olacaq." ("Səfinətül-bihar").
9-O kəslər ki, dünya şöhrətindən ötrü əldən-ayaqdan gedir və dünya malına hərisdirlər-qiyamət günündə böyük peşmançılıq və həsrətə giriftar olacaqlar.
10-O kəslər ki, dünyada özlərinə dost seçməkdə yanılıblarsa, qiyamət günündə hədsiz peşmançılıq və həsrətə qərq olacaqlar və deyəcəklər: "Vay mənim halıma, kaş filankəsləri özümə dost seçməyəydim!" ("Ə`raf" surəsi, ayə 53). Sonra əlavə edib deyəcək: "Pis dost məni Allah yolundan uzaqlaşdırdı, kaş Peyğəmbəri və Əhli-beyti özümə dost tutaydım".
Qur`anda qiyamət gününün həsrəti barəsində bir çox ayələr vardır ki, onlardan birində buyurur: "Elə bir kəs varmı ki, bu böyük və iztirablı gündə bizə şəfaət və nicat versin?!"
Qiyamət günündə kafirlər fəryad qopararaq deyəcəklər: "Kaş mən torpaq olaydım!" Bəli torpaq bizdən bir dən alır, əvəzində isə bütöv bir sünbül verir. Biz isə Allahın saysız-hesabsız ne`mətlərindən faydalandıq, əvəzində isə bir layiqli iş görmədik.
Düzdür, kafirlər həsrət və peşmançılıq əlamətlərini həmişə fəryad çəkməklə izhar etməyəcək, əksinə, əvvəlcə öz utancaqlıqlarını gizlədəcəklər ("Yunus"-54). Sonra isə tədriclə öz xəcalət və peşmançılıq hislərini aşkara çıxardacaq və fəryada gələcəklər.
O gün dünyaya yenidən qayıtmaqlarını dəfələrlə Allahdan istəyəcəklər: "Xudaya, indi biz gördük, eşitdik, huşyar olduq və anladıq ki, peyğəmbərlər bizə doğru söyləyiblər, lakin biz aldandıq. İlahi, bizi dünyaya qaytar, ta ki, biz saleh əməllərə əncam verək". Amma bu nalə və fəryadlar heç bir fayda verməyəcək.
Bu həsrət və peşmançılıq həmin andan başlayacaq ki, İsrafil əleyhisəlamın surunun nə`rəsi ilə bütün ölülər qəbirdə diriləcək və deyəcəklər: "Vay bizim halımıza! Bizi qəbrimizdən kim durquzdu?!" Bu nalə və fəryadlar bütün mərhələlərdə davam edəcək, cəhənnəmə daxil olanadək. Hətta cəhənnəmdə bir qədər də şiddətli olacaq, çünki buna aid Qur`an ayələrinə nəzər yetirdikdə görürük ki, cəhənnəm atəşində yananlar fəryad çəkərək deyərlər: "İlahi! Bizi bu cəhənnəm odundan xilas et və bizi dünyaya qaytar. Əgər biz əvvəldə olduğu kimi pis işlərimizə davam etsək, demək biz həqiqətən də zalımıq".
İlahi! Bizi məhşərin bütün mərhələlərində o günün məxfi və aşkar həsrət və peşmançılığından nicat ver!
Qiyamətdə günahkarlar elə bir şəraitə düşəcəklər ki, öz günahlarını e`tiraf etmək məcburiyyətində qalacaqlar.
Qiyamət məsələlərindən biri də "mizan" məsələsidir ki, Qur`anda və rəvayətlərdə varid olub.
"Mizan" dedikdə, insanların əməl tərəzisi başa düşülür. Qur`an bu xüsusda buyurur: "Peyğəmbərlər kitab və tərəzi ilə gəldilər." ("Hədid"-25).
"Mizan" bəhsinə gəldikdə isə bir neçə mətləbə işarə etmək lazım gəlir.
1. Mizanın mə`nası
Mizan-adından da göründüyü kimi, ölçü vasitəsidir. Fərqi yoxdur o, məsafə ölçüsü, həcm ölçüsü və ya çəki ölçüsü olsun. Necə ki, parçanın uzunluğunu metrlə, yolun uzunluğunu kilometrlə ölçürlər, qiyamətdə də insanların əməllərini haqla ölülçəcəklər. ("Vəl-vəznu yəvməizinil-həqq", "Ə`raf"-9).
Bir çox rəvayətlərdə oxuyuruq: "Bizim əməllərimizin mizanı (ölçüsü), peyğəmbərlər və mə`sum imamlardır, çünki o həzrətlər insaniyyətliyin kamil bir məqamına yetişiblər və işləri, amalları bizim üçün bir nümunə və ülgü olaraq qalır və bizim əməllərimiz, o Həzrətlərin tutduqları həyat yolu və xalis əməlləri ilə müqayisə olunacaqdır.
Həzrət Əli ´-ın ziyarətində oxuyuruq: "Əssəlamu əleykə ya mizanəl-ə`mal"-yə`ni salam olsun sənə, ey o şəxs ki, qiyamətdə əməl tərəzimizə bir mizan, vəsilə olacaq.
2-Niyə Qur`anda «Mizan» gəlməsi əvəzində «məvazin» gəlməsi işlənilib?
Cavab: -Çünki bizlərdən hər birimizin özümüzə məxsus olan əməl və ölçüləri var. Məsələn: bizim namaz, oruc, həcc və s. ibadətlərimizi, mə`sum imamların ibadətləri ilə müqayisə olunacaq və ölçüləcəkdir. Buna əsasən "tərəzi"lər də müxtəlif olacaqdır. Buna görə də Qur`ani Şərifdə bir yox, bir neçə "tərəzi"dən bəhs olunur.
3-«Mizan»-kimlərdən ötrüdür?
Rəvayətə əsasən "mizan"-mö`min şəxslər üçündür. O kəslər ki, müşrikdirlər və ya əməlləri batildir, yə`ni bir çox ağır günahlara mürtəkibdirlər-onlar üçün "vəzn–mizan" kara gəlməyəcək. ("Kəhf" surəsi, 105).
Hədislərdə oxuyuruq: "Yollarını azmış rəhbərlər üçün həmçinin qiyamətdə "mizan" gərək olmayacaq. Çünki onların günahları, bəd əməlləri ölçüyə gəlməzdir.
"Kitabi-kafi"də oxuyuruq ki, imam Səccad ´ buyurub: "Müşriklər üçün qiyamətdə "ədalət tərəzisi" asılmayacaq və "əməl dəftərləri" qiyamətdə açılmayacaq. Kitab, hesab və ölçü-bu məsələlər müsəlmanlar üçündür."
4-İnsanın hansı əməli tərəzidə ağır gələcək?
Bütün xeyirxah işlərin ölçüsünü (çəkisini) ağır, pis və şər işlərin isə ölçüsünü (çəkisini) yüngül sayacaqlar, lakin Rəsuli-Əkrəmin hədisində oxuyuruq ki: "Gözəl əxlaq, saleh əməllərin fövqündə durur. "
Bu kəlmənin mə`nası bizim hər birimizə yaxşı mə`lumdur. Gündəlik namazlarımızda biz bu ibarəni 10 dəfə dilimizdə zikr edirik ("İhdinəs-siratəl-mustəqim")-yə`ni: həqiqi yol, ədalətli yol, peyğəmbərlərin, övliyaların, şəhidlərin, əməli saleh bəndələrin yolu-Allah yolu.
Bu kəlmə Qur`anda qırx dəfədən çox təkrar olunub. Fikir və düşüncə tərzi-bu məsələ insanların şəxsiyyətini müəyyənləşdirən mühüm me`yardır.
Doğru yol, haqq yol-yalnız birdir, digər batil yollar isə çoxdur.
Siratəl-mustəqim (doğru yol, haqq yol) nə ifrata uğrayır, nə də təfritə; həm bu dünyanın hadisələrini və məsələlərini özündə əks etdirir, həm də axirəti yeganə bir yoldur ki, nə nəzəri məsələlərə üstünlük verir, nə də əmələ; əksinə, hər ikisini lazım bilir.
Siratəl-mustəqim elə bir yoldur ki, fərd ilə cəmiyyəti, cisim ilə canı, fikir ilə əməli, qiyam ilə təvəkkülü, ağıl ilə hissiyyatı bir-birinə qovuşdurur.
Xülasə siratəl-müstəqim, Allahın dinidir.
Qur`anda oxuyuruq: "Ey mənim Rəsulum! De onlara ki, Rəbbim məni doğru yola hidayət etdi və o bir məktəb və dindir ki, fitrət və ağıl sayəsində qərar tutub. " ("Ən`am" surəsi, 161)
"Siratəl-müstəqim", übudiyyət, Allaha bəndəlik yoludur: (Yasin"-61),
"Siratəl-müstəqim"-Allaha bağlılıq və əhd-peyman yoludur, ("Ali-İmran-101).
"Mə`lum məsələdir ki, Allah ilə əhd bağlamaq-Onun qanununu qəbul etmək və ovliyaların itaətində dayanmaqdır.
Hədisdə oxuyuruq: İmam Sadiq ´ buyurub: "Vallahi ki, yeganə, doğru yol – bizim yolumuzdur".
"Sirat"-qiyamətdə təcəssüm tapdığına görə və həm də dünyada olan əməllərimizi, əqidə və düşüncələrimizi özündə cəmləşdirdiyinə görə lazım gəlir ki, dünyada tutduğumuz və getdiyimiz yola bir nəzər salaq ta ki, qiyamətdəki "sirat" haqqında təsəvvürümüz olsun.
Qiyamətdə cəhənnəm üzərində bir körpü salınıb: tükdən nazik, qılıncdan iti, bütün insanlar o körpüdən keçməlidirlər. Necə ki, Qur`an buyurur: "Sizlərdən hər biriniz bu körpüdən keçmək məcburiyyətində olacaqsınız, lakin zalımlar, günahı çox olanlar siratdan keçə bilməyib, cəhənnəmə düşəcəklər, təqva əhlinə isə biz nicat verəcəyik". ("Məryəm" surəsi 72).
Rəvayətlərə istinadən, mö`minlər siratdan ildırım sür`əti ilə keçəcəklər. Bə`ziləri külək kimi, sirat körpüsünü ötüb keçəcəklər.
Xülasə, hər kimin saleh əməlləri çox, imanı kamildirsə-onlar siratdan sür`ətlə keçəcəklər.
Bəli, o Allah ki, İbrahim peyğəmbər üçün odu soyutdu, qiyamətdə də, yaxşı insanlar üçün siratdan keçərkən cəhənnəm odunu söndürər, inşallah.
Əlbəttə, o səhnələri müşahidə etmək hətta mö`minlər üçün ona səbəb olar ki, bilərlər qiyamətdə öz yerləri haradadır. Dünyada bir neçə gün əzab-əziyyətə qatlaşmağın nəticəsini və aqibətinin nə ilə tamamladığını öz gözləri ilə görər.
Hədisdə oxuyuruq: "Allah-Təala heç kimi behiştə aparmaz, ta o vaxta qədər ki, o şəxs cəhənnəm atəşi ilə tanış olub, müəyyən təsəvvürə malik olmuş olsun ki, Allahın mərhəmətini və ne`mətlərinin qədrini daha yaxşı bilib fərəhi və sevinci bir qədər də artsın. Və yaxud da heç kimi cəhənnəmə vasil etməz o vaxtadək ki, behişt ne`mətlərini ona nişan vermiş olsun, ta ki, bunları bilərəkdən peşmançılıq və həsrət dağı cəhənnəm odu ilə qarışıb onu bir az da bərk yandırsın.
Bir çox rəvayətlərdə oxuyuruq ki, şiddətli bir odun, alovun üstündən keçən, insanları əbədiyyətə qovuşduracaq tükdən nazik olan bu körpünün üstündə bir neçə yerdə (mərhələdə) dayanacaqlar var ki, bu mərhələlərdə Allahın övliyalarından başqa bütün insanlar sorğu-sualdan ötrü saxlanacaqlar.
İmam Sadiq ´ "Fəcr" surəsi 14-cü ayəsinin ("Şübhəsiz, Rəbbin bəndələrin işlərini izləyir) təfsirində buyurur: "Allahın bəndələrdən sorğu-sualı həmin keçiddə (keçid dövründə) olacaqdır. Bu keçiddə sual-namaz, qohum-əqrəba, insanların hüququ və əmanət haqqında olacaqdır."
Bu dar körpünün üstündə o kəslər möhkəm duracaqlar ki, onlar özlərinə rəhbər seçəndə diqqətli olublar, hər şəxsin ardınca getməyiblər, o şəxsləri özlərinə rəhbər qərar veriblər ki, onlar Allahın, Peyğəmbərin yolunu tutublar.
"Biharul-ənvar" kitabının 39-cu cildindəki 32-ci hədisdə varid olub ki, Peyğəmbəri-Əkrəm Œ bir neçə səbəbə görə həzrət Əli ´-a buyurub: "Əntə qəsimul-cənnəti vən-nar"-yə`ni; ya Əli, sənin yolunla getmək və sənə məhəbbət göstərmək-behişti qazanmağa səbəb olar, səni inkar etmək və səninlə müxalif olmaq-cəhənnəmə daxil olmaq rəmzidir.
Mərhum Əllamə Əmini, əhli-sünnə alimləri Əhməd Hənbəli, İbni Əbil-Hədid və digər alimlərdən nəql edir ki, sirat körpüsündən keçmək və ya keçə bilməyib cəhənnəmə düşmək məsələsi-Həzrət Əli ´-a qarşı olan münasibətdən asılıdır.
Hədisdə oxuyuruq: Həzrət Əli ´ buyurub: "Mən həmin yolam ki, cənnət və cəhənnəmin arasından keçir".
Bu rəvayət və hədisləri xatırlatmaqda məqsədimiz, əlbəttə, siratı inkar etmək deyil, əksinə, Həzrət Əli ´-a məhəbbət göstərmək Və yaxud əksinə, ona müxalif olmaq nə kimi acı nəticələr verə biləcəyini əziz oxucularımızın nəzərinə çatdırmaqdır.
Şəfaət-şəf`-kökündən olub, "cüt" mə`nasını bildirir. Şəfaət-yə`ni; bir şeyin və ya bir şəxsin yanında qərar tutmaq və cüt olmaq deməkdir. Məsələn, bir nazik sapın tutarı olmaz, lakin digər saplar ona sarılsa, o möhkəm və faydalı olar. Həmçinin həkim və dərman-xəstə ilə təmas tapdıqda şəfaətə səbəb olar...
Amma bu şəfaətin həyatda olan mə`nasıdır, axirətdə şəfaətin mə`nası mə`nəviyyat təkamülünün zirvəsinə çatmış övliyalar, mə`sum imamlar, alimlər və şəhidlərin zəiflərin əlindən tutub Allahın əzabından nicat verməsi mə`nasındadır. Əlbəttə, bunların fövqündə, hər şeydən əvvəl Allahın iradəsi və rizası durur.
Şəfaət məsələsi haqqında kitablarda çoxlu hədis və rəvayətlər var, lakin biz mətləbi uzatmayıb, onların xülasəsini sual-cavab şəklində veririk:
1- Allah övliyalarının şəfaəti qiyamətdə qətidirmi?
Cavab: Bəli, bütün əhli-sünnə və şiələrin dəyərli kitablarında şəfaət haqqında çoxlu rəvayətlər var. Fəxr Razi "İsra" surəsi, 79-cu ayəsinin təfsirində yazır: "Bütün müfəssirlər deyirlər;-"Mahmud məqamı" (tə`riflənmiş məqam) ki, bu ayədə Allah-Təala Peyğəmbərə Œ və`də edib, həmin şəfaət məqamıdır."
Qur`anda şəfaət məsələsinə dair 20-dən çox ayədə söz açılır, mərhum Məclisi isə "Biharul-ənvar" kitabında, bu barədə 86 hədis nəql edib.
Eyni zamanda Qur`an və hədis nəzərincə, Allah övliyaları və peyğəmbərlərinin əsil şəfaətləri barəsində heç bir tərəddüd və ixtilaf yoxdur.
2-Şəfaət etmək Peyğəmbərə Œ məxsusdurmu?
Cavab: Xeyr, çünki sünni və şiə rəvayətləri qiyamətdə şəfaətin üləma, şəhidlər, əməli salehlər və imamlara aid olduğunu bəyan edirlər.
3-Kimlərə şəfaət olunacaq?
Cavab: O kəslərə ki, sağlam və səhih əqidəyə qulluq etmiş olsunlar, yalnız əməldə bə`zi əyintiyə yol vermiş olsunlar.
Qur`an buyurur: "Yalnız o şəxslər qiyamətdə şəfaətdən bəhrələnəcəklər ki, Allahla özləri arasında əhd-peymanları olmuş olsun. Allah və övliyalar o şəxslərin tutduq-ları yolu qəbul etmiş olsunlar."
Bəli, o dünyada şəfaət, bu dünyadakı əməllərə müvafiq və münasibdir. Yə`ni kim bu dünyada Allahın, övliyaların və rəbbani alimlərin göstərdikləri yolu gedib və onların göstərişlərinə əməl ediblərsə, o dünyada da, onlardan kömək və imdad diləyə bilər və müəyyən fayda əldə edərlər.
Bə`zi rəvayətlərə əsaslanaraq onu da nəzər-diqqətinizə çatdırmaq istəyirik ki, namazı tərk edənlər və onu yüngül say-anların işi Allahın övliyalarına həvalə olunmur.
4-Nəyə görə Allah-Təala günahkarları bilavasitə Özü əfv etmir ki, başqalarının da vasitəçiliyinə ehtiyac qalmasın?
Cavab: - Əvvəla, şəfaət məqamı bir padşahlıqdır ki, Allah Təala ibadət və bəndəlik xatirinə Öz övliyalarına verib.
İkincisi, əgər insan görsə ki, qiyamətdə Allahın övliyaları, peyğəmbər, imam, şühəda, üləma və Qur`an şəfaət əhlidirlər, sə`y edər ki, dünyada onlara yaxın olsun və onların hidayət işığından istifadə etsin. Bu da ki, şəfaətin mühüm əsərlərindən biridir. Eyni zamanda şəfaət məqamının əta olunması ayrı-ayrı fərdlərdə elə bir cazibə oyadır ki, əgər onlar peyğəmbər və imam məqamına çat-masalar da, istəyərlər ki, heç olmazsa şəhid və saleh bəndələr məqamına yetişsinlər.
5-Şəfaətə nail olmaq-iş görmədən, muzd almaq deyilmi? Yə`ni Qur`anın bu ayəsinə istinadən ki, buyurur: "Muzd, işə görə verilməlidir". Əgər günahkardırsa, o cəhənnəmə getməlidir, çünki ona şəfaət vermək, işsiz (əməlsiz) muzd vermək kimidir. Yuxarıdakı fikir bu ayə ilə ziddiyyət təşkil etmirmi?
Bu suala cavab üçün iki misala müraciət edək:
a) Haq-hesabda düzgün olan kəs bir qədər nağd pulla bazara getsə, ona müəyyən məbləğ nisyə mal aparmağa da e`tibar edərlər. Bu halda demək olmaz ki,-"bazara otuz min manat pul aparıb, niyə 40 min manatlıq mal alıb?! Niyə camaat ona nisyə mal verib? Bu, işsiz muzd və pulsuz alınmış maldır. Çünki e`tibar edilmiş on min manat, onun otuz min nağd pulunun sayəsindədir. Qiyamətdə də günaha görə şəfaət, yalnız o kəslərə aiddir ki, dünyada iman və saleh əməllə özlərinə sərmayə və e`tibar qazanmışlar.
b) Alpinistlər o kəsə kömək edərlər ki, özünü yamaca çatdırmış olsun, lakin dağın ətəyində hərəkətsiz qalmış bir adamı heç bir qüvvətli şəxs, arxasına alıb zirvəyə qaldırmaz.
Şəfaətdə də, gərək insanın saleh əməl və hərəkətləri olsun ki, Allah övliyalarının şəfaətinə nail olsun. İş görmədən muzd almaq olmaz.
6-Məgər peyğəmbər, imam və şəhidlərin lütf və mərhəmətləri Allah-Təaladan əfzəldir? Belə ki, Allah günahkarlara istəyər əzab verə, lakin övliyalar vasitəçilik edib qoymazlar?!!
Cavab: -Xeyr! heç kimin haqqı yoxdur ki, Allahın əmri olmadan kimə isə şəfaət edə. Yalnız Allah-Təala tərəfindən verilmiş məqam və göstəriş vasitəsi ilə şəfaət edilə bilər. Əgər Allah-Təala o məqamı onlara verməyib və ya şəfaət etmək icazəsi verməyibsə, heç kimin ixtiyarı yoxdur ki, kimə isə şəfaət edələr. Həqiqətdə o böyüklərin vasitəçiliyi Allah-Təalanın lütfünün sayəsindədir.
Qur`an buyurur ki, "Allahın izni olmadan, Onun dərgahında kim şəfaət edə bilər?!" ("Bəqərə" surəsi 255)
7-Əgər cəza almaq qanuni ədalətə uyğundursa, vasitəçilik nə üçündür?
Cavab: Qanun-günahkarların haqlı cəzaya çatmaqlarından ötrüdür, lakin Allah övliyalarına ali şəfaət məqamının verilməsi də həqdir. Buna müvafiq haqq və ədalət, iki uyğun iş arasında bir üstünlük göstəricisinə malik olacaqdır.
Digər tərəfdən Allah-Təala təkcə intiqam alan deyil, əksinə, rəhm edən və bağışlayandır. Bə`zən ədaləti aşkar edər və günahkarlara intiqam adı ilə cəza verər. Bə`zən də rəhm və mərhəmət adı ilə onu bağışlayar, çünki bağışlamaq da Allahın sifətlərindəndir.
8-Şəfaət və`dəsi günahkarlara cür`ət vermirmi?
Cavab: -Əgər bir şəxsə və`də versək ki, filan saatda mütləq filan günahdan, siz şəfaət olunacaqsınız, bəli, onda insan günah etməyə cür`ət edər. Lakin bir halda ki, insan şəfaətə nail olacağına əmin deyil və bilmir ki, ona şamil olunacaq, ya yox; eləcə də bu şəfaət İlahinin qəzəb və qəhrindən qabaqdır, yoxsa cəza və işgəncədən sonra olacaqdır. Belə olan təqdirdə, bir neçə nöqtə qaranlıq olduğuna görə günah etməyə cür`ət edilmir. Məsələn: əgər banklardan biri e`lan etsə ki, mən mükafat verirəm-bu əməl bankla əlaqəsi olanlara ("ortaqlara") ümid verər, lakin mükafat pulu ilə alış-veriş cür`ətini onlara verməz. Çünki nə mükafatı udan mə`lumdur, nə onun məbləği, nə də ödəmə tarixi. Və heç vaxt müştərilər bankın bildirişini oxumaqla, mükafat almaq ümidi ilə mal almağa başla-mazlar. Bunlar hamısı bir yanda, Məgər tövbənin qəbul olunmağı, günah etmək cür`ətinə səbəb olar?! Çünki tövbə, günahkarların ürəyində ümid nurunu parladır, bəs onda gərək tövbə insanları günaha cür`ətli edə. Lakin bu cür olmayacaq, çünki mə`lum deyil Allah-Təala hansı günahın tövbəsini hansı şəxsdən və hansı şəraitdə tələb edəcək? Bundan əlavə, şəfaətin şərtlərinin özü-dediyimiz kimi, fərdlərin kamilləşməsi yoludur, günah etməyə cür`ət yolu deyil.
9-Nə üçün bə`zi ayələrdə şəfaət inkar edilir?
Cavab: -Bəli, Qur`anın iki yerində oxuyuruq: -
"Heç bir şəfaətin qəbul edilməyəcəyi gündən qorxun!" Lakin Qur`anın xitabı özlərini bəyənən yəhudilərdir. Bir mövhum xəyala uyaraq, güman edirdilər ki, yəhudilər heç vaxt Allahın qəzəbinə düçar olmayacaqlar. Hətta bir əzab da olsa, bir neçə günlükdür. Və yəhudilərin irqi ən yaxşı irq, yaradılış nizamının gözünün nurudurlar və qiyamətdə Allahın şəfaət və lütfünə nail olacaqlar. Ona görə də bu, özünü bəyənmək ruhunun əzilməsi üçün Qur`an buyurur: "O gün hər kəsin işi yalnız onun əməli ilədir, əvəz yeri, rüşvət və şəfaət yoxdur". ("Bəqərə" surəsi ayə 48 və 122)
Bütpərəstlər də belə əqidədə idilər ki, bu daş və ağac onların şəfaət ediciləridir və Qur`an bu xurafatı ifşa edir.
10-Hansı şəxslər şəfaət olunmaqdan məhrumdurlar?
Cavab: Burada səmavi kitaba müraciət etmək çox yerinə düşər. Qur`an bu barədə, behişt əhli ilə cəhənnəm əhlinin danışığını təsvir edən çox maraqlı bir səhnədə buyurur: "Cənnətdəkilər günahkarlar barəsində bir-birindən (və sonra onlara müraciət edib) soruşacaqlar: "sizi cəhənnəmə sürükləyən nədir?" Günahkarlar deyərlər: "Biz namaz qılan kimsələrdən deyildik, yoxsulu da yedirtməzdik".
Bu ayəyə uyğun bir hədisdə deyilir: "Biz xüms və zəkat vermirdik". "Batil işlərlə məşğul olanlarla birgə biz də, dolanardıq". "Biz, yəqinlik hasil olana qədər qiyamət gününü inkar edirdik. Artıq şəfaət edənlərin şəfaəti onlara fayda verməz". ("Muddəssir" surəsi. 39-48)
11-Bir qrup adamların şəfaətə şamil olmamaqları, Allahın və övliyaların lütfünə xələl gətirmirmi?
Cavab: Allahın lütfündən faydalanmaq, təkcə Onun lütfü ilə bağlı deyil, bizim hissiyyat və tez qavrama bacarığımızdan da asılıdır. Bir neçə misala diqqət yetirək. Günəş işığı nöqsanlı deyil, lakin torpaq tutqun olduğuna görə, güzgü kimi onu əks etdirə bilmir və bu günəş nurunun günahı deyil. Dənizin suyu çoxdur, əgər topun deşiyi olmasa bir qətrə də onun içinə keçməz. Bu dənizin günahı deyil, topun bütöv olması, onu sudan məhrum etmişdir. Və yaxud əgər həkim bir ölünü dirildə bilmirsə, bu həkimin günahı deyil, çünki ölü özü dirilik qabiliyyətini əldən vermişdir.
Tərslik və inadkarlıq edən şəxslər haqda Qur`an buyurur: "Onlar lal, kar və kordurlar". Qur`anın başqa bir ayə-sində Allah Öz Rəsuluna buyurur: "Sən qadir deyilsən-ürəyi ölmüşləri hidayət edəsən və haqqı onların qulaqlarına çatdırasan". ("Nəml"-80)
Əziz oxucular, şəfaət toxumu gərək bu dünyada əkilsin ki, axirətdə nəticəsi olsun. Əmirəl-mö`minin ´ buyurub: "Peyğəmbərlərin də`vət və çağırışlarını qəbul edin, əmrlərinə təslim olsun, əməlləriniz buyurduqlarına uyğun olun ta ki, onların şəfaətinə nail olasınız".
Əvvəl də işarə etdim ki, axirətdə şəfaət, bu dünyadakı havadarlığın təcəssümüdür. Bu dünyada peyğəmbər, imam, şəhid və alimlər ilə bağlılığı olmayan və onların fəryad, sə`y və fədakarlıqlarına e`tinasız olan kəslər axirətdə şəfaətə nəsib olanlardan olmayacaqlar.
İslam rəvayətlərində bir neçə mətləb əldə olunur:
Şəfaət edənlərin dərəcəsi eyni deyil, ən uca məqam İslamın əziz peyğəmbərinə Œ, sonra mə`sum imamlara və peyğəmbərlərə, sonra ruhani alim və şəhidlərə və başqa mö`minlərə aiddir. Şəfaətin miqdar və hüdudu şəfaət edənlərin məqamına bağlıdır.
Rəvayətlərdən bu ortaq nəticəyə gəlirik ki, şəfaətin başlanğıcı qiyamətdə əvvəlcə Həzrət Muhəmmədin Œ əlində, sonra başqalarının əlində olacaq. ("Sünəni İbn Macə", 4308-ci hədis və "Təfsir-əl-Mizan").
Şəfaət o demək deyildir ki, günahkar mütləq cəzadan əvvəl lütfə nail olur, ola bilsin ki, müəyyən müddət əzab və işgəncədən sonra əfv olunsun. Bu hədisə diqqət yetirin: "O vaxt ki, cəhənnəmdə kafir və münafiqlər Allahpərəst günahkarların yanında qərar tutdular, sizin imanınız dərdə dava olmadı və bizim kimi Cəhənnəmdə qərar tutdunuz" – deyə onları sancmağa başladılar. Allah-taala mələklərə əmr edər ki, o Allahpərəst günahkarların şəfaətə yetişmək qərarını versinlər. Buna uyğun bə`zən İlahinin əfvi müəyyən müddət əzabdan sonra insana şamil edilir.
4. Şəfaət təkcə ali insanlara məxsus deyil, necə ki, Qur`anın əhəmiyyəti barədə "Nəhcul-bəlağə"də oxuyuruq:
"Qiyamətdə şəfaət edənlərdən biri də Qur`andır." Həzrəti Əli buyurur: "Bilin ki, Qur`an, qiyamət günü şəfaəti qəbul olunan bir şəfaətçidir" (o kəslər ki, Qur`anı öyrənmiş, öyrətmiş, oxumuş və ona əməl etmişlər). ("Nəhcül-bəlağə" səh. 567 xütbə 175)
Çoxlu rəvayətlərə uyğun "Üsuli-kafi" kitabında deyilir: Xeyir əməllərin təcəssüm tapdığı Qur`an çox gözəl bir cavan qiyafəsində zahir olar və qiyamət əhlinin yanından elə keçər ki, bütün mələk, peyğəmbər və mö`minlər elə güman edərlər ki, o da onlar kimi bir fərddir. Lakin onların qarşısından keçib uça bir məqamda qərar tutar və o vaxt öz havadarlarına şəfaət edər və deyər: "Ey Allah, filankəs mənim yolumda əziyyətlər çəkdi və qayğı göstərdi. Bu gün onu ən yaxşı ne`mətlər ilə faydalandır". (Üsuli-kafi, II cild səh. 598)
Qur`anın şəfaəti təkcə Allahın qəzəbindən nicat tapmaq üçün deyil, həm də bir hədisə uyğun: "şəfaət-insanın məqamının artması və ucalığı" üçündür." (Üsuli-kafi II cild, səh. 59).
Nalə və fəryadlar ərşə dirənər"O gün ki, əzabın şiddətindən uşaqlar qocalar" ("Muzzəmmil" surəsi, 17)
"O gün ki, heç bir alış-veriş, dostluq və şəfaət kara gəlməz". ("Bəqərə"-254)
"O gün ki, (təqva əhlindən savayı) hətta dostlar da bir-birinə düşmən kəsilərlər." ("Zuxruf"-67).
"O gün ki, günahkarlar razı olarlar ki, nicat tapmaqdan ötrü hər bir şeyi fəda etsinlər." ("Rə`d"-18)
"O gün ki, insan-ən yaxın adamlarından-ata, ana, baçı, qardaş, əyal və övladlarından da üz döndərər, yalnız öz hayında olar." ("Əbəsə"-34).
"O gün ki, insan fəryad çəkərək soruşar: -çıxış yolu haradadır?!" ("Qiyamət"-10)
"O gün ki, ölüm hər tərəfdən onu əhatə etmiş olsa da, ölümdən xəbəri olmaz". ("İbrahim"-17)
O gün tək özümüz olacağıq, bir də əməllərimiz. Bir Allah və bir də əməllərimiz. Bir Allah və bir də özümüz olacağıq. Biz olacağıq bir də cəza.
O günkü gündə günahkar insanlar əl-ayağa düşərlər. Sağ və sola baxıb görərlər ki, sağlığında yaxşı işlər görən insanlar nicat tapıblar, onun əli isə boşdur. Sağlığında bir yaxşı iş görməyib, əgər görübsə də, riyakarlıq üzündən, o da batil olub Və yaxud bir iş görüb və güman edib ki, yaxşı işdir, amma indi mə`lum edir ki, zənnində yanılıbmış, bilməyib ki, bu pis işdir.
O gün günahkarlar, hər yerdən kömək və imdad diləyərlər. Qur`an o iztirablı və həyəcanlı gündə insanların imdadına yetişə biləcək amilləri öz ayələrində bəyan edir, Allah-Təala o günkü gündə bizim və oxucularımızın dadına yetişsin, inşallah!
Hamıdan əvvəl günahkarlar yardım üçün mö`minlərə müraciət edəcəklər. Münafiq kişilərlə qadınlar mö`minlərə "bizi də gözləyin, sizə düşən nurdan biz də payımızı alaq" deyən gün, onlara söyləyərlər; "Qayıdın dünyaya, özünüz özünüzə bir nur arayın". ("Hədid" 14).
Günahkarlar deyərlər: "Məgər biz dünyada (evdə, çöldə, bazarda, iş başında) sizinlə birgə deyildik?!"
Cavabında deyərlər;-"Bəli, cismani cəhətdən biz bir yerdə idik, əqidə və mə`nəviyyat cəhətdən isə bir-birimizdən kəskin surətdə fərqlənirdik".
Başqa bir səhnədən bəhs edərkən, Qur`an bu cür buyurur: "Günahkarlar behişt əhlindən bu cür kömək diləyəcəklər: -Ey kamə çatanlar! O içdiyiniz şərbətlərdən və onlardan ki, Allah sizə nəsib edib, bir az da olsa bizə verin!" Lakin yenə də həmin cavabı alacaqlar. Onlara deyəcəklər: -Allah behişt ne`mətlərini kafirlərə haram edib!".
Biçarə günahkarlar gördükdə ki, əlləri hər yerdən üzülüb, başlayarlar təqsirlərini başqalarının boynuna yıxmağa, deyərlər: -Əgər siz olmasaydınız, biz dünyada haqq yolu ilə gedib, mö`min olacaqdıq, onda bizə mane oldunuz". Lakin cavab bu cür olacaqdır: "Məgər sizin hidayət yolunuzu kəsmişdik? Niyə işıqlı və düz yolu qoyub, əyri və qaranlıq yolla getdiniz?!" Bə`zən də gileylənərək deyəcəklər: "Xudaya, təqsir özümüzdə deyil, fasid rəhbərlərə uyub, dallarınca getdiyimizə görə bu günə düşdük. Onlar bizi yoldan çıxartdılar". Və istəyərlər ki, bu rəhbərlərin əzabını Allah, ikiqat etsin. Amma Allah-Təala buyurar: "Doğrudur ki, onlar pis yolla gedib sizi də öz ardınca sürükləyiblər-buna görə də, ikiqat cəzalanacaqlar, lakin siz də, onların ardınca gedib, başqalarını da bu batil yola sövq etdiyinizə görə sizin də cəzanız ikiqat olacaq."
Onda günahkarlar öz rəhbərlərinə deyərlər: "Biz ki dünyada daima sizin qulluğunuzda durardıq, bəs indi dadımıza çatıb, bizi əzabdan xilas edə bilərsinizmi?!"
O vaxt fasid rəhbərlər deyərlər: "Məgər özünüz görmürsünüz ki, biz necə ağır bir əzaba giriftar olmuşuq?"
Xülasə, günahkarlar nə qədər cəhd etsələr də ki, öz günahlarını başqaların (mühitin və rəhbərlərin) boynuna yaxsınlar, lakin fayda verməz, çünki mühit insanları kəşf etmir, insanlardır mühiti quran və yaradan. Bəli, insan iradəsi elə bir qüvvəyə malikdir ki, o bütün bir sistemi və quruluşu dəyişdirə bilər. İnsan istəsə həm qurar, həm də dağıdar.
Z-Şeytanlardan imdad diləmək.
Günahkarlar qiyamətdə istəyərlər ki, öz günahlarını şeytanın boynuna yıxsınlar və bütün işlərdə onu təqsirkar bilsinlər, lakin şeytan onların niyyətindən xəbər tutub deyər;-"Siz günahı məndə yox, özünüzdə arayın. Dünyada mənim sizinlə də`vət və vəsvəsədən savayı bir işim olmayıb və bu da kifayət edib ki, siz yolunuzu azasınız. Amma mənim vəsvəsə və bütün cəhdim "mö`minləri tutduqları haqq yoldan döndərmək idi, lakin ona da nail ola bilmədim, çünki onların imanları möhkəm idi və Allahın əmrindən çıxmadılar." Bəli, siz öz əllərinizlə ürək evini bizim ixtiyarımıza verdiniz. biz də orada özümüzə məskən saldıq, lakin ürəkləri Allaha bağlı olan insanlara biz hakim ola bilmədik. "
Günahkarlar kömək üçün hara əl atarlarsa, əlləri naümid sinələrinə qayıdar. Nə fasid rəhbərləri, nə mö`minlər, nə də şeytan onların günahlarını boynuna götürər. Onda çarəsiz qalıb cəhənnəm mə`murlarından kömək istəyərlər: "Ey cəhənnəmin mə`mur mələkləri, sizin ki, Allahın yanında həya-abırınz var, öz Pərvərdigarınızdan istəyin ki, heç olmasa bir gün də olsa, əzabımızı yüngülləşdirməklə bizə tərəhhüm etsin. Bütün bu iltimaslara baxmayaraq, cəhənnəm mə`murları da onlara rədd cavabı verər və deyərlər: "Dünyada neçə il sərasər yaşadınız və bütün bu təbliğatları eşitdiyiniz və bildiyiniz halda, bəs niyə tutduğunuz bəd əməllərdən əl çəkib Allah yoluna gəlmədiniz?!"
Ziyankarlar, Qur`an ayələrini inkar edən və yolunu tam azanlar, həyasızcasına deyəcəklər: "İlahi, bizi bu cəhənnəm odundan xilas et. Əgər bir də əhdimizə xilaf çıxsaq, onda həqiqətdə biz zalımlardan olarıq və onda bizi cəhənnəm atəşində yandırarsan!"
Cavab gələr ki: Səsinizi kəsin, barı həya edib danışmayın! Siz həmin kəslər deyilsiniz ki, mö`minlər məğfirətdən ötrü dərgahıma əl qaldırıb dua edəndə, onları məsxərə edib, lağa qoydunuz? Məhz sizin başqalarını ələ salmağınız və lağa qoymağınız-bədbəxtçiliyinizə və qəflətdə qalmağınıza səbəb oldu."
Bəli, o kəslər ki, özləri iman əhli deyillər, məbada mö`minlərə istehza edib, onları ələ salsınlar.
Diqəti cəlb edən məsələ ondadır ki, günahkar insanlar hər yerdən və hər kəsdən imdad dilədikləri halda, bəs niyə əlləri naümid halda sinələrinə qayıdır? əgər o şəxslər bir qədər keçmişlərinə nəzər salsalar, baxıb görərlər ki, bir vaxtlar Qur`anı, peyğəmbərləri, imamları, mö`minləri və alimləri eyni ilə o cür özlərindən rədd edib, kənara salıblar. Dünya malını cəm edərək, onlardan müvəqqəti ləzzət almaq xatirinə başqalarına boyun əydilər. Lakin dünya və behişt ne`mətlərinin sahibi Allah Təalaya itaətsizlik etdilər və naşükür oldular.
Qiyamət haqqında neçə söz demək və ya yazmaq olar, bir halda ki, Həzrət Əli ´ buyurub: "Nə göz görüb, nə də qulaq eşidib." Biz qeybdə olan mələkut aləminə, vəhydən qeyri bir yol tanımırıq, həmçinin Qur`anın sorağı ilə gedib, qiyamətə aid olan yüzlərlə ayələrdən bə`zilərini, hansılar ki, mətləbə dair və şərhinə imkan var, onları bəyan etmək istəyirik.
Qur`an buyurur: "Qiyamət bərpa olanda, insanları məst halda görərsiniz, lakin əslində onlar məst deyillər. Əksinə, əzabın şiddətindən huşlarını itiriblər. " ("Həcc" surəsi, 2)
Əlbəttə, bu kiclik və iztirabdan başqa, mö`minlər üçün bir əmniyyət və sevinc də vardır ki, onlardan müvafiq mövzularda bəhs edəcəyik, inşallah!
O dövlətlilər ki, öz mal və sərvətlərini Allah yolunda sərf etmirlər, qiyamət günündə həmin pul və sikkələri odda qızdırıb alınlarına və yanlarına basıb dağ edəcək və onlara deyəcəklər: "Bu həmin şeydir ki, xəzinə adı ilə cəm etmişdin."
Qur`an bu barədə buyurur: "Cəhənnəm odunda qızaran bu qızıl-gümüşlə onların alnı, böyrü, beli dağlanan gün "Özünüzə yığdığınızdan dadın!" deyərlər." ("Tövbə"-35).
Qorxunun şiddətindən və vəhşətindən gözlər donub qalacaq, bir nöqtəyə zillənəcək. Necə ki, başqa bir ayədə buyurur: "Zillət bürümüş gözlərini fəqiranə bir tərzdə aşağı zilləyərlər." ("İbrahim"-42).
Həmçinin digər ayələrdə oxuyuruq: "O günahkarlar ki, o günkü gündə kor olarlar, heç nə görməzlər, onlar deyərlər: "Dünyada bizim gözlərimiz vardı və biz görürdük, bəs niyə burada koruq, görmürük?" Onlara cavab verərlər: "Necə ki, siz dünyada Bizim ayələrimizə göz yumur və Qur`ana baxmırdınız, onu unudurdunuz, eləcə də burda kor və unudulmuş kimisiniz". ("Taha"-125)
İmam Baqir ´ "İsra" surəsinin 72-ci ayəsinin ("Kim bu dünyada kordursa, axirətdə də kor olacaq) təfsirini, cəlbedici bir şərhlə bəyan edərək buyurur: "O kəslər ki, yerin və göylərin yaranışından, gecə-gündüzün, ayın-günəşin gərdişini görüb, amma Allahı tanımır və bütün bu proseslərə adi bir hal kimi baxır, öz işlərində Allahdan bir əsər hiss edib duymur-onlar ürəkləri kor, qəlbləri daş, sanki, heyvan kimi qafil bir həyat sürərlər. Həmçinin qiyamətdə də kor və heyvan kimi məhşur olarlar. Bəli, axirətdə onların kor olmaqları, dünyada özlərini kor və heyvan kimi düşüncəsiz aparmaqlarının nəticəsidir. (Təfsiri-"Nurəs-səqəleyn").
Rəvayətlərdə də oxuyuruq: "O kəslər ki, boyunlarına həcc gəlir, lakin həccə getməyi ölənə qədər tə`xirə salırlar, qiyamətdə də, onlar kor kimi məhşur olacaqlar."
Qiyamətdə müxtəlif mərhələlər, dayanacaqlar vardır ki, onlardan biri-"göz yaşları axıdılan yer" adlanır. Bəli, bu yerdə göz yaşları axıdılacaq, lakin fayda verməyəcəkdir. Bununla belə bu hədisi də xatırlamaq yerinə düşərdi: İmam Sadiq ´ buyurur: "Bütün gözlər qiyamətdə ağlardır, yalnız haramı gördüyü zaman yumulan və Allahın itaətində açıq və oyaq olan gözlər ağlamaz. Və o gözlər ki, gecənin bir aləmində Allahın qorxusundan yaş axıdır-bu gözlər, qiyamətin acı, hönkürtülü ağlartısını özlərində görməyəcəklər."
Əksinə, dünyada bihudə və mə`nasız yerdə həddən ziyadə gülən insan qiyamətdə də həddən ziyadə ağlayacaqdır.
Dünyada bir başqa cür ağlamaq da vardır ki, o da məs`um imamlarımız, xüsusi ilə İmam Hüseyn ´-ın məzlumiyyətinə ağlamaqdır. Bu xüsusda da bir çox rəvayətlər varid olub.
İmam Riza ´ buyurub: "Hər kim ki, bizim müsibətimizi yad edib ağlasa və ya başqalarını ağlatsa-qiyamət günündə o gözlər ağlamaz" ("Biharul-ənvar"-cild 44, səh. 278.).
Qur`ani-Kərim buyurur: "O gün yaxşı əməl sahiblərinin üzləri ağ, günahkarlarınkı isə qara olacaq." ("Ali-İmran" surəsi, 106).
Digər ayədə buyurur: "Sanki, gecənin qaranlıq zülməti, günahkarların üzünə pərdə salmışdır." ("Yunus" surəsi, 28).
Yenə buyurur: "O gün bə`zi üzlər toza bulaşmış halda olacaqdır." ("Əbəsə" surəsi, 40). Bu qövmün bərabərində behişt əhli də olacaqdır ki, simaları ağ və nurani olacaq. (Başqa bəhsdə bu barədə söz açılacaq).
Dəstəmaz alarkən bizə məsləhət görülür ki, üzümüzü yuyanda qiyamətdəki üzləri yada salaq və dua edək: "İlahi! O gün ki, günahkarların üzü qara olacaq, ogünkü gündə mənim üzümü ağ et!".
Burunlarını lazım olmayan yerlərə soxan, Allahın kəlamına dodaq büzənlər haqqında buyurur: "Biz onların xortumuna dağ çəkərik".
Qur`an bu cür günahkarların burunlarını təhqir mə`nasında xortuma oxşadır və burunlarına dağ çəkməklə onları böyük bir əzaba və zillətə düçar etmiş olur.
Qiyamət səhnələri bir, iki mərhələdən ibarət deyil, əksinə, bir çox müxtəlif mərhələ və dayanacaqlardan təşkil olunmuşdur. Günahkarlar o gün o mərhələlərin birində yenə dayanacaq və ağızlarına möhür vurulacaqdır.
Şərif ayədə buyurur: "-O gün ki, ağızlara möhür vurulacaq" ("Yasin" surəsi, 64).
Bə`zi ayələrdə isə oxuyuruq: "Qiyamət günündə Biz günahkarları, üzlərini-pərişan, kor, kar və lal halda məhşur edəcəyik". ("İsra" surəsi, 67).
O gün danışmaq iqtidarında olmazlar və dilləri əvəzində sair bədən üzvləri danışar. Əlbəttə, bə`zi mərhələlərdə iltimas da edəcəklər, onları yoldan çıxardanlara nifrətlərini bildirəcək, öz xəcalət və peşmançılıqlarını büruzə verəcəklər. Fəryad və nalə çəkərək o müdhiş yerdən uzaqlaşmaq istəyərlər. Allaha yalvarıb-yaxararlar ki, onları təzədən həyata qaytarsın və onlar Allahın itaətində olsunlar və və`də verərlər ki, bir də günaha batmasınlar.
Qiyamət məsələsi elə ağır və çətin bir məsələdir ki, imamlarımız-"maliki yovmid-din" ayəsinə çatdıqda, bu kəlməni o qədər təkrar edirdilər ki, az qalırdı canları əldən gedə.
Günahkarların lal və kar dayanmaqları ilə yanaşı, behişt əhlindən də şüar və səda eşidilər. Onlar sevinc içərisində olduqları halda deyərlər: "Gəlin bizim əməl dəftərimizi oxuyun və görün ki, bizim məqamımız haradadır və dərəcəmiz nədir!"
Qur`an günahkarların əlləri və dişləri haqqında buyurur: "O kəslər ki, dünyada yaramaz insanlarla dostluq ediblər, onlar qiyamətdə hər iki əlini ağzına salıb, dişləri ilə çeynəyəcək və deyəcəklər: "Kaş filankəslə dost olmayaydım! O, Allahı bizə unutdurdu və yolumuzu azmağımıza səbəb oldu. Kaş dünyada mən, Allahın Peyğəmbəri və onun dostları ilə dost olaydım!"
Rəvayətlərdə oxuyuruq ki: Bu həsrət və peşmançılıqlar o kəslərdən ötrüdür ki, ilahi qanun, Qur`an əvəzində, bəşəri qanun sorağı ilə gəzdilər.
Allah-Təala Qur`ani-Kərimdə Öz Peyğəmbərinə belə buyurur: "Kaş görəydin ki, məadı qəbul etməyən günahkarlar, elə ki, qiyamətin ədalət məhkəməsində hazır oldular, xəcalətdən başlarını aşağı salacaq və deyəcəklər: "Pərvərdigara! Qiyaməti gördük və qəbul edirik, indi qulaqlarımız haqqı eşitmək üçün açıqdır. Bizi dünyaya qaytar ki, saleh əməllərə əncam verək. Bu səhnəni görməklə bizdə yəqinlik hasil oldu və peyğəmbərlərin dediklərinə biz artıq inanırıq."
Xəcalət və peşmançılıq məsələsi dünya və axirətin ruhən çətin və ağır işgəncəsidir. Həmin dünya ki, tövbə və istiğfar üçün yüzlərlə yolu vardır.
Bə`zi hallarda qiyamət səhnəsində mə`siyətkarlar bə`zi bəhanələr gətirəcəklər, lakin elə ki, onların əməllərini ekranda işıqlandırıb, onları ifşa etdilər, razı olacaqlar ki, ayaqları altında yer ayrılsın və yerə girsinlər, ta ki, öz çirkin əməllərinin bir daha şahidi olmasınlar.
O kəslər ki, peyğəmbərləri və ilahi kitabları tanımır və qəbul etmək istəmirlər, irad və təkəbbür göstərməkdə davam edirlər, Qur`an onlara xəbərdarlıq üçün belə xitab edir:
"Onlar gərək qiyaməti yadlarına salsın və bilsinlər ki, o gün onların boyunlarına zəncir salıb, nə cür həqarətlə cəhənnəmə çəkəcəklər. "
O cəhənnəm zənciri ki, günahkarların boynuna bənd olunacaq-bu haqda Qur`anda bir çox ayələr vardır ki, növbəti bəhslərimizdə onlardan söhbət açacağıq.
Bütün bu bədən üzvləri (göz, qulaq, dil, əl və s.) ki, qiyamət günündə əzaba düçar olurlar, onlar hamısı günahkarlara məxsus olan bədən üzvləridir ki, müəyyən bir mərkəzdən, məsiyətkarların qəlbindən idarə olunurlar. Bununla belə Qur`an qəlb xüsusunda müəyyən ayələr bəyan edib. Məsələn, "İbrahim" surəsinin 43-cü ayəsində buyurur: "O gün başları göyə dikilmiş halda, gözləri donub qalmış halda, ürəkləri boş ola-ola çaşqınlıq içində vurnuxarlar".
Digər bir ayədə oxuyuruq: "O gün ürəklər təsəvvürə gəlməz dərəcədə iztirab və dəhşət içərisində olar." ("Naziat" surəsi, 8).
İnşallah, növbəti bəhslərimizdə behişt əhlinin ürəkləri haqqında söz açacaq, onların hansı hislər keçirəcəyini və əmin-amanlıqda olmaqları haqqında bəhs edəcəyik.
O kəslər ki, halal-haram gözləməyib paxıllıq etməklə və əyri yollarla külli miqdarda sərmayə əldə ediblər, kasıb qonşuların və ətrafında olan fəqirlərin halından xəbər tutmur, onlara kömək əlini uzatmır və heyvan kimi yaşamaqda davam edirlər, onlara xitabən Qur`an buyurur: "Qiyamət günü həmin qızıl sikkələr cəhənnəm odunda qızdırılacaq, o şəxslərin alnına, böyrünə və kürəklərinə dağ qoyulacaq və onlara deyəcəklər: Bunlar həmin xəzinənin qızıllarıdır!" ("Tövbə"-34).
Bəli, bu sikkələr ki, dünyada məhrumların ürəklərini yandırırdı, bu gün də sizi yandırır. Və o surət (sifət) ki, fəqirlərin önündən turşumuş və qaşqabaqlı halda ötüb keçirdi. Və o kürəklər ki, fəqirlərə arxa çevirib və bu cür rəzalət və e`tinasızlıqla ki, ürəkləri yandırıb, qiyamət günündə özləri də cəhənnəm odunda yanmalıdırlar. Mal yiyələri isə yığdıqları bu pulların qiyamətdə yaxşı bir işə yaramadığını görüb təəssüflə deyəcəklər: "Bu gün malımız (pullarımız) dadımıza çatmadı".
Qur`an buyurur: "Şübhəsiz ki, Biz cənnət əhlinə ən dadlı şərbətlər və ləzzətli bal və sair behişt ne`mətlərini nəsib edəcəyik, lakin bununla bərabər cəhənnəm əhlinə sərin bulaq suyu əvəzinə qaynar su içirəcəyik."
Ehtimal olunur ki, günahkarlar öz dərilərinin sahibləri haqqında şahidlik etməklərindən bərk əsəbiləşərlər, çünki yuxarıda zikr etdiyimiz kimi, o günahlara ki, insan öz bədəninin dərisi ilə əncam verib, o şəxsin ən yaxın adamları da dərk edib anlaya bilməz, amma insan dərisi öz sahibinin gizli günahlarından xəbərdar olduğuna görə onu qiyamətdə rüsvaycasına ifşa etdikdə, günahkar incik halda öz dərisinə deyər: "Niyə bu gün mənim əleyhimə şahidlik edirsən?" Necə oldu ki, sən dilə gəlib danışdın?!" Bədənin dərisi cavabında deyəcək: "O Allah ki, hər bir şeyi danışdırmağa qadirdir, mənə də nitq verə bilər" ("Fussilət" surəsi, 20) Məgər bir parça ət olan dilin başqa ət parçasından fərqi var?
Məgər hər şeyə qadir olan Allah, bir bədən üzvünü nitqə gətirmək istədikdə onun üçün fərqi vardırmı ki, o ət parçası bədənin hansı hissəsində yerləşir?
Xülasə, qiyamət elə bir gündür ki, Həzrət Əli ´-ın buyruğuna görə: "İstidən tər adamın ağzınadək tökülür və o qədər sıxlıq olacaq ki, kim ayaqlarını qoymağa yer tapa bilsə, o xoşhal olacaq. O gün elə bir gündür ki, qaranlıq, qızmar, darısqal və quru olacaq, cürbəcür nalə və fəryadlar ərşə dirənəcək. Elə bir gündür ki, heç kimdə zərrə qədər də olsa taqət və qüdrət olmayacaq."
Şərif ayədə oxuyuruq: "Bu gün qüdrət kimin əlindədir? Əlbəttə, Qəhhar Allahın əlində! Haradadır o kəslər ki, Allahlıq iddiasında idilər?!"
Digər bir ayədə oxuyuruq: "Hərgah günahkarların dəriləri yanıb kül olsa belə, Biz onu yenisi ilə əvəz edərik." Necə ki, saxsı qab və ya kərpic sınarsa, onu palçıqdan düzəldib yenidən qəlibə salmaq mümkün olar. ("Nisa" surəsi, 56).
Qur`ani-şərifdə oxuyuruq ki, günahkarların nameyi-ə`malını sol əlinə verəcəklər. Ola bilsin ki, e`tinasızlıq göstərib arxa tərəfdən versinlər. Mücrim (günahkar) gördükdə ki, əməl dəftərini onun sol əlinə verirlər və bu mələk qara və qorxunc bir varlıqdır, nalə etməyə başlayar. Qur`an bu mətləbi bu cür bəyan edir: "Bunlar o kəslərdir ki, elədikləri günahlara görə əməl dəftərini sol əlinə verərlər". Onda onlar nalə çəkərək deyərlər: "Kaş bu naməni mənə verməyəydilər!" "Mən öz əməllərimdən bixəbər olmuşam". "Kaş həmin ölüm bizim bu günahlarımızdan əvvəl gələydi və bir də dirilib bu ruzigarla üz-üzə gəlməyəydik". "Bu qədər mal-dövləti ki, bunların yolunda sərf etmişdim, heç biri dərdimə yaramadı". "O qüdrət, səltənət və məqama ki, dünyada çatmışdım, hamısı hədərə getdi, bu günüm üçün bir gün ağlamadım" ("Əl-haqqə" surəsi, 28-29).
Əziz oxucular!
Yaxşı insanların əməl dəftərini sağ əlinə verəcəklər və onlar sevinərək, uca səslə deyərlər: "Gəlin, bizim nameyi-ə`malımızı oxuyun, görün biz-əməli saleh bəndələr nəyə müvəffəq olub və hansı dərəcələrə çatmışıq! Allahın rəhməti sayəsində Peyğəmbər Œ və imamlarla bahəm sevinc və şadlıq içərisindəyik." Lakin bu bədbəxt günahkarlar peşman, mə`yus və həsrət içərisində göz yaşları axıdar və nalə edərlər-artıq bunlar heç biri fayda verməz.
Biz də Allaha pənah aparıb Ondan imdad diləyirik ki, qiyamət günündə bizi o ziyankarlardan qərar verməsin!
Yenə qiyamətdə günahkarların qiyafələri haqda Qur`an öz ayələrində mətləbi belə bəyan edir: "Qiyamətdə günahkarların əl-qoluna buxov vurulub, bir-birinə zəncirlənmiş halda görərsən" ("İbrahim" surəsi, 49). Onların əlləri boyunlarına zəncirlənmiş halda bir-birinə bağlı surətdə qiyamətdə hazır olarlar.
Bəli, o kəslər ki, həyatda Allahın hökmlərinə boyun əyməyib, xalqa qarşı haqsızlıq və ədalətsizlikdə, zülmkarlıq və təcavüzkarlıqda, xəyanət və həqarətdə əlbir olublar, qiyamət günündə də eyni ilə o cür bir-birinə bağlanmış halda məhşər ayağına çəkilərlər.
O kəslər ki, həyatı da fəxarətlə boyunlarını dik tutar, xalqa təkəbbür göstərər və Allaha boyun əyməzlər, qiyamətdə buxov və zəncir gücünə əyiləcəklər. O əllər ki, zülmə və əyri işlər üçün uzanıb, qiyamətdə onlar bir-birinə bağlı olarlar.
O kəslər ki, həyatda Allahın övliyalarına yaxınlaşıb, onlarla dostluq eləməzlər, axirətdə Allahın düşmənləri ilə bir cərgədə olarlar.
Bəli, Qur`anın göstərişinə əsasən günahkarların qiyamətdəki simaları təxminən bu cürdür.
Cəhənnəmə məhkum olunanlara aid Qur`an ayələrində bu cür xitab var: "Ey əzab mə`murları! Bu cinayətkarı yaxalayın, əl-qolunu bağlayıb cəhənnəmə atın!" ("Əl-haqqə"-30).
Qur`an buyurur: "Cəhənnəmin yeddi qapısı vardır ki, onların hər birindən varid olmaq üçün, müxtəlif dərəcəli günahkarlar ayrı-ayrı dəstələrə bölünüblər, onlar qrup halında ayrı-ayrı qapılardan cəhənnəmə atılacaqlar.
Hədislərdə oxuyuruq ki, cəhənnəm yeddi təbəqədən ibarətdir ki, bir-birinin üzərində qərar tutmuşdur və hər təbəqənin özünəməxsus sakinləri var.
Qur`anın buyruğuna əsasən, cəhənnəmin ən pis təbəqəsi və qaynar odunda münafiqlər yanacaqlar. ("Nisa" surəsi, 145).[1]
Tarixdə oxuyuruq ki, islam aləmində elə adamlar olub həmin ki, cəhənnəm haqqında ayələri eşidib (və ya oxuyub) dəhşətə gəliblər və bərk qorxu içərisində öz əhli-əyalına arxa çevirərək başlarını götürüb biyabana üz qoyublar, orada nalə çəkib göz yaşları tökməklə günlərini keçirdiblər. Əziz Peyğəmbərimiz onlara-"bizim dinimiz tərki-dünyalıq dini deyil"-deyə normal həyata və ailələrinə qaytarıb.
1-Qur`an-cəhənnəm odunda yananların nalə və fəryadları barəsində öz ayələrində belə buyurur: "Cəhənnəm əhli uzaqdan, odda yananların nalə və fəryadlarını eşidəcəklər." ("Furqan" surəsi, 12).
2-Cəhənnəm öz-özlüyündə çox geniş bir sahəni əhatə edir, hətta o ölçüdə ki, (Qur`an buna müvafiq olaraq buyurur:)-"O gün cəhənnəmdən soruşarıq-"Doldunmu?!" Söyləyər: "Yenə varmı?!" Eyni zamanda Qur`an cəhənnəm əhlinin yerlərinini darısqal olduğunu da bəyan edir, bu mə`nada ki, əgər cəhənnəm böyük bir divara bənzədilsə, günahkarları asmaq üçün ora vurulan mıxların bir-birinə çox sıx olduğu nəzərdə tutulur.
3-Qur`an buyurduğuna görə cəhənnəmin 19 mə`muru vardır ("Muddəssir"-29). Mə`murların sayının məhz 19 olması kafirləri sınağa çəkməkdən ötrüdür ki, maraqlanıb görsünlər bu rəqəm azdır, ya çoxdur və ya nəyə görə 19-dur, çünki yəhudi və məsihi da öz asimani kitablarında bu ədəd haqqında eşidiblər. Onlar görüb biləndə ki, Qur`an da Tövrat və İncilin sözlərinə uyğun gəlir, özlərində bir daha yəqinlik hasil olar.
Behişt mə`murlarının isə sayı-hesabı yoxdur. Behişt əhlini müşayiət edən mələklərin sayı ehtimala görə bə`zən mini də ötür.
4-Qur`an buyurur: "Bu qorxulu və qüdrətli cəhənnəm mə`murları, cəhənnəm əhlinin nalə və fəryadlarına əhəmiyyət vermədən tam qətiyyətlə Allahın fərmanına uyğun olaraq, onlara əzab və işgəncə verməklə məşğuldurlar. Lakin behişt mə`murları olan mələklər, behişt əhlini salamlayaraq onları xoş üzlə qarşılayır və ehtiram göstərirlər."
5-Cəhənnəmin vəziyyətinə gəldikdə isə ora kafirlər üçün əzablı və qapalı bir mühitdir. Qur`anda bu barədə dəfələrlə xatırlanır ("Tövbə"-49).
6-Cəhənnəm əhli od-alovun içində ah-nalə edirlər." ("Hud" surəsi, 106).
7-Cəhənnəm atəşi soyumaq bilmir, hərgah sönmək üzrə olsa, Allah təzədən ona od vurur.
8-Cəhənnəmdə ölüm yoxdur ("Fatir" surəsi, 36).
9-Cəhənnəm odunda günahkarların üzü və ağzı yanar, başı ütülmüş qoyun kəlləsi kimi üryan olar və dişləri görünər, dodaqları bir-birinə çatmaz. Behişt əhli isə həmişə cavan, şən və gözəl görünər və daima ətir saçmış olarlar.
10-Cəhənnəm atəşi zəbanə çəkib, kafir sərmayədarlar və mənsəbpərəstlərə tərəf elə hücum edər.
11-Cəhənnəmdə möhtəşəm saraylar boyda yanar təndirlər var, Cənnətdə isə cəvahirdən ucaldılmış gözəl qəsrlər və imarətlər.
12-Cəhənnəm üstüörtülü bir yerdir ki, heç kim oradan kənara çıxa bilməz. Behişt əhli üçünsə sərhəd və məhdudiyyət yoxdur. Onlar öz hərəkətlərində sərbəst və azaddırlar.
13-Dünya atəşi əvvəl yandırıb, dəri, ət və sonra sümüyə keçər, cəhənnəm odu isə sümüyü də ət və dəri ilə eyni vaxtda yandırar.
14-Cəhənnəm əhlinin paltarları da oddan, alovdandır. ("Həcc" surəsi, 20).
15-Digər əzablarla yanaşı cəhənnəm əhlinin başına kürz və taziyanələr də dəyər.
16-Onların yedikləri yalnız tikan olar, nə aclığı götürər, nə də onları kökəldər. ("Ğaşiyə"-6-7). Cənnət əhlinin isə yeməkləri ən dadlı meyvə, süd, bal, quş əti və s. ləzzətli təamlar olar.
Qur`anın məad məsələlərinə və qiyamət səhnələrinə diqqətlə yanaşması ona dəlalət edir ki, "qiyaməti xatırlatmaq", insan təfəkküründə dərin iz buraxan və onun tərbiyəsində mühüm rol oynayan bir amildir.
Bütün cinayətlər o kəslərdən baş verir ki, onlar (Qur`an buyuruğuna əsasən) qiyamət gününü unudarlar. Tərəzidə aldadanlar haqqında Qur`an buyurur: "Məgər çəkidə yüngül satanlar bilmirlər ki, qiyamət günündə öz əməllərinə görə Allahın ədalət divanında cavab verəcəklər?!" ("Mutəffifin"-4).
Peyğəmbəri-Əkrəm Œ "Mucir" duasında 86 dəfə-"Cəhənnəm odundan Sənə pənah aparıram, ey nicat verən Allah!"-gəlməsini təkrar etməklə diqqətimizi cəhənnəm oduna, qiyamət gününə cəlb edir. Və həmçinin həzrət Əmirəl-mö`minin ´ Kufə məscidində və s. məclislərdə insanlara qiyamət gününün xətərli olmağını dəfələrlə xatırladır və o gündə müsəlmanlardan ötrü Allahdan əmniyyət istəyir.
Behiştdə növbənöv çeşmələr cari olur ki, onlar öz dadı, tamı və ləzzətləri ilə bir-birindən fərqlənir və münasib adlarla göstərilir. Məsələn, "Kafur", "Zəncəbil", "Səlsəbil", "Təsnim" və ən mühümü və ə`lası "Kuş çayı"dır ki, İlahi ərşin ətəyindən cari olur.
Qur`an "ətrab" sifətini hurilərə aid etməklə onların ərlərini sevib onlara müti olmalarını bildirir. Onlar güləndə dişlərinin işığı Bhişti işıqlandırar. Cənnət əhli "(Qur`anın buyurduğuna əsasən) burada gün olmamalıdır, axı bu işıq nədir?" - deyərlər, Onlara deyilər ki, "bu, sənə tərəf gələn hurinin güldüyü zaman görünən dişlərinin parıltısıdır."
Mö`minə qadınlar ki, dünyadan iman və təqva ilə gedəcəklər onlar behiştə çox gözəl hurilər şəklində daxil olacaqlar. Mərhum Məclisi İmam Sadiq ´-dan rəvayət edir ki: "Behiştin gözəl ne`mətlərindən biri mö`minə qadınlardır ki, onlar da mö`min kişilərə təzvic olunacaqlar (evlənəcəklər)."
O qadınlar ki, dünyada ərləri olmayıb, behiştdə ürəkləri istəyən hər hansı bir kişiyə ərə gedəcəklər. Əgər dünyada bir yox, bir neçə dəfə ərə getmiş olsa, onlardan hansı xoşuna gəlsə, ona ərə gedəcək, yox əgər heç biri xoşuna gəlməsə onda behiştin hər hansı, meyli olduğu sakini ilə izdivac edəcəklər.
Rəsuli-Xuda Œ-dən bizə çatan hədislərə əsasən bir qrup insanlar məhşərin qorxu və dəhşətindən amanda olacaq, nicat tapacaqlar:
O kəslər ki, saç-saqqalını İslam yolunda ağardıblar, onlara hörmət, ehtiram bəsləyənlər.
Fəqir, biçarə insanlara əl tutub onlara kömək edənlər.
Məkkə və Mədinədə vəfat edənlər.
O kəslər ki, öz nəfsinə düşməndir.
O kəslər ki, qəzəbli vaxtlarda Allah rizası üçün öz qəzəbini boğa, helimli ola.
O kəs ki, Allahdan qorxub onu şəhvətə vadar edən günahlardan qayıda.
O kəs ki, Allahın Evinə (məscidə) rəğbəti var, cəhd edər ki, çox vaxt məsciddə ibadət etsin. Qiyamət günü həmin məscid kəcavə şəklində o şəxsin qəbri üstə gələr, onu kecavəyə mindirib, behiştə aparar.
Nəhayət, həzrət Əmirəl-mö`minin ´-ın vilayətini qəbul edənlərdir ki, onlar üçün məhşərdə heç bir qorxu və vahimə yoxdur.
"Ə`raf"-cənnətlə cəhənnəm arasında bir yerdir. Oraya düşən kəs cənnətə baxdıqca, növbənöv ne`mətləri görüb heyifsilənər və ağlayar. Cəhənnəmə baxdıqda isə: "Heç olmasa kafirlər kimi bu cəhənnəm əzabına düşməkdən qurtardım"-deyə sevinər, Allaha şükür edər.
Ə`rafa 4 cür insan düşəcəkdir:
1-Xeyirlə şər işi bir-birinə tən gələn adamlar
2-Valideyninə ağ olub, sonra şəhid olan kimsə (valideyninə ağ olduğuna görə cənnətə, dünyadan şəhid kimi getdiklərinə görə də cəhənnəmə düşməzlər.)
3-"Fətrət"-zamanında, yə`ni iki peyğəmbərin dövründə, arada yaşayan insanlardır. (Ayə: "Biz, onlara rəsul göndərməyincə bir kimsəyə əzab vermərik.")
4-Kafirlərin həddi-buluğa çatmadan ölmüş uşaqları. Bir rəvayətdə onlar, Allah-taalanın istədiyi qədər orada qalar, sonra cənnətə gedərlər.
Qur`anda əzabın səbəbləri haqqında işarə olunub, onlardan bə`zilərini aşağıda bəyan edirik:
1-Allaha iman gətirməmək və cəmiyyətdə məhrumların qayğısına qalmamaq;
Qur`anda oxuyuruq: Qiyamətdə əzab mə`murlarına xitab olunacaq: "Tutun bu günahkarları, əllərinə buxov vurub cəhənnəmə aparın, çünki o, nə əzəmətli Allaha iman gətirib, nə də fəqir-füqəraya əl tutub".
2-Məada iman gətirməmək, namazı yüngül saymaq, kef və əyləncə ilə ömürlərini başa vurmaq;
3-Allahın hökm və ayələrinə lağ etmək, xalq içərisində lovğalıq və təkəbbür göstərmək;
4-Peyğəmbərlərin çağırışına əməl etməmək və günaha mürtəkib olmaq;
5-Allahın peyğəmbərlərinə və övliyalarına xəyanət etmək;
6-Sərmayədarlar, dövlətlilər haqqa e`tinasızlıq göstərər və təkəbbürlü olarlar. Qur`an bu barədə buyurur: "Cəhənnəm atəşi o qrupu çulğayacaq ki, haqqa göz yumub, ona arxa çevirməklə özlərinə mal-dövlət toplamaqla məşğul oldular." ("Məaric" surəsi, 18)
Hədislərdə oxuyuruq ki: "Hər kəs dünyada uca və bər-bəzəkli imarət tikib, şan-şöhrətə çatsa, qiyamət günündə həmin binaların bəlasına giriftar olacaqdır."
O kəs ki, böyük günahlardan sayılan zina və livata mürtəkib olur, qiyamətdə onları cəmdək iyi verdikləri halda cəhənnəmə atacaqlar.
O kəs ki, əyalının mehriyyəsi haqqında ona zülm edib, haqqını əda etməyib dünyadan getsə, qiyamətdə zinakarlarla birgə məhşur olacaq, yaxşı əməlləri də olubsa, mükafatlarında da kəsir olacaq.
Bir şəxs, müsəlmanın üzünə bir sillə vursa, qiyamətdə o əzab sillə vuran şəxsin sümüklərinə veriləcək.
O kəs ki, öz acı və zəhərli dili və sözləri ilə müsəlmanların arasında nifaq salır, qiyamətdə zəhərli ilanlara giriftar olacaqlar.
O kəslər ki, dünyanın ləzzətli ne`mətləri-bal, süd, şərbət və meyvələrlə yanaşı acı və fəsad törədən şərab da içib, qiyamətdə də ona Kövsər suyu əvəzində zəhər kimi acı və yandırıcı olan içkilər içirəcəklər.
Hər kəs ki, başqaları haqqında yalandan şahidlik edə, qiyamətdə onun dilindən mıxlara çəkəcəklər.
O kəslər ki, dünyanı axirətə, Allahı mənsəb və var-dövlət sahiblərinə dəyişiblər, qiyamətdə də kor olacaqlar.
...Əgər insanlar dünyada Qur`andakı dəlil və sübutlara uyğun olaraq Məada iman gətirib, bəd əməllərinə görə Allahın qəhrindən və fasiq işlərdən uzaqlaşsalar, dünyada bir daha qəhətliyə, məhrumiyyətlərə, quldurluğa, təhqirə, nifaqa və zülmə rast gəlməzlər. Bilərlər ki, qiyamətdə bizi, pis əməllərimizə görə cəza, yaxşı əməllərimizə görə isə mükafat gözləyir.
Bu yerədək biz qiyamətdə günahkarların cismani əzablarından bəhs etdik, lakin qiyamətdə günahkar insanlar ruhi əzaba da düçar olacaq və bu cür əzabın cismani əzabdan tə`siri heç də az olmayacaqdır. O cümlədən:
1-Necə ki, dünyada kafirlər mö`minlərə gülürdülər, qiyamətdə isə əksinə, mö`minlər kafirlərə güləcəklər.
2-O gün, nə Allah, nə övliyalar, nə də mö`minlər kafirlərlə danışıb, onlara əhəmiyyət verməyəcəklər.
Qur`an, dünyada kefə, əyləncəyə uyanlara xitabən buyurur: "Allahın əzab və qəhrinin acısını dadın, necə ki, dünyada eyş-işrətlə məşğul idiniz, həm də özünüzü əziz və nümunəvi insanlardan hesab edirdiniz." ("Duxan" surəsi, 49)
Behiştə daxil olmazdan əvvəl, nübüvvət və imamət xəttində sabitqədəm olanlar, Rəsuli-Xudanın və Həzrət Əlinin mübarək əllərindən "Kövsər" suyunu alıb içər və sirab olarlar.
O kəslər ki, Peyğəmbərin Œ çağırışına cavab verməyib, göstərişlərinə əməl etməyiblər, özlərini onların havadarlıqlarından məhrum edərlər, qiyamətdə də, behiştin müqəddiməsi olan Kövsər suyundan içmək onlara nəsib olmayacaq.
O kəslər ki, İslam peyğəmbəri Rəsuli-Əkrəmin Œ göstərdikləri hidayət yoluna qədəm qoyub, vəsiyyətinə əməl etməklə bu yolu axıradək gedər, əlbəttə, axirətdə də, o ağaların şəfaətindən bəhrələnər, inşallah!.
Bütün müsəlmanlar bu hədisi eşidib və bilirlər ki, Peyğəmbər Œ buyurub: "Mən sizin aranızdan gedirəm, amma iki ağır, qiymətli şeyi sizin üçün əmanət qoyuram: Biri Qur`an, digəri isə mənim Əhli-beytimdir". Sonra əlavə edərək buyurdu: "Bu iki şey qiyamətədək bir-birindən ayrılmazdır və axirətdə "Kövsər" quyusunun yanında mənə qovuşacaqlar"ş Həm sünnə, həm də şiə əhlinin nəzərunə görə, qiyamətdə "Kövsər" hovuzunun saqisi, Həzrət Əli ´-dır.
Keçən bəhslərdə xatırlatdıq ki, mö`min, əməli saleh insanlar qiyamətdə gözəl və cazibədar mələklərin müşayiəti ilə behiştə daxil olacaq və orada əbədi səadətə qovuşacaqlar, necə ki, Qur`an buyurur: "Onları qarşılayarkən səmimi salamlanar və onlar üçün bol ruzi hazırlanar." ("Əhzab" surəsi, 44) Allah-taala onlara anladar: "Rəbbinizə tərəf qayıtdığınız gün sevinc və şadlıq görəcəksiniz".
Rəvayətlərə əsasən, hətta mö`minlər can verərkən də Allahın övliyalarını başlarının üstündə görəcək və ölümü, ətirli bir gülü qoxulayan kimi hiss edəcəklər, sanki çirkli libasları əynindən çıxarıb, gözəl və zinətli libaslar geyir, digər bir aləmdə ("bərzəx"də) qərar tutur. Onun intizarında olan "bərzəx" sakinləri onun pişvazına çıxar, təbrik edər və bir-birindən müjdə istəyərlər. Necə ki, Qur`an buyurur: "Onlara (bərzəxdəkilərə) hələ qoşulmamış, bir-birinə göz aydınlığı verərlər. "
Bəli, mö`minlər ömürləri boyu hər cür məşəqqətli ruzigara, əzab-əziyyətə dözür, namaz, oruc və s. ibadətlərin bə`zi çətinliklərinə baxmayaraq çalışır ki, vaxtında və layiqincə yerinə yetirsin, ona bir bəla, bir kədər üz verəndə səbirli olub, Allaha təvəkkül etməklə, əbədi və firavan bir həyat qazanır. Qur`an bu barədə buyurur: "Onlar (mö`minlər) qiyamətdə Allahın əzabından əmin-amanlıqda olarlar, çünki onlar (dünyanı, pulu, sərvəti, şəhvəti və s. yox) yalnız Allahı və Onun övliyalarını bəyənər və onlara məhəbbət göstərərlər" ("Nəml" 89)
Məşhur bir hədisdə oxuyuruq ki, İmam Riza ´ buyurub: "Hər kim Allahın vəhdaniyyətinə iman gətirməklə Həzrət Əlinin ´ vilayətini qəbul etsə, o, möhkəm bir qalaya daxil olmuş olur ki, qiyamətdə orada sığınacaq tapmış bir kimsəyə əzab yetişməz". ("Səfinətul-bihar")
Qısası budur ki; Qur`ani şərifdə Allah-taala mö`min bəndələrinə xitabən buyurur: "Ey mənim bəndələrim! Bu gün sizə zaval yoxdur. Bir daha qəm-kədər əlində üzülməzsiniz" . ("Zuxruf", 69)
Behiştin qapıları
İmam Baqir ´ buyurur: "Behiştin səkkiz qapısı var".
Behiştin qapılarının üstündə müxtəlif şüarlar yazılıb vurulub ki, o cümlədən, biri də aşağıdakı kimidir: "Sədəqə verməyin 10 savabı, borc verməyin isə 18 savabı var".
Cənnət qapılarının sayı, cəhənnəm qapılarının sayından çoxdur ki, bu da Allah-taalanın lütf və mərhəmətinə dəlalət edir. Yə`ni, Allahın lütfü və kəraməti, Onun qəhrindən və qəzəbindən artıqdır.
Behiştin qapıları açıqdır və hər kəs öz əməlinə və əcrinə müvafiq olan qapıdan cənnətə daxil olacaqdır.
Şərif hədisdə Peyğəmbəri-Əkrəm Œ buyurur: "Behiştin bir qapısının da adı "Babül-mücahidin"dir. İslam mücahidləri bu qapıdan behiştə varid olarlar və mələklər onları xoş üzlə salamlayarlar".
Cənnətin bir qapısının da adı "Rəyyan"dır. Hansı ki, bu qapıdan yalnız oruc tutanlar varid ola bilərlər.
Bə`zi rəvayətlərdə behişt qapıları aşağıdakı kimi adlanır: "Babür-rəhmə", "Babüs-səbr", "Babüş-şükr" və "Babül-bəla" və s.
Qur`an behişt əhlinin simaları və qiyafələri haqda buyurur: "O gün onların üzləri ağ və nurani olacaq". ("Əbəsə", 38)
"O gün onlar gülərüz, şad və Allahın lütfünə göz dikmiş halda olacaqlar." ("Qiyamət" surəsi, 22)
"O üzlər ki„ o gün Allahın ne`mətlərindən faydalanacaqlar." ("Ğaşiyə", 8)
"O gün üzlərdən və dodaqlardan gülüş, üzlərindən sevinc əskik olmayacaq. Allahın hədsiz ne`mətini görüb, bir-birinə gözaydınlığı verəcəklər." ("Əbəsə"i surəsi, 39)
Bunlar həmin üzlərdir ki, cəbhələrdə qana bulaşmış, toza aludə idi. Qaranlıq gecələrdə göz yaşları ilə yuyulardı. Zülm, ədalətsizlik görəndə qəmə, kədərə qərq olardı. Allahın vəhdaniyyətini və qüdrətini görüb, Ona pənah aparar, Ondan imdad diləyərdi.
Əlbəttə, bu cür üzlərin behiştdə sevincə və nura qərq olmaqları, təəccüb doğuran hal deyil.
Qur`ani-mübin behişt əhlinin fərəhli anlarını belə təsəvvürə gətirir: "Mən dünyada yaşayarkən bilirdim ki, belə bir gün gələcək. Ona görə də mən öz hesabımı çəkmək fikri ilə məşğul idim və haram işlərdən uzaq gəzərdim. Onun nəticəsidir ki, bu gün bütün vücudumu sevinc bürüyüb."
O gün behişt əhlinə Allah tərəfindən xitab yetişər ki: "Yeyin, için, behişt ne`mətləri sizə nuş olsun! O saleh əməllərinizə görə ki, keçmiş ruzigarınızdan bu gün üçün göndərmisiniz." ("Əl-haqqə" surəsi)
Qur`an təqva əhli haqqında buyurur: "Müttəqilər qiyamətdə əmin-amanlıqda olacaqlar (Şeytanın şərindən, ölüm, xəstəlik və hər cür bəlalardan uzaq və salamat olacaqlar).
Qur`an behişt əhlinin münasibətləri haqda buyurur: "Cənnətdə qətiyyən kin-küdurət yoxdur, çünki Biz hər cür həsəd, kin, qəzəb və düşmənçilik hislərini onların ruhlarından təcrid etmişik. Hamısı üzbəüz qurulmuş taxtlarda əyləşmiş və biri digəri ilə qardaş kimidir."
Behiştin havası Qur`anın buyuruğuna görə daima bahar nəfəsli, mülayim və ürəkaçandır. Onlar behişt ağaclarının kölgəsində qurulmuş taxtlarda əyləşəcək, onları nə gün yandıracaq və nə də soyuqdan titrəyəcəklər." ("İnsan", 13)
Behiştin ab-havasını vəsf etmək barəsində təkcə bu kifayət edər ki, Qur`an 36 dəfə bu ayəni təkrar surətdə zikr edir. Cənnətin hündür və şaxəli ağacları var, hansı ki, şaxələri bir-birinə dolaşır və onların ətəyindən (dibindən) sərin, şəffaf və şirin bulaqlar cari olub. Bu ağaclar qurumur, qocalmır və həmişə təravətli olurlar.
Behiştdə növbənöv ağaclar var. Onlardan bə`zilə-rinin adı Qur`anda çəkilir, "tikansız sidr (palma) ağacları" və "Tuba" ağacı (hansı ki, Peyğəmbər Œ me`rac edərkən bu ağacı görmüşdü).
Cənnətin ərazisi haqqında Qur`an buyurur: "Cən-nətin genişliyi və böyüklüyü, yer və göylər qədərdir". ("Ali-İmran", 133)
Qur`an behişt ne`mətləri haqda buyurur: "Verəcə-yimiz bu ruzilər tükənən deyil". ("Sad" surəsi, 54)
"Tikansız sidr ağacları altında. Qollu-budaqlı ağacların əbədilik kölgəliyində, axar sular kənarında, növ-növ meyvə ağaclarının arasında. O ağaclar ki, meyvələri haram deyil və tükənməzdir". ("Vaqiə" surəsi, 28-33)
"Fatir" surəsində (ayə 33)oxuyuruq: "Onlar Ədn cənnətlərinə girər, qızıldan bilərziklər taxar, incilərlə bəzənib-düzənər və ipək paltarlar geyərlər."
"İnsan" surəsində isə (ayə 21) behişt libasları haqqında buyurur: "Onların paltarları yaşıl rəngdə və nazik ipəkdəndir və gümüş bilərziklərlə bəzənmişlər."
"Onları Ədn cənnətləri gözləyir. Oralarda ayaqları altda çaylar axar, qızıl bilərziklər taxarlar, nazik və qalın yaşıl libaslar geyərlər." ("Kəhf" surəsi, 31)
Rəvayətlərdə varid olub ki, əgər behişt libaslarından heç olmasa biri dünyada peyda olsa, onun ziyası bütün dünyanı nura qərq edər.
Hər cür ləzzət, eyş-işrət ki, insan dünyada daima arzu-sunda olub və çox zaman bunlara əli yetməyib, onlar hamısı behiştdə var və əbədi olaraq behişt əhlinin ixtiyarındadır.
Qur`anın bu ayəsinə diqqət yetirək: "İnsan nəyə meyl etsə, ürəyi nə istəsə, gözləri nədən ləzzət alsa, hamısı onlar üçün hazırdır və daima ixtiyarlarındadır". ("Zuxruf" surəsi, 70) Bu qısa ayədə o qədər hikmət gizlənib ki, dünyanın bütün qələm sahibləri bütün ömürlərini behiştin vəsfinə, onu tərənnüm etməyə sərf etsələr, sanki onların bütün yazdıqları bu qısa cümlədə öz əksini tapmışdır.
Dünya ne`mətləri nə qədər ləzzətli də olsa, insan bir gün ondan doyur və öz kamına yetdikdən sonra bir növ ona qarşı e`tinasız olur. Məsələn, çox gözəl bir təbiət mənzərəsini ilk dəfə seyr edən insan, ondan ləzzət alır. Lakin həmin diyarın sakinlərinin diqqətini bu mənzərə o qədər də, cəlb etmir və adi bir hal kimi olur.
Lakin behişt ne`mətləri o cür deyildir ki, insan onlardan ləzzət almaqdan doysun və beziksin. Əbədi olaraq bu ne`mətlər bəlkə bir-birini əvəz etməklə onlara ləzzət verəcək və heç vaxt behişt əhli bu ne`mətlərlərdən doymayacaqlar.
Rəvayətlərdə nəql olunur ki, behişt sakinləri ilk əvvəl görəcəklər ki, behişt birdən-birə nura qərq oldu. Təəccüblə sual edəcəklər ki, burada ki, gün yoxdur, bu parıltı haradan təcəlla oldu? Onlara deyəcəklər ki, bu günəş yox, sizin xidmətinizə hazır olan hurilərin dişlərinin parıltısıdır.
Qur`ani-kərim buyurur: "O ne`mətlər ki, onların gözlərinin işıqlanmağına səbəb olur, Biz onları insanlardan məxfi saxlayırıq. Heç kim onları təsəvvür etmək qabiliyyəti-nə malik deyil". ("Səcdə" surəsi, 17)
Hədis kitablarında oxuyuruq ki, Allah-taala buyurub: "Saleh insanlar üçün elə ne`mətlər yaratmışıq ki, onları nə göz görüb, nə qulaq eşidib və nə də bir kəsin fikrinə gəlib." ("Biharul-ənvar", cild 8, səh. 191)
Qur`an behişt əhlinin zövcələri haqda dəfələrlə öz ayələrində bizə xatırladır. O cümlədən buyurur: "Behişt əhlinin zövcələri öz sahiblərindən qeyri bir kişiyə göz dikməzlər, hətta öz ərlərinə də tam aşiqanə nəzər yetirməyəcək, gözləri yarıqapalı olacaqdır. Bu zövcələr lə`l (cəvahir) kimi əl vurulmamış və bakirədirlər, həmişə ərlərinin yanında olar və onlara nəvaziş göstərərlər." ("Vaqiə", 36)
"Bu hurilər xeymələrdə gözləyirlər və o qədər gözəl və cazibəlidirlər ki, sanki yaqut və mərcandırlar". ("Ərrəhman", 71)
Behişt əhlinin hər birinə məxsus olan hurilərin sayı çoxdur. (Rəvayətlərdə bu rəqəm yüzə qədər göstərilir.) Lakin cənnətdə ən çox ləzzət, Allahla raz-niyazda və behiştin öz gözəllikləri və gözəl şəxsləri ilə görüşüb onlarla hal-əhval tutmaq və söhbət etməkdə görəcəklər. " ("Saffat", 48)
Qur`an behişt meyvələri haqqında buyurur: "Dadlı və ləzzətli meyvələri bol olan ağacların budaqları behişt əhlinə tərəf lap yaxın əyiləcəkdir və onlar meyvə dərməyə heç bir çətinlik çəkməyəcəklər". ("Əl-haqqə", ayə 23)
"Növbənöv quşların ləzzətli ətindən hər vaxt, nə qədər istəsələr nuş edə bilərlər." ("Vaqiə" surəsi, 19)
"Muhəmməd" Œ surəsində oxuyuruq ki, Behiştdə cürbəcür bulaqlar və çaylar axır, o cümlədən:
1-Şəffaf, dup-duru bulaqlar heç vaxt bulanmır və rəngi dəyişmir;
2-Süd bulaqları, hansı ki, dadını və ləzzətini heç nə əvəz etməz;
3-Şərbət cari olan bulaqlar. Ondan nuş edənlər, xüsusi ləzzət alarlar.
Dünya şərabları insanların məst olmaqlarına, başağrısına və ağıllarının itirməyinə səbəb olar. Bu şərablar tünd və acı olmaqla yanaşı müxtəlif fəsadlara və xəstəliklərə bais olarlar. Amma behişt şərabları bu cür deyil. Qur`an bu barədə buyurur: "...nə acılığı və nə də başağrısı var, nə məstlik və nə də gic etməsi." ("Vaqiəi surəsi, 18)
Behiştdə oynaq, şən, məlahətli və ruhu oxşayan musiqi sədaları cənnət sakinlərini riqqətə gətirəcəkdir. O mahnılar və şərqilər dünya musiqilərinə bənzəməz.
Behişt əhlinin su və şərbət içmək üçün istifadə edəcəkləri piyalə və camlar sərin və xoş ətirli olacaq. Qur`an buyurur: "Yaxşılar kafur tamlı içki ilə dolu camlardan içərlər." ("İnsan" surəsi, 5)
Behişt çayları və bulaqları, behişt sakinlərinin tam ixtiyarındadır. Onlar bircə işarə ilə o çayların və bulaqların axarını istədikləri səmtə yönəldə bilərlər...
Behişt əhlinin istifadə etdikləri içkilər (su, şərbət, süd, bal və s.) "zəncəbil" ilə ətirlənmişdir və behişt mə`murları gümüş qablarda bu sulardan (süd, şərbət və s-dən) qədərincə doldurub öz sakinlərinə verərlər. Behişt əhlinin aldıqları maddi ləzzətdən savayı, mə`nəvi ləzzətləri haqqında da xüsusi qeyd etmək lazımdır, çünki bu ne`mətləri onlara əta edən Xaliqi-Rəbbi-Cəlildir.
Qur`an behişt ne`mətləri haqqında bir daha buyurur: "Behişt xidmətçiləri qızıl tabaqlarda və kuzələrdə növbənöv ləziz yeməklər və içkilərlə behişt sakinlərinin qulluğunda dayanacaqlar." ("Zuxruf" surəsi, 70)
Qur`ani-şərif behişt ne`mətlərinin üstünlüyü və məziyyətləri barəsində mindən çox ayədə tərənnüm və zikr edir. Həqiqət də bundan ibarətdir ki, insanların əbədi səadətə qovuşacağı həyat, məhz behiştdə olacaqdır, ona iman gətirmək də insanların bu dünyada həyat yolunu müəyyənləşdirir.
Cənnət və cəhənnəmin Qur`anda olan vəsfi ki, ümid və qorxu bəyanındadır, bəşər övladı üçün çox mühüm tərbiyəvi xüsusiyyətləri vardır.
Biz behiştin maddi ne`mətləri haqda kifayət qədər demək olar ki, danışdıq, bəlkə də bu haqda daha da çox yazmaq və nümunələr göstərmək olardı, lakin bizim ali məqsədimiz behiştin təkcə maddi ne`mətləri yox, mə`nəvi ne`mətlərinə və ləzzətlərinə xüsusi diqqət yetirməkdir.
Mümkündür ki, bu dünyada kimsə, bütün maddi ləzzətlərdən bəhrələnsin, lakin onda paxıllıq, kin-küdurət, təkəbbür və s. bu kimi eyibli xasiyyətlər qalacaqdır ki, insanlar onun əlindən dad vuracaq, ona hörmət əvəzində nifrətlərini bildirəcəklər. Bu surətdə onun çəkdiyi bütün keflər, aldığı ləzzətlər hamısı zəhərə dönəcək. Çünki, ən mühüm ne`mətlərdən olan Allaha eşq, Peyğəmbərə və imamlara bağlılıq, insanlara ehtiram, saf və təmiz bir ürək ki. onda həsəd, lovğalıq, kin-küdurət olmasın, bu kimi gözəl keyfiyyətlərdən məhrum olan bir kəs, əlbəttə ki, dünyada daima zəlalətdə olacaqdır.
Behiştdə mə`nəvi ləzzətlər, maddi ləzzətlərin fövqündə durur, onları üstələyir.
Qur`an bu barədə öz şərəfli ayələri ilə bir sıra mətləbləri bəyan edir ki, biz onlardan bir neçəsinə sizin diqqətinizi cəlb etmək istəyirik:
1-Behişt əhli pak qəlblə və hər cür kin-küdurətdən uzaq bir tərzdə firavan dolanırlar. ("Ə`rafi, 42)
2-Allahın dərgahına yaxın və xalis bəndələri arasındadırlar. ("Fəcr", 28)
3-Rəhimli Allah tərəfindən onlara "salam" yetişər. ("Yasin", 57)
4-"...və məlaikələr behiştin bütün qapılarından daxil olub, onlara salam ərz edərlər. ("Rə`d), 23)
5-Allaha olan eşqləri bütün vücudlarına hakim kəsilib və cani-dildən öz Rəblərinə həmd-səna edərlər.
Əlbəttə, bütün bunlar Allah-taalaya xoş gedir və öz lütfkarlığını şərif ayədə belə bildirir: "Ədn cənnətlərində Allah onlara gözəl məskənlər və`d etmişdir. Allah rizası isə bunlardan da böyükdür. Budur o böyük qurtuluş!" ("Tövbə", 72)
Hədislərdə də varid olub ki, Allah-taala behiştdəkilərə buyurar: "Ən yüksək feyz və ne`mət, Mənim sizə olan məhəbbətim və sizin Məndən razı olmağınızdır".
"Qəmər" surəsinin son ayəsində oxuyuruq: "Şübhəsiz ki, müttəqilər (təqa əhli) behiştin bağları və çayları yanında müqtədir hökmdarın sədaqətli məclisində (o məclisdə ki, xilaf, kin-küdurət, yalan və lağa qoymaq yoxdur) əyləşərlər.
Məhz behişt əhlinin yalan danışmaq, fəsad törətmək, xəyanət etmək və s. bu kimi günahlardan uzaq olmaqları, ən yaxşı mə`nəvi ləzzətlərdəndir. Həmçinin cənnətdə hüzn-kədərin olmaması da ən gözəl mə`nəvi ne`mətlərdəndir ki, behişt əhli Allaha şükür edərək bunu belə e`tiraf edərlər: "Həmd olsun Allaha ki, bizi hüzn və kədərdən xilas edib, behiştə daxil etdi". ("Fatir" surəsi, 33)
Hədislərdə oxuyuruq: "Behiştin ən ləzzətli və ürəyə yatan ne`mətlərindən biri də Allahın behiştdəkilərə olan məhəbbəti və onların da Allahısevməklərindədir.
Bəli, budur dünyada insanların bütövlükdə layiq olmayan az olan ibadətlərin mükafatı ki, bir yaxşı əməlin müqabilində mehriban və rəhmli Pərvərdigarımız bizə 10-dan tutmuş yeddi yüz və daha çox savab, mükafat verir. Necə ki, Qur`an buyurur: "Hər kəs yaxşılıq etsə haqqı on qat artıq özünə qaytarılar." ("Ən`am", 160). Ona görə də biz öz ibadətlərimizdə Allaha dua edərkən oxuyuruq: "İlahi! Hərgah namazımın rüku və səcdələrində bir eybim olsa, mənim üçün keç, Sənə layiq olmayan ibadətlərimi məndən qəbul elə, məni Öz lütf və mərhəmətində qərar ver!"
Qur`ani-mübində "Cənnət" gəlməsi ilə yanaşı "cənnatu ədn" və "cənnatul-firdovs" ifadəsinə də rast gəlirik. Burada "ədn" kəlməsi qərar tapmaq mə`nasındadır, yə`ni, o yerdə ki, lə`l-cəvahir qərar tutub.
"Firdovs"-yə`ni, çox böyük bir bağ mə`nasındadır, hansı ki, behiştin lap uca zirvəsində qərar tutmuşdur.
Rəvayətlərdə rast gəlirik ki, sübh erkən durub ibadət edənlər, ağır və yoxsul həyat sürənlər, çətinliyə səbir edib dözənlər, Rəcəb, Şə`ban, Ramazan aylarında oruc tutanlar, adil rəhbərlər, ehsan edənlər, o kəslər ki, qeybət, böhtan, iftira yaymayıb, ürək sındırmayıb, tövbəkarlardan olub, ata-ananı, qohum-qardaşa həmişə baş çəkib "salam" verən kəslərdən olub və o kəslər ki, əhli-əyalını, oğul-uşağını saxlayıb və ərsəyə çıxartmaqda çoxlu çətinliklərə səbir edib dözüb, onların hamısı üçün cənnətdə bağlar, qəsrlər, gözəl, zinətli saraylar böyük dərəcələr nəzərdə tutulub və Qur`an buyuruğuna görə: "Hər kəsin işinə görə dərəcəsi var." ("Ən`am " surəsi, 132)
1-Səbir
Qur`anda "ulul-əlbab" mədhi və tərənnümü ilə yanaşı bu cür ayələrə də rast gəlirik ki, buyurur: "Mələklər hər yerdən onlara xoş avazla deyərlər: "Salam olsun sizə, ey o kəslər ki, dünyada hər cürə çətinliklərə və əzab-əziyyətə qatla-şaraq səbir ediblər." ("Rə`d", 19,22)
Onlar ki, Allaha layiqincə bəndəlik ediblər, hər cür çətinliklərə dözüblər, onlara xitabən Allah buyurur: "Səbir etdiklərinə görə onları behiştdə gözəl və zinətli otaqlar gözləyir".
Başqa bir yerdə "pənc təni ali-Əba Œ" və öz kənizləri Fizzənin alicənablıqları və xeyirxahlıqları haqqında oxuyuruq: "Onların səbir edib dözdüklərinə görə mükafatları cənnət və behişt libasları oldu" ("İnsan" surəsi, 12)
2-Əməli salehlik
Bir çox ayələrdə iman əhlinin, əməli-saleh bəndələrin yeri (məkanı) behişt olacağı zikr olunur.
3-Təqva
Qur`an buyurur: "Şübhəsiz ki, təqva əhli behiştdə məs-kən salacaq və onun saf bulaqlarından faydalanacaqlar" ("Hicr", 45)
4-Allahın əmrində durmaq və Peyğəmbərin itaətində olmaq
Şərif ayədə oxuyuruq: "O kəslər ki, Allahın fərmanında və Peyğəmbərin itaətində sabitqədəm olarlar, onlar behiştə daxil olarlar. Orada uca və yaşıl ağacların ətəyindən çeşmələr cari olar." ("Nisa", 131)
5-Mücahidlər və mühacirlər
Behiştə daxil olanların bir hissəsi də islam mücahidləri və hicrət edənlərdir, hansı ki, Qur`an buyurur: "Öz diyarlarından didərgin düşmüş, məhrumiyyətlərə düçar olmuş o insanlar ki, Allah yolunda əziyyətlərə dözüblər, Onun yolunda düşmənlərlə döyüşüb şəhid olublar, Biz onların günahlarını bağışlayacaq və o cənnət ki, orada gözəl bağlar və sərin çeşmələr var, oraya daxil edəcəyik." ("Ali-İmran", 195)
6-Pak ruh
Qur`an buyurur: "O gün ki, mal-dövlət, əhl-əyal, oğul-uşaq insanların harayına çatmır, yalnız onlara nicat verən pak və saf qəlbləri olacaq." ("Şüəra" surəsi, 89) O ruhlar, qəlblər ki, Allaha təslim olmur, qeyrilərinə sığınırlar, özlərində paxıllıq, kin-küdurət, təkəbbür, qəsavət və ədavət hisləri daşıyırlar, bu cür qəlbləri Qur`anda Allah-taala belə adlandırır: "Fi qulibihim mərəz", yə`ni, onların qəlbləri xəstədir." ("Bəqərə", ayə 8)
Kim istəsə ki, behiştə daxil ola, gərəkdir ki, öz nəfsi ilə mübarizə apara, qəlbini, ruhunu hər cür çirkinlikdən, xəbislikdən təmizləyə.
Kimlərin də ki, qəlbi "xəstədir", onlar üçün də, Qur`an bir yol qoyub. O da ki, "tövbə" edib, günah işlərdən əl çəkməlidir. Şərif ayədə buyurur: "Behişt, tövbə edib, haqqa gələnlərin yeridir" ("Qaf" surəsi, 33)
7-Ailə tərbiyəsinə diqqət
Behiştə daxil olan kəslər haqqında sual-cavab gedən ayələrdə oxuyuruq: "O kəslər ki, iman gətiriblər, ailələri və övladları da iman gətirərək onlara qoşulublar, onları cənnətdə də bir-birinə qovuşdurarıq." ("Tur" surəsi, 21)
8-O ömür ki, cihadla sona çatar.
Rəsuli-Xudanın hədisində nəql olunur ki: "Əgər insan ömrünün axırı Allah yolunda cihada sərf olunubsa, o, behiştə daxil olacaq".
O şəxs ki, ömrünün axırına bir dəvənin südünü sağıb qurtarıncayadək vaxt qalmış olsa və bu anları o, Allah yolunda cihada sərf etmiş olsa, yeri behiştdir." ("Mustədrikəl-vəsail", cild 3, səh. 242)
Qur`an buyurur: "Kafirlər və müşriklər cənnətə getməzlər. Necə ki, şərif ayədə oxuyuruq: "Ayələrimizi dananların, təkəbbürlük edənlərin üzünə, səmanın qapıları açılmaz, dəvə iynə deşiyindən keçməyincə, onlar cənnətə girməzlər." ("Ə`raf" surəsi, 40)
Bundan əlavə rəvayətlərdə də, oxuyuruq ki: "Söz gəzdirənlər, şərabxorlar, biqeyrətlər, qeybət edənlər, minnət qoyanlar, paxıllar, qəlbi "daş" olanlar, qoca zinakarlar, sərvət toplayanlar, əxlaqsızlar, zülmkarlar, başqaların haqqını qəsb edənlər, mərdiməzarlar, o kəslər ki, Allahın məntiqini rədd edərlər, hakimiyyətdə xalqa qarşı hiylə işlədərlər, onlar da behiştə daxil olmazlar".
Dünyada hər bir şirini acıya döndərən amillərdən biri də əldə olanların aradan getməsi, məhv olması fikridir. Məsələn, "bank" mə`murları hər gün milyon manatlarla pulu əllərində fırladırlar, lakin bunda bir ləzzət duymurlar. Çünki, bilirlər ki, bir müddətdən sonra bu pul əllərindən çıxacaq.
Bütün dünya ləzzətlərinin sonu, nəhayəti var. Qur`an buyurur: "O ki, sizin əlinizdədir, o məhv olacaq. Və onlar ki, Mənim əlimdədir, əbədidir." ("Nəhl" surəsi, 96)
Bəli, ləzzətdən ayrılıq fikri, dünyada kama yetməyə əngəl olar. Lakin behişt ləzzətləri isə bitib-tükənməz və əbədi olar. Qur`anda qiyamətə aid ayələrdə "əbədi" ("xalidun") kəlməsi təkrar surətdə zikr olunur.
Ne`mətlərin davamiyyəti və əbədiliyi, Allahın əlində müşkül və mühüm bir məsələ deyil, çünki Allah-taalanın Öz mö`min və xas bəndələrinə olan lütfü və səxavəti sonsuzdur. Qur`ani-kərim bu barədə buyurur: "Behiştdə əbədi bir həyat var. Nə qədər ki, yer və asimanlar var, behişt ne`mətləri və cəhənnəm əzabları əbədi olaraq qalacaqdır".
Əbədilik sualına ən yaxşı cavab "əməlin təcəssümü" məsələsidir. Bu məqsədlə biz, burada mərhum şəhid Mütəhhərinin "Ədli-İlahi" kitabında bəyan olunmuş bə`zi mətləblərin ixtisar olunmuş şəkildə izahını vermək istəyirik.
O yazır ki, qiyamətdə cəza təbii və insanın əməlləri ilə tam mütənasibdir, onda bir dəyişiklik olmur və ya artıb-əskilmir. Məs: o kəs ki, şərab içir, məst olmaq, baş ağrısı və digər narahatçılıqlar və eybəcərliklər, onun təbii cəzasıdır, ondan heç yana qaça bilmir.
Məsələyə bir qədər də aydınlıq gətirmək üçün digər bir misala müraciət edək. Fərz edək ki, duz çox qatılmış xəmirdən çörək bişirirlər. Şübhəsiz ki, belə duzlu xəmirdən hazırlanmış çörək də şor olacaq və ondan meyl edərkən bərk susayacağıq. Təşnəliyi yatızdırmaq üçün məcbur olub, çox miqdarda su və ya çay içməli oluruq. Bunun da nəticəsində özümüzdə bir narahatçılıq və başağrısı hiss edirik. Nəticə e`tibarı ilə bizi əziyyətə salan və haqlı cəzaya səbəb öz əməlimiz, yə`ni, həmin xəmirə qatdığım artıq duz olur.
Qiyamətdə də, o kəslər ki, Allahdan, Peyğəmbərdən, Qur`andan uzaq düşüb, günaha mürtəkib olublar, sonra da haqqı dərk edib tövbə etməyiblər, onlar şəfaətdən də uzaq düşərək əfv olunmayacaqlar. Əməllərinin nəticəsi olaraq, əbədi əzaba giriftar olacaqlar.
Buna daha bariz bir misal:
Təsəvvür edək ki, axşam bir yerə yığışmışıq və bu məclisdə çoxlu qonaqlar var. Bir nəfər gəlib əsas xətdən elektrik cərəyanını kəsib, qaçır. Baxıb görək bu əməl nə ilə nəticələnə bilər:
1-Məclis sahibi pərt və narahat olur;
2-Siqaretin odu xalça-palazı yandırır;
3-Paltarlar və ayaqqabılar bir-birinə qarışır;
4-Çay süfrənin üstünə dağılır, yemək-içmək hamısı bir-birinə qarışır
6-Kimsə yerindən durmaq istəyir, bu an hansı bir əşyaya isə toxunur və sındırır və s.
Əgər biz təqsirkarı tapıb məhkəməyə versək, müttəhim deyə bilməz ki, mənim etdiyim bu əməl bir anda olub və bir an ərzində də məni cəzalandırın, çünki onun bir an ərzində tutduğu günah, çoxlu xəsarətə səbəb olmuşdur.
Yəhudi və məsihi alimləri Rəsuli Əkrəmi Œ öz övladları kimi tanıyırlar. ("Bəqərə" surəsi, 146) Bununla onlar haqqı heç də inkar etmirlər, lakin böyük sərahət və bəlağətlə yəhudi və məsihilərə car çəkərək deyirlər ki, İncildə və Tövratda onlara və`də olunmuş axirəz-zəman Peyğəmbər, həmin Muhəmməd Œ peyğəmbərdir. Və ona iman gətirməyə heç nə mane olmur. Buna baxmayaraq hal-hazırda milyonlarla yəhudi və məsihi var ki, onlar hidayət yolunu hələ ki, dərk etmirlər.
Bəli, bə`zən bir dəqiqəlik sükut, bir neçə nəsli agahlıq tapmaqdan məhrum edir, onlar haqqı dərk etmədən dünyalarını dəyişirlər. Biz günaha mürtəkib olmağa "vaxt" baxımından yanaşmırıq, əksinə, o günahların tarixdə qoyduğu izlərin sorağı ilə gedir və təqdir edirik.
Əgər bir əqrəb və ya zəhərli bir ilan kimi isə sancmış olsa, onu dərhal tutub öldürərlər, çünki o sağ qalsa, kim bilir daha kimləri zəhərləyə bilər. Hədislərdə də oxuyuruq ki, cinayətkar gərək daimi cəzalandırılsın, çünki əqrəb kimi ona möhlət verilsə, daima cinayət törədəcək və insanlar onların əllərindən əzab-əziyyətdə olacaqlar.
Bir halda ki, insan, qurddan da yırtıcı, tülküdən hiyləgər və ürəyi daşdan da bərk olan bir məxluq isə günah iş gördükdə, əbədi əzaba məhkum olmalıdır.
Odur ki, insanların günahları qiyamətdə Allahın qəhri və əzabı şəklində təcəssüm tapıb əbədi olaraq o əməlin sahibləri ilə bahəm olacaqlar.
İki mətləbə diqqət yetirək. Əvvəlcə bilməliyik ki, "əbədilik" bütün behişt əhli üçündür, lakin cəhənnəm əhlinin hamısı üçün, cəhənnəm əzabı əbədi deyil. Çünki müəyyən qrup insanlar (öz əməllərinin dərəcəsinə görə) bir müddət əzab və işgəncələrdən sonra Allahın rəhmətində qərar tutacaq, əfv olunacaqlar. Bəli, Xudavəndi-aləmin qüdrəti hər bir şeyə çatar, madam ki, və`də verib behiştdəkilərin behiştdə əbədi qalmaqlarına, şübhə yox ki, öz və`dəsinə əməl edəcəkdir.
Allah-taala Qur`anda bə`zi işləri də özünə vacib bilib, gərçi qüdrət və tam ixtiyar sahibi kimi ona əncam verməyə də bilər. Lakin hikmət və ədaləti xatirinə o işlərə özünün bildiyi kimi əncam çəkəcəkdir. O cümlədən:
1-İnsanları hidayət etməyi özünə lazım bilir ("Leyl", 12)
2-Rəhməti, lütfkarlığı özünə vacib buyurur. ("Ən`am" surəsi, 12)
3-Buyurduğu kimi, öz hikmətinə uyğun olaraq ruzi vermək ("Hud", 6)
4-Özünə vacib bilib ki, Qur`anını mə`na və məzmununu hər cürə təhrifdən qorusun ("Hicr", 9)
5-Mö`minlərə köməkliyi özünə vacib bilib ("Rum", 47)
Zəiflərin (məzlumların) hüququnu qorumaq və s. bu qəbildən olan məsələləri, qadir Allah öz hikmətinə müvafiq surətdə həll edəcəkdir, inşəallah! hər bir işin yaxşısını Allah bilir!
[1] Qur`ani-mübində 145 yerdə "cənnət" və "behişt" adına rast gəlirik. Elə bu sayda da "od" və "cəhənnəm" adı var. 115 dəfə dünya, elə bu sayda da "axirət" gəlməsinə rast gəlinir. Bundan məqsəd odur ki, insanlar tərbiyəvi əhəmiyyət kəsb edən və onları doğru yola də`vət edən Qur`ani-Kərimi tilavət edib mə`nasına diqqət yetirməklə özlərini qorxu ilə ümid arasında bir qaydada, yə`ni ədalətli halda hiss etsinlər. Bunların (qorxu və ümidin) birinin əskik, digərinin artıq olması; insanın haqq yoldan azmasına bais ola bilər.