back page

1-ci dərs - 15-ci dərs

next page

 

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

MƏAD-NƏDİR?

Məad – ruhların bədənə qayıtması deməkdir.

Məad hər bir insanın əqlində və fitrətində diqqətəlayiq yer tutur. Çünki, hər bir kəs soruşub bilmək istəyir ki, insanın və dünyanın gələcəyi nə olur? Ömrümüzün, həyatımızın sonu hara gedib çıxır? Həyatda nəticə və məqsəd nədir?

İki cavab veririk:

Bütün ilahi dinlər əsasla, sübutla (gələcəkdə biz bunu göstərəcəyik) dünyanın, insanın gələcəyinin, işlərin nəticəsini və onun həyatının olduqca aydın, ümidverici izahını verir. Qur`an buyurur: "Şübhəsiz, dönüş, son-Allahına tərəfdir" ("Nəcm" surəsi, 42)

Materialistlər dünyanın və insanın gələcəyini çıxılmaz, qaranlıq, fani, boş görürlər. Bu baxış olduqca xətərli və mə`yusedicidir. Bu cür əqidələr heç bir elmi dəlilə əsaslanmır.

Qur`ani-məcid bu barədə buyurur: "Qiyamətə inanmayanlar belə dedilər: "Dünya həyatımızdan başqa həyatımız yoxdur." Lakin bu inkar və deyilənlərin elmi, sübutu yoxdur. Onlar yalnız zənnə, xəyala qapılırlar".

FİTRİ ƏSASLAR

Bir çox insanlar dildə məadı qəbul etməsələr də, özlərindən asılı olmayaraq, ruhun dərinliyində insanın əbədiliyi hissini bilirlər. Zaman keçdikcə özlərindən əlamətlər göstərirlər. Onlar ölümün reallığına, cismin çürüməyinə hazır deyillər və bəşəriyyət onun varlığını yoxluq və məhv olma kimi başa düşür. Bu müddəaya bir neçə dəlil qeyd edirik:

1-Məadı inkar edənlərin hamısı öz dədə-babalarının qəbrinə ehtiram edirlər.

2-Ölmüş şəxslərin adlarını küçələrə, müəssisələrə, məktəblərə və s. qoyurlar.

3-Hamı istəyir ki, ölümdən sonra onun adı yaxşı xatırlansın.

4-Özlərinin (əcdadlarının) adlarını övladlarına qoyurlar.

5-Bə`zən də öz ölülərini mumiyalayırlar ki, ölü cismən məhv olmasın. Əgər məadı inkar edənlər ölümü insanın məhvi bilirlərsə, onda bu qəbil əməllər nə ilə izah olunur?

Onlar ölümü bir yoxluq və heçlik kimi başa düşürlərsə, onda niyə öz sözlərinə görə ölüyə, yə`ni heç olana və ya ölünün adına, yə`ni olmayan bir ada ehtiram bəsləyirlər? Nə üçün heç və məhv olan bir şey üçün qəbir tikib, üzərinə gül-çiçək qoyurlar, ölünün adını əbədiləşdirirlər. Bəli, bütün bunlar göstərir ki, məadın əleyhdarları da ürəkdə ölümlə aradan getməyən ruh və insan şəxsiyyətinin əbədiliyinə bir növ inanırlar.

Bir az da izahat veririk:

Belə ki, əgər ölmək – məhv olmaqdırsa, tarix boyu qalsın deyə ölünü mumiyalamaq nə ilə izah olunur?

Əgər ölümü-məhv olmaq kimi başa düşürlərsə, niyə müxtəlif millətlər öz əcdadlarının adını övladlarına verirlər və bununla fəxr edirlər?

Bəli, insan öz daxilindən (fitrətindən) əbədilik hissini tanıyır.

İnsanın daxili hislərindən biri "qürbət hissidir". Dünya insan üçün dardır. Ailə ilə, təsərrüfatla, səyahətlə müvəqqəti olaraq özü üçün əyləncə düzəldir, amma bir vaxtdan sonra daxilən hiss azalır, bütün rifah vasitələri onu bezdirir. Gah intihar etmək fikrinə düşür, gah soruşur: Yaranmaqdan məqsəd nədir? Mən niyə mövcudam? Bütün bu daxili çaxnaşmalar göstərir ki, insan "qürbət hissi" keçirir və bütün dünya onun üçün dardır. Cisim onun üçün qəfəsdir, dünya onun üçün zindandır, bu hiss də taleyə iman əlamətlərindən biridir ki, orda insan doyur, tə`min olunur, bütün arzu və məqsədlərinə çatır. Çünki hər bir ehtiyaca, hissə, daxili narahatlığa xarici aləmdə cavab var, məsələn, susuzluq su ilə aradan qaldırılır, şəhvət onun tələbini yerinə yetirməklə, qürbət hissi-nə isə məadla cavab verilir.

İNSAN HİSLƏRİNİN DÜZGÜN HİDAYƏT OLUNMASI

İnsanın təbiətində olan hər bir hissə 2 cür cavab var.

1-Müvəqqəti cavab.

2-Düzgün, daimi cavab.

Misal:

Əgər bir körpə uşaq ac və ya susuzluqdan ağlayarsa, onu tez anasına çatdırırlar ki, süd versin, əgər o da olmasa, ağzına bir əmzik verməklə, başını aldadar, müəyyən qədər onu sakitləşdirə bilərlər.

"Nəhcül-bəlağə"də Həzrət Əli ´ buyurur: "Həzrət Məhəmməd (s) ona görə gəldi ki, xalqı bütlərə və yaradılmışlara itaət etməkdən Allaha – Yaradana itaətə hidayət etsin. Bəli, insanda əsil, həqiqi sitayiş və eşq-bu daxili meyl haqqa hidayət olunmasa, mövhumata, xurafata gətirib çı-xarar.

MƏAD– FİTRƏNİN İŞIĞINDA

Əgər insan öz daxili aləminə diqqətlə nəzər salsa, görər ki, həyat, əbədi aləmdən öncə olan bir mənzildir.

Bu həqiqəti açıqlamaq üçün aşağıdakı mətləblərə diqqət yetirək:

1. "Əbədi həyata" eşq.

Əgər insan hesab edirsə ki, axırda heç olub getmək üçün yaranıb, onda gərək o, ömrünün axırınadək həmin ölümdən (heçlikdən, puç olub getməkdən) ləzzət alsın. Lakin görürük ki, "ölüm qiyafəsi" heç bir zamanda insan üçün nəinki xoşagəlməz olub, hətta bütün varlığı ilə daima ondan qaçır. Uzun ömür yaşamaq, cavan qalmaq üçün "iksir" axtarmaq, dirilik suyunun sorağında olmaq-bunlar hamısı məgər daimi həyat, əbədi yaşayış diləyi, arzusu deyil? Əbədiliyə olan bu eşq və əlaqə göstərir ki, biz "əbədi" bir həyatdan ötrü yaranmışıq.

İnsan qəlbində kök salan həqiqi eşq-onun mə`nəviyyatını, vücudunu kamilləşdirir. "Aləmi-bəqa"ya olan eşq də, həmçinin insan vücudunun kamilləşməsinə xidmət edir.

Unutmaq olmaz ki, biz "məad" bəhsini öyrənərkən-Allahın zati-müqəddəsinə, hikmət, qüdrət və iradəsinə əsaslanaraq belə əqidədəyik ki, mütəal Allah səbəb və məqsədi olma-dan heç nəyi xəlq etməyib. Bu cəhətdən də insanın "bəqa"ya olan eşqinin də müəyyən, həm də dəqiq bir hesabı vardır və bu hesab öz həllini şübhə yox ki, insanların daima arzusunda olduğu əbədi həyatda tapacaqdır.

2-Qədim millətlər arasında ölmək və dirilmək.

Bəşəriyyətin lap qədim tarixi də göstərir ki, qədim zamanlardan insanlar müxtəlif ayin və əqidələrə malik ol-maqlarına baxmayaraq, insanın öldükdən sonra dirilməsinə inanıblar. Tarix bu faktı, qədim qəbirlərin səciyyəvi xüsusiyyətləri, qəbirlərində tapılan əmək və ov alətləri və s. bəzək əşyaları ilə birgə dəfn olunmaqları ilə sübuta yetirir.

Bəşər tarixində, insanların şüurunda kök salan və dərin izlər qoyan bu əqidəyə biganə yanaşmaq və ya onu adiləşdirib bir ən`ənə şəklində təsəvvür etmək sağlam düşüncə sahibinin işi deyil. Bu kimi bəşəri hadisələrə-insan fitrətinin təzahürü kimi baxmaq lazımdır. Əgər bu proseslər-fitri yox, ayin, adət-ən`ənə formasında olsaydı, yəqin ki, yaddaşlardan silinib gedər və tarixdə bir iz qoymazdı.

Biz bilirik ki, paltar geymək insanlarda adət və ədəb əlamətidir, lakin mühit və zaman dəyişməklə bu paltarların dəbi, forması da dəyişir. Amma ananın körpəsinə olan məhəbbəti təbii və daimidir. Şübhə yox ki, bu da Allah-taala tərəfindən insan fitrətinə bəxş etdiyi bir xüsusiyyətdir ki, nə zaman və nə də mühit ona tə`sir göstərə bilmir.


 

2-ci dərs

PEYĞƏMBƏRLƏR VASİTƏSİLƏ ALLAH-TƏALANIN CAVABI:

1. İnsan boş yerə, əbəs yaranmayıb:

"Yoxsa siz hesab edirsiniz ki, sizi əbəs yerə yaratmışıq?!"

2. İnsanın yaradılmasında məqsəd olduqca böyük və lazımlıdır. Və o, bütün yollar içindən haqq yolun seçilməsi və bütün itaət və təslim növlərindən Allaha itaət və təslim yolunun seçilməsidir. Qur`an buyurur: "Biz ins-cinni buna görə xəlq etdik ki, Allahı tanıyıb, Ona ibadət etsinlər".

3. İnsana öz məqsədinə çatmaq üçün bütün təbii imkanları onun üçün yaratmışıq və bütün şeyləri ona təslim etmişik.

Bütün yerləri və göyləri insanların ixtiyarına verdik.

4-Ona xəbərdarlıq etdik ki, öz yaxşı və pis işinə hər şəraitdə və ölçüdə nəzarət etsin, özünə hesabat versin:

5-İnsan etdiyi əməllərinin girovundadır.

6-İnsandan hətta gözü, qulağı, ürəyi haqqında yə`ni baxmağı, eşitməyi və qəlbindən keçirdiyi fikirlər haqqında soruşulacaqdır:

7. Allah-taala yaxşı işlər görənlərin mükafatını, əcrini heç eləməz.

Bu, peyğəmbərlərin həmin fitri hislərə verdiyi cavabdır, əlbəttə, bu dəlillər ağıl və dərrakə ilə də qəbul olunan dəlillərdir.

ÖLÜLƏRİN DİRİLMƏYİ ÇƏTİN DEYİL

Tarix boyu heç kəs məadın olmamağı barədə elmi dəlil gətirməmişdir. Təkcə, məadı inkar edənlər e`tiraz edib deyirdilər ki, məgər çürümüş, hissələrə ayrılmış ölü insan dirilə bilər?!

Qur`an və əqlin cavabı budur ki, bu iş şübhəsiz mümkündür. Çünki bu fikrən təsəvvür ediləndir və daim, geçə-gündüz ölülərin dirilməyinə oxşar nümunələri gözümüzlə görürük.

İmam Cavad ´ buyurub: "Yatıb-durmaq ölümə və dirilməyə aid ağlasığan ən gözəl nümunədir. Bəli, ölüm uzun, güclü bir yuxudur. Baharda ağaclarda yaşıllığın əmələ gəlib və payız vaxtı məhv olması digər bir nümunədir. Qur`an "Fatir" surəsinin 11-ci ayəsində buyurur: "Allahdır ki, küləkləri göndərir, ta ki, buludları hərəkətə gətirsin. Quru bir məmləkətə tərəf qovub yağış yağdırmaqla o ölü məmləkəti dirildirik. Sonra buyurur: "Ölüləri diriltmək də bu cürdür."

Başqa bir yerdə buyurur: "Biz yağış vasitəsilə ölü məmləkəti dirildirik. Qiyamətdə də sizin qəbirlərdən çıxmağınız bu cürdür." ("Qaf" surəsi, ayə 11).

Buna əsasən, deyə bilərik ki, dirilmə nümunələri gecə və gündüz hər il, hər fəsil gözümüzün qabağında baş verir.

QUR`ANDAN BİR XATİRƏ

Bir şəxs divarın arasından götürdüyü bir çürük sümüyü döyəcləyib un kimi edərək, Allahın rəsulunun (s) yanına gəldi və dedi: "Bu ovulmuş (toz) halında olan bir sümüyü kim dirildəcək?". Allah-taala öz rəsuluna göstəriş verdi: "De ki, onları ilk dəfə yaradan dirildər. ("Yasin"-79)

Əgər hər hansı bir məhsulu istehsal edən bir şəxs desə ki, "mən yığdığım dəsgahı söküb bir də yığa bilə bilərəm" bu söz kimsəni təəccübləndirməz. Çünki, yaratmaq, ixtira etmək söküb təzədən yığmaqdan da mühümdür.

Məadı inkar edənlərin vəsvəsəsi (bəhanələri) iki cəhətdən idi.

Əvvəl bu idi ki,"Görəsən çürümüş sümüklər də dirilə bilərmi?"

İkincisi – fərz edək ki, çürümüş sümüklərin dirilməsi mümkündür, elə isə, bəs bu iş kimin əli ilə həyata keçiriləcək?

Qur`an buyurur: "Onlar soruşarlar: "İkinci dəfə kim bizi həyata qaytara bilər?" Onlara de; "Dirildər o Allah ki, ilk dəfə sizi yaratmışdır" ("İsra"-54).

Əgər kərpic bişirən bir kişi desə ki: Mən bu kərpici sındırıb, əvəzində həmin palçıqdan yenə bir kərpic düzəldərəm. Burada təəccüblü nə var ki?!

O kəslər ki, çürümüş bədən üzvlərinin dirilməsini qeyri-mümkün hesab edirlər, bəs niyə öz yaranışları haqqında şəkk-şübhə etmirlər? Məgər ilk dəfə xəlq olunmaq, ikinci dəfə, təkrar xəlq olunmaqdan çətindir?! Necə ki, Qur`an buyurur: "O Allah ki, xəlq etməyin binasını qoyub və sonra onu bir daha xəlq etmək Allahın əlində çətin bir iş deyil, əksinə, asandır ("Rum"-25).


 

3-cü dərs

MƏADIN MÜMKÜNLÜYÜ BARƏSİNDƏ DİGƏR NÜMUNƏLƏR

Qur`ani-kərimdə ölülərin dirilməsinin mümkünlüyü və məad haqqında 1400 ayə vardır. O ayələrdən (Üzeyir və İbrahim peyğəmbərlə əlaqədar) ikisini nümunə üçün sizin nəzərinizə çatdırırıq:

Həzrət Üzeyir ´ səfərə çıxarkən bir gün yolu bir xarabalıqdan düşdü və gördü ki, burada çoxlu çürümüş insan və heyvan sümükləri var. Şəkk gətirmədi, lakin düşündü ki, bunlar təzədən nə cür diriləcək? Allah-taala həmin anda Üzeyir peyğəmbəri öldürdü, bir də 100 ildən sonra diriltdi və ondan soruşdu: "Sən neçə müddətdir ki, buradasan?!" Peyğəmbər cavab verdi: "Bir gün, ya da ki, yarım gün ". Allah-taala buyurdu: "Düz 100 ildir ki, sən buradasan, mindiyin ulağa və yediyin təama bax, ulağın ölüb, sümükləri də çürüyüb. Lakin o xörək ki, iylənib xarab olur: yüz ildir ki, olduğu kimi qalıb. İndi ölülərin dirilməsini gözlərinlə görmək istəyirsənsə, onda həmin çürümüş ulağın sümüklərinə bax, gör ki, sənin gözlərinin önündə onu yerdən qaldırıb, ətini, dərisini və ruhunu ona necə qaytaracağam, ta ki, gələcək tarix üçün dərs olsun".

Peyğəmbər bir də onu gördü ki, Allahın qüdrəti ilə ulağın sümükləri bir yerə cəm oldu, skeleti düzəldi, sonra ətə və cana gələrək dirildi.

Elə ki, Üzeyir gördü ulağı təzədən dirildi və 100 illik xörəyi xarab olmayıb, əvvəlki kimidir, dedi: "Mən bilirəm ki, Allah hər şeyə qadirdir ("Bəqərə" surəsi, 261).

DİGƏR BİR ƏHVALAT

Həzrət İbrahim ´ bir gün dəniz kənarından keçirdi. Gördü ki, yerdə bir cəmdək var, yarısı suyun içərisində, yarısı da quruda. Dəryanın balıqları, səhrada olan heyvanlar və quşlar hamısı tökülüblər bu leşin üstünə, parçalayırlar. Bu mənzərənin şahidi olan Peyğəmbər Allahdan sual etdi ki, İlahi, qiyamət günü ölüləri necə dirildəcəksən? "Bu leşin ki, zərrələri onu yeyən heyvanların bədən üzvlərinə dönüb!" Allah buyurdu: "İnanmırsan?!" Həzrət İbrahim cavab verdi: "Əlbəttə ki inanıram; lakin mən istəyirəm, Sənin qüdrətinə olan yəqinliyim kamil olsun".

Xudavəndi-aləm İbrahim peyğəmbərə əmr etdi: "Dörd cür quş tut, onları kəs və tikə-tikə doğra, sonra dördünün də tikələrini (ətlərini) bir-birinə qarışdır və hər dağın başına onların ətindən bir az qoy, sonra onları bir-bir adları ilə çağır. Bax gör qarışmış ət parçaları bir-birindən necə ayrılır, hər quşun özünə məxsus bədən üzvləri yerində nə cür qərar tutur və o quşlar əvvəlki kimi necə dirilib cana gəlirlər".

Həzrət İbrahim ´ bir xoruz, göyərçin, tovuz və bir qarğa tutub onları öldürdü. Ətlərini doğrayıb bir-birinə qarışdırdı və bir neçə dağın başında hissə-hissə qoydu. Sonra o, quşların bir-bir adlarını çağırmağa başladı. Gördü bütün o ət parçaları ki, dağların təpələrində səpələnmişdi, bir-birinə birləşib gözləri qabağında əvvəl öldürdüyü quşların şəklinə düşdülər və dirildilər. ("Bəqərə"-262)

Bəli, Allah-taala hər bir şeyə qadirdir, lakin insanların bu həqiqəti dərk etməyə qüdrətləri çatmır. Bir maddənin digər bir maddəyə keçməsi və zərrələrdən təşkil olunmasına aid bir neçə sadə misallara müraciət edək:

İnək, ot-ələf yeyir və ondan süd istehsal olunur.

İnsan çörək yeyir və o çörəkdən-ət, qan, sümük, göz yaşı, dırnaq, tük vücuda gəlir və inkişaf edir.

Bir çox sintetik parçalar var ki, insanlar onları neftdən istehsal edirlər.

Qatığı qarışdırıb və ya çalxalamaqla iki növ məhsula, yağ və ayrana dönür.

Niyə insanlar adi təbiət hadisələri şəklini almış bu proseslərin mövcudluğuna inanır, amma çürümüş sümüklərin Allah tərəfindən bir yerdə cəm olunub dirilməsinə inanmır və ya bunu qəbul etmir?!

Qur`anda bütün canlıların ölüb, təzədən dirilməsinə aid dəlil gətirən ayələr çoxdur, lakin biz onlardan birini və daha sadəsini sizin nəzərinizə çatdırırıq:

"Tariq" surəsi, 4-9 ayələrində Qur`an buyurur: "Şübhəsiz, bütün canlar üçün bir gözətçi var. Onda qoy insan baxıb görsün nədən yaranıb. Bel və köksün ortasından çıxan sıçrayan bir sudan yaranmışdır. Allah onu qaytarmağa və təzədən diriltməyə qadirdir".

Yenə Qur`anın "Kəhf" surəsinə nəzər yetirsək görərik ki, bir neçə nəfər Allaha iman gətirən insanlar Allahın izni ilə yuxuya gedir və bir də 309 il sonra ayılırlar. Bu kimi dəlillər Allahın qüdrət əlində hər şeyin asan olduğunu isbat edən surə və ayələrdir. Bu haqda çoxlu kitablar və təfsirlər yazılıb ki, biz bunların üstündə daha çox dayanmırıq.


 

4-cü dərs

MƏADIN BİRİNCİ DƏLİLİ – ALLAHIN ƏDALƏTİ

Məada dair bir neçə dəlil gətiririk ki, Qur`an və əqil onu bəyan edir. Allah-taala adil olduğuna görə məad və hesab gərək olsun. Əgər qiyamət olmasa, onda Allahın ədalətinə xələl gələrdi. İzahı budur ki, insanlar Allahın və peyğəmbərlərin əmrləri qarşısında 2 yerə ayrılırlar: 1) havadarlar. 2) müxalif olanlar.

Qur`an bu həqiqəti belə bəyan edir: "Sizlərdən bə`ziniz kafir, bə`ziniz mö`minsiniz". ("Təğabun"-3).

Digər tərəfdən dünyada ya əməllərin real cəzası olmur, ya da hərdənbir bunların əvəzində mükafat, yaxud həqiqi yox, çüz`i əcr gözə görünür. Əgər hesab-kitab olmasa və hər şey ölümlə məhv olub getsə, onda Allahın ədaləti necə olar?! Dünyada cəza kafi deyil, gərək digər bir yerdə cəza və əcr verilsin.

Sual: Nə üçün Allah dünyada cəza vermir? Yaxşı olmazmı ki, hər yaxşı əməl sahibi, yaxud günahkar bu dünyada öz hesabını alsın, qiyamətə ehtiyac olmasın?!

I cavab: Dünya cəza yeri deyil. Ona görə ki, dünyanın cəzası başqalarına da sirayət edir ki, bu bir növ zülm etmiş kimidir.

İzahı budur: Tutaq ki, mən bir məzluma sillə vurdum və Allah-taala da elə bu dünyada məni cəzalandırdı, məsələn, əlim iflic oldu. Bu ağrı başqa ailə üzvlərinin əziyyətinə səbəb olacaq.

Amma qiyamətdə qohumlar bir-birinin dərdinə qalmayacaq, hərə öz fikrini çəkəcək, Qur`anın buyurduğuna görə, hətta insan öz övladından, həyat yoldaşından qaçar, yalnız fikri öz nicatında olar, bu anda günahkara gələn bəla başqasına sirayət etməz.

II cavab: Xalqın azadlığı əlindən alınır.

Əgər Allah dünyada mükafat və cəza versəydi, insanlar ya qorxudan, ya da tamahdan pis əmələ yol verməz və yaxşılıq edərdilər. Bu cür yaxşılıq məcburidir, zorladır və o qədər də qiyməti yoxdur. Çünki insan gərək azad şəkildə günah etməsin. Hər xeyirxah iş görənə Allah-taala bu dünyada bağ, saray, mal-dövlət versə, onda bütün insanlar zahid, ibadətkar, müsəlman olardılar. Bunun qiyməti olmazdı. İnsanın şərəfi onun azadlığı və düzgün yolu seçməsindədir.

Allah insanı yaratmışdır ki, o həvayi-həvəs və ziddiyyətlər içərisindən birini seçsin.

İSLAMDA QİYMƏTLƏR ME`YARI

Qur`anda Allah əsasən o insanları bəyənir və təqdir edir ki, onlar dünyanın gözəlliklərinə, cazibəsinə uymayaraq nəfsini ayağı altına salaraq iki yoldan (haqq və batil) yalnız birini, Alahın haqq və ədalət yolunu seçirlər. Bu barədə Qur`anda bir çox nümunələr var ki, o cümlədən bir neçəsini aşağıda nəzər-diqqətinizə çatdırırıq:

1-Həzrət Yusif, peyğəmbər olmağı ilə bərabər, həm də çox gözəl bir cavan idi. Allah-taala onu imtahan etmək üçün Züleyxanı gözəl bir surətdə onun yanına göndərir. Züleyxa içəri girib qapını arxasınca möhkəm bağlayır və Həzrət Yusifə deyir: "Mən səni istəyirəm... Tələs!..." Lakin Həzrət Yusif öz nəfsinə və Züleyxanın gözəlliyinə uymur və deyir: "Mən Allaha sığınıram. O məni yaradıb və mənə yaxşı dərəcə bağışlamışdır". Bununla da Yusif öz təmiz adını qoruyub saxladı.

2-Həzrət İbrahim peyğəmbər yüz il sərasər oğul intizarında idi və o qədər dua etdi ki, nəhayət Allah ona İsmayıl kimi bir oğul əta etdi. Lakin buna baxmayaraq İlahi fərman yetişdi ki, gərək İsmayılı Allah yolunda qurban kəsəsən. İbrahim iki çıxılmaz yol ayrıcında idi, ya gərək öz yeganə əziz övladını saxlayıb Allahın əmrindən çıxaydı, ya da Allahın fərmanını hər şeydən vacib bilib, öz sevimli övladından əl çəkəydi. Həzrət İbrahim ikinci yolu seçdi, yə`ni Allahın əmrini özünə vacib bilib öz əziz övladını haqq yolunda qurban kəsməyə razı oldu. Eyni zamanda İsmayıl da Allah fərmanından boyun qaçırtmadı, Allah yolunda qurban kəsilməyə bir an belə tərəddüd etmədən razılaşdı. Qur`an onların bu fədakarlıqlarını belə qiymətləndirir: "Hər ikisi Allahın əmrinə təslim olaraq İbrahim öz övladını qurban kəsmək üçün üzünü torpaq üzərinə qoydu". ("Saffat" surəsi, 20).

3-Həzrət Əli ´ və Fatimeyi Zəhra (salamullahi əleyha) iftar əsnasında, özləri ac-susuz olduqları halda belə, öz yeməklərini, sidq-ürəklə qapılarına gələn bir fəqirə verirlər. Qur`an bu barədə buyurur: ("Və yut`imunət-təamə əla hubbihi...) "Allaha məhəbbət üzündən öz təamlarını kəmali-meyl ilə miskin, yetim və fəqirə verirlər." ("İnsan" surəsi, 8).

MƏAD-HƏYATA ANLAYIŞ VERİR

Əgər insan, bu dünyanı yeganə həyat mənbəyi kimi təsəvvür etsə, onda yaşamağın özü puç və mə`nasız olar. Bir dünyada yaşayıb, digər bir dünya haqqında təsəvvür əldə etməkdən ötrü belə bir misala müraciət edək:

Fərz edək ki, uşaq ana bətnində qərar tutub və bu qaranlıq, məhdud həyatda aylarla yaşayır. Əgər o zamanda onun ağlı və düşüncəsi olsa, elzcz də maddi aləm haqqında müəyyən təsəvvürü olsa, fikirləşər və təəccüb edərək öz-özünə sual edər:

Niyə qan və su içərisində əl-ayaq vururam? Ömrümün axır nəticəsi nə olacaq? Haradan gəlmişəm və gəlişim nədən ötrüdür?

Amma əgər ona başa sala bilsələr ki, bura sənin başqa bir aləmə qədəm qoymağın üçün müvəqqəti bir yerdir, burada sənin bədən üzvlərin təşəkkül tapacaq, qüvvətlənib ətə-cana gələcək və hərəkətə gələcəksən ki, bu qaranlıq aləmdən işıqlı, səfalı, növbənöv gözəl və ləzzətli ne`mətləri olan aləmə-azadlığa çıxasan. Onda bütün bunları görüb öz-özünə deyəcəksən: "Mən indi başa düşdüm ki, o qaranlıq aləmdə vücuda gəlməyimin fəlsəfəsi nədir!"

Bu proses özü, insanın bir aləmdən digər bir aləmə keçid dövrünü göstərən bir amil, məadın mövcudluğu haqqında bariz bir anlayışdır: -Nə ehtiyac var ki, bu dari fənamda, problemlər içərisində 70-80 il əl-ayaq çalır, çırpınırıq?

Bir müddət xamlıq edir və qəflətdə yaşayırıq, bə`zən də əgər qəflətdən oyanırıqsa-görürük ki, artıq ruzigar belimizi büküb, başımıza qocalıq qarı yağıb. Təkrar dünyaya gəlib nədən ötrü yaşamaq, yemək, içmək, geymək, gəzmək və yatmaqdan ötrümü?

Bəli, məada inam-insanı nigarançılıqdan, iztirabdan və ömrü hədər, bihudə yerə sərf etməkdən nicat verər.


 

5-ci dərs

QUR`ANDA DÜNYA CƏZASINDAN NÜMUNƏLƏR

Qur`anda bir çox cəza nümunələri var ki, insanlar həyatda günah işlər gördükdə və ya cinayətkarlıq etdikdə, Allah onları o yollarla cəzalandırır. Məsələn, "Rum" surəsinin 41-ci ayəsində Qur`an buyurur: "Camaatın dənizdə və quruda qazandığı günahları üzündən fəsad zahir oldu. Öz əməllərinin aqibətini Allah onlara göstərər ki, bəlkə tövbə edərək haqqa dönələr".

Həmçinin Qur`anda buna bənzər bir çox ayələr var ki, günahkar insanlar həyatda öz bəd əməlləri müqabilində, zillət, rüsvayçılıq və peşmançılığa düçar olarlar. Amma bu cəzanın heç də hamısı deyildir, yalnız cüz`i bir hissəsidir. Buna rəğmən Qur`an "Rə`d" surəsinin, 43-cü ayəsində buyurur: "O günahkarlar üçün dünyada (həyatda) əzab var, lakin qiyamət günü verilən əzab daha şiddətli olacaqdır".

Beləliklə, bu ayələrdən mə`lum olduğu kimi, dünya həyatında Allah tərəfindən günahkarlara verilən cəza, qiyamət günü veriləcək cəzanın, fəqət cüz`i bir hissəsidir. Əsil divan və məhkəmə isə məhşər ayağında qurulacaqdır.

QUR`ANDA DÜNYA MÜKAFATLARINDAN NÜMUNƏLƏR

Pis olmazdı ki, Qur`anda nümunə kimi göstərilən dünya savabına və mükafatlarına da bir nəzər salaq. Gəl ki, yaxşı əməl sahiblərinin əsil və həqiqi mükafatları axirət günündə veriləcəkdir, bununla belə həyatda günahkarlar cəza çəkdikləri kimi, savab işlər görənlər də Allah tərəfindən həyatda müəyyən qədər də olsa, öz mükafatlarını alırlar.

"Ali-İmran" surəsində, İbrahim peyğəmbərin tərəfdaşlarının göstərdikləri igidlik və rəşadəti bəyan etdikdən sonra, belə buyurur: "Allah onlara bu dünyanın mükafatını və axirətin yaxşı mükafatını verdi. Allah yaxşı iş görənləri sevir". (Ayə-148)

Həzrət İbrahim ´ haqqında isə belə buyurur: "Biz ona (Həzrət İbrahimə) dünyada yaxşılığı əta etdik" (Ayə-122).

Allahın dünyada ulul-əzm peyğəmbərlərə və onların tərəfdarlarına etdiyi yardımlar haqqında olan ayələrə də Qur`anda rast gəlmək olur. "Biz, Öz peyğəmbərlərimizə və onlara iman gətirənlərə də yardım edəcəyik" ("Qafir"-51).

Bu ayələrdən göründüyü kimi, bu dünyada, görülən yaxşı işlərin də əsil mükafatı axirət günündə veriləcəkdir. Habelə, rəvayətlərdə varid olub ki, dünyada olunan bə`zi günahların cəzası, qiyamətə qalmaz. Məs: ata-anaya zülm etmək kimi günahlar.

DÜNYADA HƏQİQİ CƏZANİZAM-İNTİZAMIN POZULMASINA BAİS OLAR

Allah-taala insanların həyatda mə`siyətlərinə görə münasibətini bir çox ayələrlə bildirmişdir. Məsələn, "Nəhl" surəsinin 61-ci ayəsində oxuyuruq: "Əgər Allah-taala insanları elədikləri günahlara görə cəzalandırsaydı, onda yer üzərində heç bir canlı üçün yaşamaq imkanı olmazdı." Çünki insanların hamısı (on dörd mə`sum müstəsna olmaqla) mə`siyətkardırlar. Lakin Allah onların əzabını müəyyən vaxtadək tə`xirə salar. Əcəl vaxtları çatdıqda isə bir an da olsa belə, onu tə`xirə salmaz.

Buna görə Allah-taalanın hikmət və iradəsi budur ki, insan adlı bir varlıq Yer üzərində bir müddət sərbəst və azad bir tərzdə ağıl və dərrakələri ilə bir həyat yolu seçib yaşasınlar.

Dünyada həqiqi cəza Allahın lütf və mərhəmətindən uzaqdır. Çünki, Allah-taalanın lütfü ondadır ki, hər bir günahkar bəndəsinə ömrünün axırınadək imkan verir ki, tutduğu pis işlərdən (günahlardan) peşman olsun, öz səhvini anlasın və bir zaman haqqı dərk edərək getdiyi batil yoldan, tövbə edib Allah yoluna gəlsin.

MƏADIN VARLIĞINA DƏLİL – ALLAHIN QÜDRƏTİDİR

Biz Allahın elmini və qüdrətini öz nəzərimizdə görüb təsəvvür edə bilmirik. Halbuki, Onun elmi və qüdrəti nəhayətsiz, sonsuzdur. Necə ki, Həzrət Məryəmə əri olmadan övlad bəxş edir və onun körpə uşağını beşikdə dilə gətirir.

Və ya Əbabil quşları ilə Əbrəhənin güclü qoşununu məhv edir. Musanın əsasını bir dəfə yerə vurmaqla yerdən 12 çeşmə cari olur., yaxud Nəmrudun odunu İbrahim üçün gülüstana döndərir. İsanın nəfəsi ilə ölüləri dirildir.

Buradan belə nəticəyə gəlmək olar ki, Allahın sonsuz elm və qüdrətinin müqabilində ölü diriltmək də çətin deyil. Necə ki, İslam Peyğəmbəri (s) buyurur: "Hər dəfə bahar fəslini müşahidə edərkən, qiyamət günündə dirilməyinizi yadınıza salın.!


 

6-çı dərs

MƏAD-ALLAHIN HİKMƏTİNƏ BİR DƏLİLDİR

Əgər qiyamət olmasa bütün aləmin və insanların yaranması mə`nasız olar. Halbuki, filosoflar deyirlər: "Hər bir mövcudda 4 illət (səbəb) var:

1-Maddi səbəb;

2-Faili səbəb (istehsalçı);

3-Suri səbəb (onun forması);

4-Qa`i səbəb (məqsəd).

Əgər bir düyməni, üzüyü, saatı, qələmi, eynəyi və bir maşını, təyyarə və binanı nəzərə alsaq, görərik ki, bunların hər birində həmin dörd səbəb var.

Aləmin də yaranmasında 4 səbəb bunlardan ibarətdir:

1-Maddi səbəb, keçmiş alimlərin dediklərinə görə dörddür: od, su, hava, torpaq. Kimya elmi indiyədək maddi səbəblərin 114-ünü kəşf edib.

2-Aləmin faili səbəbi (yaradanı) də Allahdır.

3-Suri səbəb aləmin quruluşu və gərdişindən ibarətdir.

4) Aləmin qai səbəbi də, budur ki, bütün ne`mətlər insanların ixtiyarındadır. Məsələn: Qur`an "Bəqərə" surəsinin 29-cu ayəsində buyurur ki: "O Allah ki, Yer üzərində hər nə var siz (insanlar) üçün xəlq edib".

İnsanın vücudunda da bu 4 səbəb var. İnsanların xəlq olunmağından məqsəd odur ki, Allahı tanıyıb Ona ibadət edələr və onları qiyamət günündə yaxşı-yaman işlərinə görə mükafat və cəza gözləyir.

Məgər görmürük ki, Qur`anda bir dəfə yox, bəlkə də yüz dəfə Allah-taala "həkim" kəlməsi ilə vəsf olunur və onun hikmət nişanəsini hər an və hər yerdə görüb müşahidə edirik: gözün kirpikləri, ayaq pəncəsinin oval kimi olması, ananın mehri və körpənin döş əmmək qüdrəti, şor suyun gözlərdə, şirin suyun ağızda yığılmağı, insanın və canlı aləmin tənəffüs etməsi, qulağın, səs dalğalarını qəbul etməkdə mütənasibliyi, gözlərdə nur, qidanın mə`dədə həzm olması, Yerin öz oxu ətrafında və fəzada sabit hərəkəti, insanların bütün ehtiyaclarının tə`min olunması, o ne`mətlər ki, Qur`anın buyurduğu ilə desək, əgər hesab aparmaq istəsək, sayıb qurtara bilmərik. Sirlərlə dolu bir dünyada yaşamağımız ki, ən güclü alimlər öz ömürlərini bu sirlərdən heç olmasa birini açmaqdan ötrü sərf edir bəlkə də, ömrünün axırınadək öz istəyinə nail ola bilmir. Məgər bu cahan, bütün bu ne`mətlərlə, diqqət, qüdrət və lətafətlə-"dünya beş gündür"-deyib, yaşamaq və axırı isə puç olmaq üçündür?!!

Əgər məad olmasa, Allahın işi bu cür olar ki,-torpaqdan buğda, buğdadan nütfə, nütfədən tifl, sonra cavanlıq, daha sonra qocalıq dövrünü yaşayaraq ölmək və nəhayət çürüyüb torpağa dönmək. Belə olsa əgər, onda hamımız məhv olub torpağa qarışar və necə deyərlər, daha "o dünyalıq" yox, elə "bu dünyalıq" olarıq.

Elə isə sual olunur: Məgər bizim əvvəlimiz torpaq deyildi?!

Necə ki, "Mu`minin" surəsinin, 115-ci ayəsində buyrulur: "Yoxsa güman edirsiniz ki, sizi əbəs yerə yaratmışıq?! Və bir də Bizim tərəfimizə qaytarılmayacaqsınız?"

Əgər məad olmasa, deməli həyatın mə`nası-milyon tonlarla qidanın qarınlarda yerləşdirilməsi və milyon litrlərlə sidiyin ixrac olmağından ibarət olur.

Marksistlər belə deyirlər: "Fəhlə hüququ, fəhlə hökuməti, yalnız əməyə görə qiymət, çüz`i maaş, əməyə görə mükafat, təqaüdə çıxmaq və hökumətdən müavinət almaq və ən axırda deyir: -hamısı ölümlə heç olub puça dönəcək!"

Bu qədər dəbdəbədən sonra car çəkərək deyir: "Hhər bir şey (yemək-içmək, geymək və s.) yaşamaq və sonra da puç olub getmək üçündür". Yaxşı olmaz ki, bu qədər əzab-əziyyəti çəkməkdənsə, elə bəri başdan özünü öldürsün, artıq bu qədər də əziyyət və zillət çəkmək nəyə lazım?"

Bəli, dünyaya marksist və materialist gözü ilə baxmaq – gələcəyə göz yummaq, kor kimi öz həyatını taleyin hökmünə buraxmaq və insan ömrünün axırı puç olmaqdırsa, onda sual edirik: " Niyə yarandıq və niyə yaşayırıq?" Və əgər mövcuduqsa, niyə canavar olub, öz kamımıza çatmayaq? Bir halda ki, insanın həlak olmağı ilə başa gəlir.

Madam ki, həm mən və həm də bütün insanlar məhvə doğru gedirik, qoy onda başqalarının heçliyinə qədər tam ləzzət alım, bir halda ki, heyvanlar da heç olub gedəcəklər, gərək onları yaxşıca minib çapaq və ətlərindən daha ləzzətli xörəklər hazırlayaq! Madam ki, fəda olmaq var, qoy onda hamı mənə fəda olsun!.

Bəli əzizim, bu çox xətərli və faciəli bir təfəkkürdür ki, cəmiyyəti hal-hazırda bu kökə salıb, bu günə qoyub. Hal-hazırda nə qədər ölkələrdə qəhətlik tüğyan edir? "Qabağa gedən ölkələr!" Dünyada öz mənafeyi və mənsəbi naminə, taxılı, meyvəni və tərəvəzini dəryalara tökür, torpaq altında çürüdürlər və ya od vurub yandırırlar. Sonra televizorda da bunları göstərirlər.

Fikirləşirəm ki, bu qədər söz kifayətdir. Vəhyin sorağı ilə gedib görək məadın labüd olmağını ilahi hikmət neçə bəyan edir?

"Qiyamət" surəsinin, 36-cı ayəsində buyurur: "Yoxsa insan elə güman edir ki, onu rahat qoyacaqlar?" Öldü-demək hər şey bitdi?!!

Qur`anda bir çox ayələr var ki, buyurur: "Dünyanı və bəşəriyyəti xəlq etməkdə məqsədimiz oyun oynamaq və batil işlərlə məşğul olmaq deyil. Dünya işlərinə səthi və laqeyd yanaşmaq da deyil, əksinə, müvafiq qanunlarla onların həyat tərzini müəyyənləşdirmək və bu qanunların icrasına sövq etməklə onları dünya və axirət səadətinə çatdırmaqdır. Yaranışdan hədəf yüz yoldan birini, hansı ki, ilahi yoldur, onu seçmək və o yolla axıradək getməkdir. Çünki, gec-tez Allaha tərəf qayıdacaqsınız" (İnna lillahi və inna iləyhi raciun).

Bəli, bu isti sözlərə soyuq nəzərlərlə baxanlara Qur`an belə cavab verir: "Bu dünya, siz insanlar üçün bir əkin yeridir, burada nə əksəniz, onun səmərəsini və nəticəsini qiyamət biçənəklərində görəcəksiniz".

Vəhyin sorağı ilə getsək, görərik ki, Qur`an məadın labüdlüyünü dəmadəm biz insanlara xəbər verir. Necə ki, Loğman öz övladına buyurur: "Mənim oğlum, əməlin xardal dənəsi qədər daşın içində, ya göylərdə və ya yerdə olsa, qiyamət günü Allah hesaba alar, çünki O hər bir şeyə alim və hər şeydən xəbərdardır." ("Loğman" surəsi 16).

Bu ayələr məadın labüdlüyünü bir daha özündə əks etdirir.

RƏVAYƏT

Bir şəxs Peyğəmbər (s)-in məscidinə varid olub dedi: "Ya Rəsuləllah, mənə Qur`an oxumağı öyrət". Həzrət onu səhabələrin birinə tapşırdı. O da, həmin şəxsin əlindən yapışıb kənara çəkdi və "Zilzal" surəsini oxumağı ona tə`lim etdi. Elə ki, bu ayəni (kim zərrə qədər yaxşı iş görsə, savabını göerəçək. Və hər kim zərrə qədər pis iş görmüş olsa, cəzasını da çəkəcək) ona oxudu, ərəb bir qədər fikirləşdi və öz müəlliminə dedi: "Məgər bu cümlə vəhydir?" Müəllim cavab verdi ki: "Bəli." Ərəb dedi: "Mən öz dərsimi həmin bu oxuduğum ayədən aldım, mənə elə bu da kifayət edər. Madam ki, bizim kiçik, ya böyük, gizli və ya aşkar gördüyümüz işlərin bu dünyada və axirətdə hesabı vardır, boynuma düşən vəzifə mənə aydın oldu. Həmin cümlə, mənim gələcək həyat yolumu müəyyənləşdirmək üçün kifayət edər".

Sonra müəllim Rəsuli-Xudanın xidmətinə yetişib, ərz etdi: "Bizim bugünkü şagirdimiz çox kəmhövsələ oldu, hətta imkan vermədi ki, kiçik bir surədən savayı ona başqa surələri oxuyam".

Peyğəmbər Œ buyururdu: "O, fəqihlik və agahlıq zirvəsinə ki, qalxa bilərdi, artıq o məqama yetişdi."


 

7-ci dərs

DİNƏ DƏ`VƏT

İnsanların ruhunda fitrətən zərəri özündən dəf edən bir xüsusiyyət var. Eyni zamanda 124 min peyğəmbərlərin hamısı məadın mövcud olduğunu demiş və onun xətərli olduğunu söyləmişlər. Məgər bu hal kifayət etmirmi ki, insanlarda məadın labüdlüyünə ehtimal oluna və onlar iman gətirələr?

MƏADDAN ÖTRÜ İMANIN ROLU

Məad cüz`i də olsa, insanları haqqa, ədalətə sövq etmək və ya onları cəhənnəm atəşi ilə qorxudub, çəkindirmək, behiştin daha ləziz və əbədi ne`mətlərini onlara xatırlatmaqla şüurlarında müəyyən və həm də mühüm izlər qoyur.

Biz əgər məada olan iman və yəqinliyi ürəklərdə dirildə bilsək, insan dərk edər ki, yaşadığı dünyanın müəyyən bir hesabı vardır, cəza günü əzab və işgəncə vardır deyə çalışar. Hətta ən kiçik günahlara da yol verməsin və ya çüz`i bir günah etmişsə də, əməlindən həya etməklə, xəcalət çəkməklə öz günahına e`tiraf etsin və bir də o cür və daha ağır günahlardan çəkinsin. Necə ki, şair yazır:

Günahım çoxdur ya Rəbbim, Başım qalxmaz xəcalətdən.

Özün təbibi-Rəhmansan, qurtar könlüm zəlalətdən.

MƏADIN İQTİSADİYYATDA ROLU

1-O kəslər ki, müamilə ilə məşğuldurlar Qur`an onlara xitabən buyurur: "Vay olsun tərəzidə aldadanların və insafla iş görməyənlərin halına! Məgər onlar bilmirlər ki, bir gün dirilib, tərəzidə və haqq-hesabda insanları aldatdıqlarına görə məhşər ayağında Allaha cavab verəcəklər?!"

Qur`an-məadı xatırlatmaqla, insanları ticarətdə əli əyrilikdən çəkindirir.

ORDU MƏSƏLƏLƏRİNƏ MƏADIN MÜNASİBƏTİ

Buna misal, Qur`andan bir rəvayətə müraciət edək: -Bəni-İsraildən bir neçə nəfər öz peyğəmbərlərinin yanına gəlib dedilər: "Biz qərara gəlmişik ki, Allah yolunda vuruşaq, lakin ləyaqətli bir sərkərdəyə ehtiyacımız var".

Möhtərəm Peyğəmbər buyurdu: "Güman etmirəm ki, siz döyüşkən adamlar olasınız".

Hamı bir ağızdan dedilər: "Təcavüzkarlardan bu qədər zülm-sitəm çəkdikdən sonra biz Allah yolunda qət`i olaraq vuruşmağa hazırıq".

Peyğəmbər buyurdu: "Allah-taala Talutu layiq bilib, o döyüş qaydalarını bilir və qüvvəlidir. Allah onu sizin üçün sərkərdə qərar verib."

Bir çox təntənəli şüarlardan sonra cəbhəyə gedən könüllülərdən bir dəstəsi elə ki, hücum əmri verildi, elə ilk anda qorxaraq, döyüş meydanından qaçdılar.

Digər bir dəstə sərkərdənin onlara ayırdığı muzdun azlığını bəhanə edərək, cəbhəyə getməkdən boyun qaçırdıdar.

Üçüncü bir qrup hay-küy salanlar ki, hər bir sınaqdan çıxmağı və çətinliyə sinə gərməklərinə and içmişdilər, onlar da səbir etməyib, qətiyyətsizlik göstərərək döyüş səhnəsini tərk etdilər.

Bu döyüşdə sınaq (imtahan) bundan ibarət idi ki, sərkərdə öz döyüşçülərinə fərman vermişdi döyüş əməliyyatında Allah sizi bir axar çayla imtahan edəcək, yə`ni gərək siz bir müddət susuzluğa dözüb bu çayın suyundan içməyəsiniz. Əgər içsəniz mənim qoşunumdan deyilsiniz. Lakin bu susuz qoşun çaya çatan kimi öz andlarını unudaraq ağızlarını təmiz və sərin suya dirəyib doyunca içdilər, onlardan yalnız az bir hissəsi susuzluğa dözüb öz və`dələrinə xilaf çıxmadılar.

Bir başqa dəstə isə döyüşə kirişməkdən doğrudur, qorxmadılar, lakin elə ki, düşmənin qüvvətli qoşununu gördülər, onlarla döyüşməyə risqə getməyib dedilər: "Biz bu gün onlarla mübarizə aparmaq iqtidarında deyilik".

Yalnız az bir dəstə döyüşdü, hansı ki, məada iman gətirmişdilər. Özlərindən qat-qat qüvvətli qoşuna həmlə edib, Allahın izni və köməyi ilə onlara qalib gəldilər. (Bu əhvalat "Talut və Calut" adı ilə "Bəqərə" surəsində zikr olunub). Qur`an bu barədə belə buyurur: "Allaha qovuşacaqlarını düşünən kəslər o qədər olub ki, azsaylı dəstə çoxsaylı dəstəyə Allahın izni ilə qalib gəlib. Allah səbir edənlərin tərəfindəndir,-dedilər".

O kəslər ki, cəbhəyə getməkdən müxtəlif bəhanələrlə boyun qaçırırdılar, Qur`an onlara xitabən buyurur: "Dünyanı axirətdən üstün tutdunuz?!!"

Haqqı dərk etməkdə məadın rolu

Fir`on, Musanı xalq içərisində rüsvay və gözdən salmaqdan ötrü bütün şəhərlərdən sehrkarları öz hüzuruna də`vət etdi.

Bu sehrkarlar məada inanmayan və dünya malına da həris idilər. Buna görə də işə başlamazdan əvvəl Fir`ona dedilər: "Əgər biz Musanı biabır etsək, bizə yaxşı mükafat verərsiniz?"

Fir`on dedi: "Bəli, sizə yaxşı pul (qızıl) verəcəyəm." Beləliklə, sehrkarlar işə kirişdilər, əllərindən nə gəlirdi, onu da əncam verdilər. İşi belə görən Həzrət Musa əsasını yerə atdı, Allahın izni ilə əsa dönüb qorxunc bir əjdahaya çevrildi. Bunu görən sehrbazlar bu işin Musanın yox, Allahın qüdrəti ilə başa gəldiyinə inanaraq hamısı Həzrət Musaya iman gətirdilər. Fir`on bundan qəzəblənib onları hədələyərək dedi: "Məgər siz məndən içazəsiz Allaha iman gətirdiniz? Mən sizin əl-ayaqlarınızı kəsib xurma ağaclarının budaqlarından asaram!"

Bir saat öncə bir sikkə qızıla göz tikən sehrkarlar haqqı və məadı artıq dərk etdiklərinə görə, Fir`onun qəzəbindən qorxmayıb, tam arxayınlıqla dedilər: "Nə bacarırsan elə, zira ki, sənin qüdrətin yalnız bu dünyaya çatır. Bizim üçünsə ən mühümü odur ki, biz öz Allahımıza tərəf qayıdacağıq".

Onlar bir anda Allaha, məada iman gətirmək ilə Fir`onun onlara və`d etdiyi qızıl və bahalı hədiyyələr nəzərlərində heçə endi, Fir`ona istehza edərək belə dedilər: "Sənin gücün fəqət bu fani dünya qədərincədir!.

Bəli, məadı tanımaqla onlar ruhən paklaşaraq dünya malından üz döndərib Allaha tərəf üz qoydular. ("Ə`raf" surə-si, 112-126)


 

8-ci dərs

MƏHRUMLARI YAD ETMƏKLƏ MƏADI TANIMAQ

Yəqin hamınız eşitmişsiniz ki, Həzrət Əli (əleyhissəlam)-ın qardaşı Əqil, bir gün imamın xidmətinə gəlib ərz etdi ki, əgər mümkündürsə bizim maaşımızı bir qədər artır. Həzrət Əli ´ dərhal bir parça dəmiri ocaqda bərk qızdırıb Əqilin əlinə tərəf uzatdı, Əqil qorxudan tez əllərini çəkdi. İmam buyurdu: "Əgər sən dünyanın bu adi odundan qorxursansa, mən də Allahın əbədi və daha şiddətli cəhənnəm odundan qorxuram." ("Nəhcül-bəlağə", -215)

İmam Həsən ´ və imam Hüseyn ´ uşaq ikən xəstələnmişdilər. Həzrət Peyğəmbər Œ baş çəkmək üçün onların yanına təşrif gətirdi.

Həzrət Rəsul qapıdan çıxarkən Həzrət Əliyə təklif etdi ki, yaxşı olar bu iki əziz insanın salamatlıqlarından ötrü üç gün oruc tutmağı nəzir etsinlər. İmam bu təklifi qəbul etdi. O zaman ki, bu iki tifil sağaldılar, Həzrət Əli ´ və Həzrət Fatimə ´ oruc tutdular. Evdə yavanlıq yox idi ki, iftarlarını açsınlar. Bir təhər bir tikə çörək tapıb axşam iftarı açmaq istəyirdilər ki, gördülər kimsə qapını döyür. İmam qapını açıb gördü bir nəfər miskin şəxsdir, deyir: "Mən fəqirəm, yeməyə çörəyim yoxdur, mümkünsə mənə kömək əlinizi uzadın".

Həzrət Əli ´ və Həzrət Fatimə, hər ikisi öz çörəklərini o fəqirə verdilər, özləri isə təkcə su ilə iftarlarını açdılar.

İkinci gecə yenə istədilər ki, iftar açsınlar, yenə gördülər qapı döyülür. Dedi: "Yetim bir şəxsəm, acam, mənə kömək edin!"

Üçüncü gecə yenə həmin saatda qapı döyüldü, gördülər bir əsirdir, kimsəsizdir, çörək istəyir. Yenə öz çörəklərini onlara verib, özləri hər üç gecə iftarlarını təkcə su ilə açmalı oldular və bu fədakarlığın dəlilini Qur`anda belə oxuyuruq:

İnna nəxafu min Rəbbina yəvmən əbusən qəmtərira Yə`ni, biz öz Pərvərdigarımızdan qorxuruq, o gündə ki, əzabı, sərt və qorxuncdur. ("Dəhr" (76-cı) surəsi, 9-cu ayə)

Bəli, məhrumlara (fəqirlərə, kimsəsizlərə, yetimlərə və s.) kömək etmək, onlara əl uzatmaq, dərdlərinə qalmaq məadı tanımağın, qiyamət gününün əzabından qorxmağın açıq nişanələridir. Lakin o kəslər ki, məhrumlarla münasibətlərində məs`uliyyət dərk etmir, onlara qarşı laqeyd münasibətdə olurlar, qiyamət günü özləri də şəhadət verərlər ki, bizim bura, cəhənnəmə düşməyimizin səbəblərindən biri də məhrumlara olan laqeyd münasibətimiz oldu.

Necə ki, Qur`an buyurur: "...və biz biçarələrə, miskinlərə təam vermədik." ("Muddəsir"-42)

"Maun" surəsində oxuyuruq ki, məhruma, yetimə e`tinasızlıq, qiyamət gününə iman gətirməməyin səbəbi üzündəndir.

Əgər bir şəxs həyatda sıxıntı və narahatçılıq görürsə, ilahi mükafata ümid etməklə o, axirət xatirinə hər cür çətinliyə sinə gərir və bilir ki, onun mükafatı uzaqda deyil, sabah qiyamət günü, həyatda çəkdiyi bütün zəhmətlərinin əcr və savabını, həqiqi qiymətini alacaqdır.

Əgər məada görə deyilsə, bəs necə olur ki, insanlar fədakarlıq göstərərək haqq yolunda öz canlarını fəda edirlər., yaxud əgər axirət günü deyilsə, bəs hansı qüvvələr insanları məcbur edir ki, onlar öz həvəslərini və nəfslərini ayaqları altına salıb öz mallarını və pullarını Allah yolunda xərcləyirlər? Yetimləri və fəqirləri bu dünyada sevindirirlər ki, qiyamət günü onların da üzü Allah yanında gülsün.

Əgər ürəklərdə Allahın eşqi olmasa və övliyaların nəsihətlərinə qulaq asılmasa, insan həyatda neçə çətin və dolanbac yolları qət edir?

Əgər cəza qorxusu olmasa, hansı insan təklif yükünün altına girər?

Əgər intiqam olmasa, hansı qüvvə bizi təcavüzkarlıqdan çəkindirər, saxlayar?

Əgər bu gün mö`minlər möhkəm və məşəqqətlərə dözürlərsə, bütün bunlar o və`dələr xatirinədir ki, Qur`ani-mubində öz əksini belə tapıb: "Bu gün (qiyamət günü) mö`minlərin kafirlərə gülən günlərdir" ("Mutəffifin" surəsi, 34)

Sual oluna bilər ki, bəs nə üçün Fir`onun arvadı onun heç bir mal-dövlətinə və lə`l-cəvahiratına uymayıb, gözlərini başqa səmtə dikdi?

Qur`an onun cavabını belə verir: "İlahi, məni Fir`onun sarayından xilas et və mənim üçün behiştə Öz rəhmətinin sayəsində bir bina qərar ver". ("Təhrim" surəsi, 11)

Bəli, bir ürək ki, behişt arzusunda oldu əlbəttə, Fir`onun cah-cəlallı sarayı onun üçün zindana dönər. Nə cür ki, Həzrət Əli ´ buyurur: "Ən ziyankar insan o kəsdir ki, (axirət əvəzində) ürəyi dünyaya qızına və onun əvəzində dünya həyatından razı ola.

MƏADA İMAN GƏTİRMƏK VƏ HƏM DƏ MƏADI YADA SALMAQ

Məada təkcə iman gətirmək kifayət deyil. Məadı tez-tez xatırlamaq, yada salmaq daha yaxşı olardı. Çünki məadı yada salmayıb, ona təkcə iman gətirməyin Allah yanında faydası olmaz.

Qur`an sayıqlığı və təfəkkürü əsas tutaraq, sağlam düşüncə sahibləri haqda buyurur: "Yalnız ağıl sahibləri qafil olmayıb, agahlıq tapa bilərlər". ("Zumər"-9)

Bə`ziləri səhvən düşünürlər ki, ölümü və axirəti yada salmaqla insan dünyaya və adi ne`mətlərə laqeyd olur. Bizim əqidəmizcə isə, məada bu cür münasibət bə`zi şəxslərin laqeydliyindən və hərc-mərcliyindən irəli gəlir. Əslində isə insan əgər qiyamət gününün kiçik və böyük hesabı haqda düşünsə, o həyatda da heç kimə qarşı e`tinasızlıq etməz.

İnsan, ətirli külü yad etməklə kifayətlənə bilməz, onun üçün ən mühümü o külü qoxulamaqdır. Həyatı və axirəti həqiqətdə olduğu kimi dərk etməyən insanları Qur`anda Allah-taala belə təqdim edir: "Onlar dünya həyatını üzdən bilərlər, axirətdən isə büsbütün xəbərsizdirlər" ("Rum" surəsi, ayə 7)

Sanki, ölənlərimizin qəbrini ziyarət etmək bizə tövsiyə olunub, bəlkə bu yolla az da olsa, ölüm haqqında düşünək.

Siz özünüz şahidsiniz ki, sutka ərzində namaz qılarkən neçə dəfə biz "maliki yəvmiddin" (din – Qiyamət gününün sahibi) kəlməsini dilimizə gətiririk ki, bizim diqqətimiz qiyamətə, məada tərəf yönəlsin.


 

9-cu dərs

MƏADI VƏ ÖLÜMÜ YAD ETMƏYİN FAYDALI CƏHƏTLƏRİ

İmam Cə`fər Sadiq ´ məadı və ölümü yad etməyin qiyməti və keyfiyyəti barəsində belə buyurur:

1-Ölümü yad etmək, şəhvət hissinin tüğyan etməsinin qarşısını alar, normal hala salır!.

2-Ölümü yad etmək, insanı (Allahdan) qəflətdə saxlaya bilən amilləri kənar edər.

3-Ölümü yad etmək-insanın qəlbini Allahın və`dələrinə qarşı möhkəm edər.

4-İnsanın mə`nəviyyatını, ruhunu çirkinlikdən, eybəcərlikdən lətafətə doğru, saflığa doğru sövq edir.

5-Ölümü yad etmək, dünya həvəslərini, nəfsani hisləri sındırar, şikəst edər.

6-Ölümü düşünmək-dünya malına hərisliyi sakitləşdirər və dünyanı insanın gözündə kiçildər, cılızlaşdırar.

Sonra İmam Sadiq (ə) yenə belə buyurur: "Cəddim Allahın Rəsulu buyurub ki: "Bir saat fikirləşmək, bir ilin ibadətindən üstündür"-hədisi, bu mə`nadadır ki, insan gərək daima gələcəyi haqqında düşünsün, bilsin ki, bir vaxt gələcək, dünyada etmiş olduğu əməllərinə görə haqqın dərgahında cavab verəcək və o günə daim hazır ola." ("Biharul-ənvar", cild-6, səh135).

Rəvayətlərdə isə varid olub ki: "Zirək və aqil adamlar o kəslərdirlər ki, ölüm haqqında tez-tez düşünürlər." ("Biharul-ənvar", cild-6, səh. 135)

Həzrət Rəsuli-Əkrəm Œ buyurub: "Həmın bu qəlblər paslanar, necə ki, dəmir paslanır".

Soruşdular: "Ya Rəsuləllah, bəs o qəlbləri sığallamaq və onları nə ilə cilalandırmaq olar?"

Həzrət buyurdu: "Ölümü yad etmək və Qur`an tilavət etməklə".

Digər bir həddə sevimli Peyğəmbərimiz belə buyurur: "Ölümü tez-tez yad edin, çünki, özündən qabaq dörd əsər qoyur:

1-Sizi günahlardan təmizləyir;

2-Dünyaya ifrat dərəcədə bağlı olmaqdan sizi azad edir;

3-Əgər varlı, dövlətli olduğunuz halda ölümü yad etsəniz, o, sizi harınlaşmağa və qudurub yolunuzdan azmağa qoymaz;

4-Əgər kasıb, miskin vaxtında ölümü yad etsə, onda bilər ki, qiyamət günü var-dövlət sahibləri nə cür məs`uliyyətə cəlb olunacaqlar."

Həzrət Əli ´ hədislərin birində buyurur: "Hər kim ölümü yad etsə, dünyadan iki əlli yapışıb dayanmaz, paxıl və tamahkar olmaz".

Dünya-əsasən ona bel bağlayanların və könül verənlərindir. O kəslər ki, fikirlərini ölümə və qiyamətə yönəldirlər, onların ürəkləri Allah eşqi ilə döyünər və dünya naz-ne`mətləri onları özünə cəlb edə bilməz.

Əmirəl-mö`minin Əli ´ buyurub: "Kim ölümü tez-tez yad etsə, o, dünyanın məkr və hiyləsindən (xilas olar) nicat tapar."

Ölüm haqqındakı digər hədisində oxuyuruq: "O kəs ki, ölümü tez-tez gözünün önünə gətirir və ölümə hazır olur, nəinki, öz gündəlik işindən dalda qalır, hətta biləndə ki, ölüm qabaqdadır və bir gün əcəl onu haqlayacaq və bu imkan onun üçün həmişə olmayacaqdır, ona görə də o, həmişə olduğundan daha çox faydalı və xeyirli işlər görər.

Həzrət Əli ´ qədim tarixi və keçmişimizi yadımıza salaraq, nə cür və nə qədər insanların ölümün pəncəsindən xilas ola bilmədiklərini bir daha xatırladaraq "Nəhcül-bəlağə" kitabında belə fəryad edir: "Hardadırlar Yəmən və Hicaz padşahları ki, kökləri də yer üzündən kəsilib?! İran və Rum padşahları hardadırlar?! Onların sitəmkarlığı və dudimanları haradadır?!"

Haradadırlar o kəslər ki, özlərinə möhtəşəm imarətlər tikdilər və öz saraylarını qızıl və sair zinətlərlə bəzədilər? Haradadırlar o kəsələr ki, ömürləri sizin ömrünüzdən və əsərləri (işləri) də sizin əsərinizdən çox olub?!" (Nəhcül-bəlağə).

Bu da bir həqiqətdir ki, ölümü və qiyaməti fikirləşənlər öz bəd əməllərini bir kənara qoyub və o işlərə əncam verirlər ki, qiyamət günü onun hesabın çəkə bilsinlər.

Kərbəlanın böyük alimlərindən biri olan, mərhum ayətullah Şirazidən sual etdilər: "Əgər hadisələri düzgün proqnozlaşdıra bilən bir insan sizə xəbər versə ki, bu həftənin axırı siz öləcəksiniz, onda ömrünüzün axırına qalmış bu bir neçə günü necə yaşayardınız?"

O, cavab verdi ki; "Cavanlığımda nə işlər görmüşdümsə, indi də elə o işləri əncam verərdim. Çünki mən cavanlığımda da, bir işi görmək istədikdə, əvvəl qiyamət günündə o işdən ötrü verə biləcəyim cavab haqqında düşünmüşəm. O işlər ki, Allah yanında qəbula keçər, o işlərə əncam çəkmişəm və o işlər ki, nəhy olunub, onlardan uzaq olmuşam. Ona görə də istər indi, istərsə də sabah, ölümün mənim üçün heç bir qorxusu və dəhşəti yoxdur".

Bu əqidəli adamlar elə böyük şəxsiyyətlərin şagirdləridir ki, Ramazan ayının 19-u sübh çağında i-ibadət mehrabında ikən İbn Mülcəm məl`unun şəmşiri, mübarək başına endi, cəfa zəhərindən mübarək başı və nur saçan siması qana bələşmiş halda, çənab Əmir, fəqirlərin pənahı, həmin imam-mümtəhən öz əzizləri Həsənlə Hüseynə vəsiyyət etdi və tapşırdı ki, ölümü tez-tez xatırlayın, ta ki, əcəl yetişəndə o əməllər ki, özünüzlə qiyamətə aparacaqsınız, ondan qafil olmayasınız.


 

10-cu dərs

MÜNACATLARDA ÖLÜMÜN YAD EDİLMƏSİ

Münacatların mühüm hissələri ölümü və qiyaməti yad etməkdən ibarət olur. Məsələn, "Əbu Həmzə" duasında oxuyuruq:

İlahi! Ölüm anında mənim dərdimə və həsrətimə rəhm et! Xudaya! Qəbirdə tək-tənha olduğum vaxt, qəbrin vəhşətindən mənə rəhm et! Pərvərdigara! Sorğu-sual günündə ki, məhşər ayağında ədalət məhkəməsi qurulacaq, mənim sual-cavabımı yüngül et və o gün zəlil olmağımdan mənə nicat ver!

Ya Rəbbim! O vaxt ki, dostlar mənim cənazəmi dövrəyə alarlar və məni taxta üzərinə qoyub son mənzilə yola salarlar, o gündə mənə rəhm et!

Həmçinin həzrət Əmirəl-mö`minin Əli ´ Kufə məscidində belə buyurmuşdur: "İlahi! O gün ki, pak, təmiz ürəkdən başqa, mal və övlad insanın dərdinə yetməz, o gündə mənə pənah ver!"

İlahi! Mənə pənah ver o gündə ki, zülmkarlar həsrətlə əllərini dişləyib deyəcəklər: "Kaş bu bəd əməlləri görməkdənsə, gedib sənin haqq olan Peyğəmbərinə qoşulaydım, onunla yoldaşlıq edəydim".

-Xudaya! O gün ki, ata-ananın əlindən bir iş gəlməz, onda ki, zülmkarların üzrxahlığı fayda verməz, o gün ki, insan hətta qardaşı, ata-anası, övladları və dostundan uzaq qaçar və hər kəs öz hayında olar, onda aman ver və mənə rəhm et!

Pərvərdigara! O gündə ki, tamam günahkar insanlar, öz övladı, qardaşları, dostları, əhli-əyalı, hətta bütün yer üzünün insanları dərdə giriftar olacaqlar və hərə istəyəcək ki, özü nicat tapsın, o gündə məni cəhənnəm əzabından qurtar!

Belə münacatları oxumaq, belə duaları zikr etmək, qara və qafil ürəklərə aydınlıq və səfa gətirər, ruhu pərvəriş tapar və həyatda bir insan kimi kamilləşər.

Bütün cinayətlər və nöqsanlı əməllər o şəxslərdən baş verir ki, onlar ya qiyamət gününün haqq-hesabına iman gətirmirlər və ya nəzəri cəhətdən inansalar da, mə`nəvi və ruhi cəhətdən qafildirlər.

NİYƏ ÖLÜMÜ YADA SALMIRIQ?

Həzrət Əli ´ buyurur: "İki şeyə görə mən sizdən ötrü narahatam: 1-Həvayi-nəfsə uymağınız. 2-Bitib-tükənməyən arzularınız. Çünki, dünya cazibəsinə düşməyiniz sizi haqqı tanımaqdan və ilahi eşqdən uzaqlaşdırar və nəhayətsiz dərəcədə arzularınız qiyamət gününün hesabını yadınızdan çıxardar."

Digər hədisdə oxuyuruq: "Hər kim qiyaməti və ölümü az yad etmiş olsa, bu o səbəbdəndir ki, arzuları bitib tükənməzdir. ("Nəhcül-bəlağə")

MƏADA AİD MƏSƏLƏLƏR

Mümkündür ki, insan peyğəmbərləri və (nəuzu billah) tovhidi inkar etsin, lakin ölüm məsələsində şəkk ola bilməz, çünki ölüm labüddür, uzaqda deyil və heç bir xərc də istəməz.

Peyğəmbər Œ buyurub: "İnsanın ölümü ilə onun əməlləri də tamam olur, lakin bir qrup insanlar istisna olmaqla. Onlar aşağıdakılardır: Sədəqeyi-cariyə (həmişəlik sədəqə), məsələn: məktəb tikən, elm, tədris müəssisələri, xəstəxana və s. kimi ki, xalq onlardan istifadə etmiş olsun. Həmçinin əməli saleh övlad tərbiyə edib, boya-başa çatdıranlar və faydalı elm sahibləri."

İnsan həmişə üç şey haqda fikirləşər:

-Haradan gəlmişəm?

-Nə üçün gəlmişəm?

-Hara gedəcəyəm?

Bu suallar insanı vadar edər ki, varlığının səbəbini, mahiyyətini və axirətini bu və ya digər halda dərk etmiş olsun, həmişə diri qalmaq meyli və arzusu insanın ruhuna və fitrətinə xas olan bir istəkdir. Bu hiss hətta heyvanlarda da var.

Məada e`tiqad bəsləmək ona səbəb olar ki, insan bu dünyanı bir keçid dövrü kimi hesab edər.

Məada e`tiqad-insanın qüssə-kədərini aradan aparar, onu yaxşı işlərə vadar edər, necə ki, "Maun" surəsində buyurur: "O kəslərin ki, məada imanları yoxdur, onlar yetimləri qapılarından qovar və ehtiyacı olanlara kömək etməzlər".

Məada inanmaq, ictimai ədalətin inkişafına səbəb olar, çünki, hökumət və inzibati orqanlar, insanların zahiri və əyani cinayətlərini görür və onları mühakimə edirlər, batində elədikləri günahlardansa, xəbər tuta bilmirlər. Məada qəlbən inanmaq isə bir nəzarətçi kimi insanı batini günahlardan da çəkindirər. Bu ona bənzəyir ki, bir tələbəyə tapşırarsan: "Bu oxuduğun dərslərdən ilin başında imtahan verəcəksən ". O da ki, bunu nəzərə alıb oxuduğu dərslərə diqqətlə yanaşar. Əks təqdirdə həmin tələbə dərsinə əhəmiyyət verməz.

Məadın mövcudluğuna digər bir dəlil də budur ki, astronomlar sübuta yetiriblər ki, bir vaxt gələr, günəş öz mehvərindən (orbitindən) çıxar, onun ətrafında dolanan səma cisimlərinin (planetlərin) də nizamı pozular, enerjiləri tükənib, soyuyar.

Bu kimi bütün canlı aləmi sarsıdan, qiyamətdən xəbər verən dəhşətli hadisələri Qur`an, "Təkvir" surəsində aydın dəlillərlə bəyan edir: "O zaman ki, günəş qaralar (bükülər), elə ki, ulduzlar (sönər) tökülər, onda ki, dağlar yerindən oynayar, elə ki, dənizlər aşıb-daşar, elə ki, bütün quşlar və heyvanlar bir yerə cəmləşər... göy də məcrasını dəyişərək gözdən itən cisimlərə (planetlərə)...".

Bizcə, bu ayələr məadın mövcudluğuna iman gətirməyə kifayət edər, digər şərhə ehtiyac yoxdur.


 

11-ci dərs

ÖLÜM – MƏ`SUM RƏHBƏRLƏRİN BAXIŞI İLƏ

Mə`sum imamların kəlmələri arasında ölümlə əlaqədar elə dəyərli sözlər və ibarələr var ki, biz onlardan bir neçəsini burada sizin nəzərinizə çatdırmaq istəyirik.

İmam Həsən (əleyhissəlam)dan soruşdular ki, ölüm nədir?

Həzrət buyurdu: "Ölüm-mö`minlər üçün böyük bir sevinc və şadlıqdır. "

İmam Hüseyn (əleyhissəlam) da ölüm haqqında belə buyurur: "Ölüm – bir körpüdür ki, sizi dünya dərd-sərindən azad edib, Allahın lütf və mərhəmətinə doğru aparır, eyni ilə o cürdür ki, Allahın düşmənlərini saraydan, dəbdəbəli həyatdan ayırıb zindana apararlar".

İslamın əziz Peyğəmbəri Œ buyurur: "Mö`min insanların dünyadan köçməsi, körpə uşağın ana bətnindən dünyaya gəlməsinə bənzəyir ki, qaranlıqdan, darısqal yerdən geniş və işıqlı fəzaya rahat daxil olar". ("Nəhcül-fəsahə", 2645-ci cümlə)

İmam Səccad ´ buyurur: "İman əhli üçün ölüm ona bənzəyər, sanki, çirkli bir paltarı əynindən çıxarıb əvəzində gözəl və xoş ətirli bir libas geyir, həmçinin hər cür qayğıdan azad olur".

Sonra İmam sözünə belə davam edərək buyurur: "Həmin ölüm kafirlər üçün ona bənzər, sanki, zinətli libasları əynindən çıxarıb, əvəzində çirkli bir paltar geyib, geniş, bər-bəzəkli bir evdən çıxıb qaranlıq, darısqal və qorxunc bir evə daxil olur".

İmam Baqir ´ buyurur: "Ölüm elə bir yuxudur ki, hər gecə sizin sorağınıza gəlir, lakin o yuxunun müddəti uzundur".

İmam Sadiq ´ buyurur: "Mö`min üçün ölmək, çox ətirli bir gülü qoxulamaq kimidir. Kafirlər üçün isə ölüm, ilan və əqrəbin sancmağı kimidir".

Başqa bir rəvayətdə oxuyuruq: "Ölüm-mö`minlər üçün dərdə dəvadır".

Yenə digər bir hədisdə varid olub: "Ölüm-Allahın dostları üçün hamama getmək kimidir, gəl ki, bir az zəhməti vardır, amma paklığa, yüngüllüyə və fərəhə bir vasitədir" .

Bu bəhsi Həzrət Rəsulun Œ bir kəlamı ilə yekunlaşdırırıq: "Mənim nəzərimdə ölüm-isti, qızmar yay günlərində sərin şərbət içmək kimidir. "

CAN VERMƏYİN NÖVLƏRİ

Rəvayətlərdə və Qur`an ayələrində can verməyin dörd növü göstərilir ki, hər biri ayrı-ayrılıqda açıq-aydın izah olunur:

1. O yaxşı insanlar ki, rahat can verirlər, Mövlayi-müttəqiyan Həzrət Əli ´ onlar haqqında belə buyurur: Əməli saleh bəndələr canlarını tapşırarkən onlara müjdə verilər, rahat və gözləri aydın şəkildə dünyadan gedərlər.

2-Yaxşı, əməlli saleh bəndələr ki, çətin can verərlər, onlar haqqında Rəsuli-Əkrəm Œ buyurur: "Mö`minlər üçün ölüm və çətin can vermək, onların az olan günahlarının kəffarəsidir ki, can verərkən o, günahlardan təmizlənir ta ki, canını tapşırdıqdan sonra onu axirət aləmində artıq heç bir cəza gözləmir, pak-pakizə Allahın dərgahına gedir.

3-Elə hallara da rast gəlmək olur ki, özü pis adam olub, lakin ölərkən çətinlik çəkməyib, rahat can verib. Onlar haqqında İmam Kazim ´ belə buyurur: "Kafirin rahat can verməyi qiyamət günü onu haqq-hesabdan kənar etməyə görədir. Həyatda gördüyü az-çox yaxşı işinə görə qərar verir ki, rahat ölmək, onun üçün Allah tərəfindən son mükafatdır."

-O adamlar ki, bəd əməl sahibidirlər və ölərkən çətin can verirlər, bu onların ilk işgəncə və əzablarıdır ki Allah və onun mə`murları tərəfindən alırlar.

Biz can verməyin bu dörd növünü sadalamaqla hələlik kifayətlənirik. Çünki, "səkərati movt" (can tapşırmaq) bəhsində bu barədə müfəssəl mə`lumatlar verəcəyik.


 

12-ci dərs

ÖLÜMÜN NÖVLƏRİ

1-Ürəyin ölməyi

O kəslərin ki, qəlbləri qaralır və mə`nəviyyatları yoxdur, Qur`anda Allah-taala onları ölü hesab edir və Həzrət Peyğəmbərə buyurur: "(Ürəyi) ölmüşləri sən eşitdirə bilməzsən." ("Nəml"-80)

Həzrət Əli ´ dünyadan ikiəlli tutanlar haqqında buyurur: "Dünya o şəxslərin ürəyini öldürüb".

"Nəhcül-bəlağə"də oxuyuruq: "O kəslər ki, fəsad və eybəcərlikləri görür və müşahidə edir, lakin özündən heç bir əksül-əməl göstərmir, yə`ni nəinki əli və ya dili ilə şahidi olduğu haqsızlığa öz e`tirazını bildirmir, hətta ürəyi bundan zərrəcə də olsa narahat olmur, onlar dirilər içərisində "ölü canlılar"dır. Əgər qəbiristanlıqdakı ölülər yerdə üfüqi vəziyyətdədirlərsə, bunlar ayaq üstə, şaquli istiqamətdədirlər".

Münacatlarda da oxuyuruq ki: "Ey Allah! Böyük günahlar ürəyimizi öldürüb!".

2-İctimai ölüm.

Hər şeyə laqeyd və bivec adamları ölü sayılır, o ictimaiyyətin ki, elmi, ədəbi və mə`nəvi inkişafları yoxdur və daima bataqlıqdadırlar, onlara da "ölülər" deyərlər.

Qur`an onların barəsində buyurur: "Ey ağıl sahibləri! Qisas və intiqam alırsınızsa, deməli yaşayırsınız?! Beləcə qorunursunuz Allahın əzabından?!"

Bəli, əgər cəmiyyətdə məzlumun haqqı zalımlardan alınmırsa, bu cəmiyyət "ölü cəmiyyət" sayılır.

O cəmiyyətdə ki, əmr be mə`ruf, nəhy əz münkər etmirlər və ədalətləri yoxdur, "ölü"dürlər.

Həzrət Əli ´ buyurur: "Həqiqi ölüm o vaxtdır ki, siz zəlil olasınız. Həqiqi həyat və dirilik ondadır ki, siz pak və müqəddəs əməlləriniz uğrunda mübarizə aparıb və nailiyyətlərə müvəffəq olasınız".

Həzrət Əli ´ ictimaiyyətin miskinliyi barəsində də belə buyurur: "Fəqirlik ən böyük ölümdür" (Nəhcül-bəlağə, 154-cü hikmət)

3-Qırmızı ölüm-şəhadət.

Ən yaxşı ölüm, Allah yolunda şəhid olmaqdır. Həzrət Əli ´ buyurur: "And ola o qüdrətə ki, canım Onun əlindədir! Döyüş meydanında min qılınc zərbəsi almaq mənim üçün yataqda ölməkdən asandır".

Eləcə də Qur`ani-Şərifdə Allah yolunda şəhadətin feyzi haqqında çoxlu ayələr və bəyannamələr var. Qur`an kişilərə xitabən buyurur: "Güman etməyin ki, şəhidlər ölüdürlər; yox, onlar sevinc, fərəh içərisindədirlər və Allahın mərhəmətindən bəhrələnirlər" ("Ali İmran", 163)

O qiyməti ki, İslam şəhadətə verir, heç bir məktəbdə və tədris müəssisələrində müşahidə olunmur. Bütün islam rəhbərlər ya zəhərləndilər, ya da şəhid oldular. Şəhadət məktəbinin də ən yüksək zirvəsi və bütün bəşəriyyət üçün nümunəvi olanı, Kərbəla vaqiəsidir. Tərbiyə məktəbinə rəhbərlik edən imamlar özləri də şəhadət aşiqləri idilər və bu şəhidlərdən də biri İmam Həsənin ´ 13 yaşlı cavan oğlu Qasim idi ki, deyirdi: "Allah yolunda şəhid olmaq mənim üçün baldan da şirindir!". Bu cavan şəhidlərdən biri də İmam Hüseynin ´ cavan oğlu Əli Əkbər idi ki, atasına ərz etdi: "Hərgah ki, bizim getdiyimiz yol haqq yoludur, zərrə qədər də şəhid olmaqdan qorxum yoxdur!".

Bütün bunlar imamlarımızın dua və münacatlarıdır ki, haqq yolunda şəhid olmaqdan ötrü nə cür Allahdan kömək istəyirlər. O kəslər ki, Rəsuli-Xudanın əshabı və tərəfdar-ları idilər, onlar İslam Peyğəmbərinin hüzuruna gəldi-lər, ondan at və şəmşir istədilər. Lakin Peyğəmbəri-Əkrə-min imkanı yox idi ki, onları silahlandırıb cəbhəyə göndərsin və bu cəhətdən Həzrət təəssürlənib göz yaşları axıdırdı.

Bəli, İslamın nəzərində şəhadətdən üstün və əfzəl bir iş yoxdur. Necə ki, Allahın Rəsulu buyurur: "Hər yaxşı işdən də, digər bir yaxşı iş ola bilər, şəhadətdən başqa; belə ki, hərgah insan Allah yolunda şəhid olsa, daha ondan xeyirli bir əməl ola bilməz".

KİMLƏR ÖLÜMDƏN DAHA ÇOX QORXURLAR?

Bir qrup insanlar var ki, onlar hər şeyin ölməklə puç olub getməyinə inanmır, ölümdən sonra digər bir yaşayışın mümkünlüyünü də inkar etmirlər, amma ölümdən qorxurlar.

Bunlar o cür insanlardır ki, ürəklərinin xəbis, əməllərinin nöqsanlı, nameyi-ə`mallarının qaradır. Necə ki, zindanda olan bir şəxs biləndə ki, azadlığa çıxmaqla onu dar ağacı gözləyir, təbii haldır ki, o bu cür "azad"lığa çıxmaqdan qorxar, zindanda qalmağı daha üstün tutar. Lakin o şəxslər ki, haqq yolunda sabit qədəmdirlər, name-yi-ə`malları da qara deyil, niyə də ölümdən qorxsunlar?! Şübhəsiz ki, onlar da həyatı, yaşamağı sevirlər, lakin ona görə yox ki, günlərini kef və əyləncə ilə keçirtsinlər. Əksinə, ondan ötrü ki, yaşayıb öz saleh əməlləri ilə Allahın rizasını qazansın ta ki, axirətdə Onun dərgahında üzüqara olmaya və əbədi səadətə qovuşa.


 

13-cü dərs

NİYƏ ÖLÜMDƏN QORXURUQ?!

Ölümdən qorxmaq hissi bir neçə əlamətləri büruzə verər. Bunları yaxşı təsəvvürə gətirmək üçün belə sadə bir misal çəkək.

1-Fərz edək ki, maşını idarə edən sürücü qarşıda qəza təhlükəsi hiss edir və yəqin edir ki, ölümlə üz-üzədir. O şəxslər ki; məada inanmırlar və ölümü heç olmaq, yox olub getmək kimi təsəvvür edirlər, təbii ki, ölümdən də qorxacaqlar.

2-O sürücü ki, öz maşınını böyük əzab-əziyyətlə əldə edib və ona meyli çoxdur, qorxar ki, maşını əzilib əlindən çıxa və bu maşından doğma, əziz heç nə yoxdur.

Bəli, o kəslər ki, dünya malına hərisdirlər, dünyada ondan ayrılmağı özlərinə böyük işgəncə bilirlər.

Əgər insanın ürəyi dünyaya bu cür yapışıbsa, onu ayırmaq müşkül məsələdir. O halda can vermək də, əlbəttə, ağır olacaqdır. Yox, əgər insan dünyanı fani bilib, onun cah-cəlalına uymamış ola və dünyaya az bağlı ola, onda onun can verməyi də rahat olar, həm də ölümdən qorxmaz.

Bir nəfər İslam Peyğəmbərindən soruşdu: "Niyə ölümdən qorxuruq?"

Həzrət Peyğəmbər Œ buyurdu: "Sənin mal-dövlətin var?"

Cavab verdi ki, bəli. Həzrət soruşdu: "O var-dövlətdən Allah yolunda vermişsənmi?"

Dedi: "Yox". Həzrət Rəsul buyurdu: "Bax elə buna görə də ölümdən qorxursan!"

İmam Həsənə ´ də buna oxşar bir sual verdilər. İmam cavab verdi: "Siz ömrünüzü dünyanın abadlığına və firavanlığına sərf eləmişsiniz. Axirət üçün yaxşı bir iş görməmişsiniz, məhz bu cəhətdən də ölümdən qorxursunuz." ("Biharul-ənvar", cild-6,səh. 129)

3-Sürücünün qorxusu o səbəbdən də ola bilər ki, yolu tanımamış olsun. Xamlığı onun işinə əngəl törətmiş olsun.

İmam Hadi (Əliyyən-Nəqi) (əleyhissəlam) bir nəfər xəstə dostuna baş çəkmək üçün yanına getdi. Gördü ki, xəstə ah-zar ilə ağlayır və ölümündən qorxur. İmam ´ onu bu halda görüb buyurdu: "Sən ölümdən qorxursan, çünki, sən ölümü tanıya bilməmişsən".

Bəli, öz gələcəyi haqda düşünməmək və ondan bixəbər olmaq özü də ölümdən qorxmaq üçün zəmin yaradır.

4-Ola bilsin də ki, sürücü yolu yaxşı tanımış olsun və maşının da əlindən çıxmasına heyfsilənməsin. Lakin yolu uzun, benzini isə az qalmış olsa, qorxar ki, yarı yolda qala bilər.

Həzrət Əli ´ buyurur: "Ah ki, yol uzun, azuqə az, mənzil isə uzaqdır, məqsəd isə əlçatmaz bir yerdir".

5-Ola bilər də ki, sürücü yolu tanımış ola, maşını saz, benzini çox, təkərləri də təzə olsun, lakin qorxur. Çünki, neçə dəfə yol-hərəkət qaydalarını kobud surətdə pozub, hal-hazırda da maşını da normadan artıq sür`ətlə sürür, bilir də ki, qabaqda polis müfəttişi durub. Qorxur ki, onu saxlasa ciddi məs`uliyyətə cəlb edəcək, çünki çoxlu xətalara yol verib.

Qur`ani-kərimdə oxuyuruq: "Və onlar bundan öncə gördükləri işlərə görə heç vaxt ölüm istəməyəcəklər. Və Allah zalımları tanıyır". ("Cümə" surəsi, 7)

6-Çox ola bilər də ki, sürücü nə yolun narahatlığından, nə benzinin qurtarmağından, nə maşının əzilməyindən və s. vasitələrdən qorxmasın. Lakin mənzil başına çatdıqdan sonra orada onu hansı hadisələr gözlədiyini düşünüb narahat olsun və bərk qorxsun. Lakin o şəxs əgər çətin və qaranlıq bir yolun axırının işıqlı, aydın bir sabaha açılacağını və növbənöv əbədi ne`mətlərə nail ola biləcəyini yəqin etsə, əlbəttə ki, onun qorxusu olmaz.

Bu hədisə diqqət yetirək. Həzrət Əlidən sual etdilər: "Nə üçün ölümü dost tutursan?" (Bə`zən də buyurursan ki, ölümə olan münasibətim bir körpə uşağın ana döşünə olan sevgisindən artıqdır). Həzrət cavabında buyurdu: "Çünki Allahın lütfünü həyatda görürəm və yəqin edirəm. O Allah ki, dünyada mənə qarşı bu qədər lütfkarlıq göstərir, məni mələklərin və peyğəmbərlərin yoluna sövq edir, qiyamət günü də məni yaddan çıxartmaz. Bəli, o həssas gündə Allah-taalanın bəndəsinə qarşı mehriban və mərhəmətli olacağını duyduğuna görə, ürəyimdə nigarançılığım yoxdur."


 

14-cü dərs

NƏ EDƏK Kİ, ÖLÜMDƏN QORXMAYAQ?

Bunun üçün əvvəlcə gərək o amillər ki, ölümdən qorxmağa səbəb olur, onları aradan götürək. Yə`ni ölümü məhv olub getmək, yox olmaq kimi dayaz düşüncələrə əqli surətdə və Qur`anın bizə göstərdiyi yol ilə aydınlıq gətirmək lazımdır və bu yol ilə "ölümdən qorxu" ilə mübarizə aparmaq gərəkdir.

Əgər qorxu – mal-dövlət, oğul və əhl-əyaldan ayrılmaq səbəbinədirsə və ürəklərimiz bunlara bərk bağlıdırsa, bilməliyik ki, əgər Allah-taala ölüm ayağında bizi malımızdan, övladımızdan və fani dünya evindən ayırırsa, əvəzində digər ne`mətləri ki, dünya ne`mətləri ilə müqayisə olunmazdır, onları bizim ixtiyarımıza qoyur. Biz də həyatda sə`y edək ki, zahid olaq (nəfsimizə qul olmayaq) və imkan verməyək ki, dünya naz-ne`məti ürəyimizi o dərəcədə əsir etsin ki, onlardan ayrılmaq yaramızın üstündə quruyub yapışmış tənzif parçasını çəkib çıxartmaq kimi çətin və ağrıverici olsun. Əlbəttə, bu, o demək deyil ki, mal-dövlət pis şeydir; yox, onlara könül bağlamaq və onlardan ayrı düşmək ölümdən qorxmağa səbəb ola, bu özü təhlükəli bir xüsusiyyətdir. Yox əgər o mal-dövlətlə özünə axirət günü üçün gün ağlamış olsa, onda insan nəinki ölümdən qorxar, hətta ölümü özünə şərəf bilər.

Əgər qorxu öləndən sonrakı qorxulu və qaranlıq bir aləmə düşmək səbəbindəndirsə, onda bilməliyik ki, ölüm yolu qaranlıq bir yol deyil, insan təkamülünün bir mərhələdən başqa bir mərhələyə keçməsi, lazımi və gözəl bir dərəcəyə çatması kimidir. Fani məkandan əbədi bir saraya köç etməklə ki, bu mərhələdə təkamül və inkişaf prosesi keçir, bu lazımi, hətta zəruri bir mərhələdir.

Əgər ölümdən qorxu, imanımızın kamil olmamağı və saleh əməllərimizin az olmağı üzündəndirsə, belə halda özümüzü gərək təqva vasitələri ilə təchiz edək. Qur`an bizə buyurur: "Özünüzlə yol azuqəsi götürün. Şübhəsiz ki, sizin üçün ən yaxşı yol azuqəsi təqvadır." ("Bəqərə"-197)

Əgər qorxu əhdə xilaf çıxmağımız və günahlarımızın çoxluğundandırsa, onda gərək bilək ki, Xudavəndi-aləm Rəhman və Rəhimdir, günahları bağışlayandır. Məhz bunu başa düşdüyümüzə görə ömrümüzün qalan hissəsini günah işlərdən çəkinmək və savab işlər görməklə başa vurmalıyıq, belə olan halda ölüm qorxusu qəlbimizdən silinər.

Peyğəmbəri-Əkrəm Œ buyurur: "Əgər bilsəydiniz ki, Allah-taalanın lütfü və mərhəməti nə qədər böyükdür, buna e`timad bəsləyib, qorxu-hürkü bilməzdiniz. "

Bəli, ölümdən qorxu və vahimə bir çox günahların nəticəsidir ki, Qur`an buna işarə olaraq buyurur: "O kəslər ki, artıq günahlara mürtəkib olublar, onlar ölməyi heç vaxt arzu etməzlər".

Mə`sum imamların münacatlarında da məaddan qorxmağı ki, vacibatı əldən verməklə, böyük günahlara mürtəkib olmaqla vücuda gəlir, o cür həqir bəndələr haqqında çoxlu dualar vardır. Bununla belə bizim ölümdən qorxmağımıza səbəb, ifrat dərəcədə əhdə xilaf çıxmağımızın acı nəticəsidir ki, onun da nicat yolu, günahlardan tövbə etməklə həyata keçir.

TÖVBƏ-YEGANƏ YOLDUR

Ölümdən qorxmağın səbəb və əlamətləri və onları nə cür aradan qaldırmaq suallarına cavab tapdıqdan sonra yenə Qur`an və rəvayətlərin sorağına gedib günahlardan təmizlənməyin yeganə yolu olan "tövbə" haqqında söz açmaq və bununla bağlı bə`zi məsələləri sizin nəzər-diqqətinizə çatdırmaq istəyirik.

TÖVBƏNİN MƏ`NASI

Tövbə-qayıtmaq mə`nasındadır.

Qur`anda "qayıtmaq" həm Allaha, həm də insana aid edilir.

"Allaha tövbə etmək"-yə`ni Allahın lütf mərhəmətini özünə qaytarmaq, rəğbətini qazanmaq.

"İnsanın tövbə etməsi"-yə`ni insanın (keçmiş nöqsanlı əməllərindən) getdiyi əyri yoldan qayıdıb, Allahın haqq yolu ilə getməsidir.

Həmçinin, insanın hər bir "tövbə"sində, Allahın iki tövbəsini görürük. Belə ki, əvvəl Allah "tövbə" edir-yə`ni lütfünü Öz günahkar bəndəsinə qaytarır və bu lütfkarlıq naminə insan öz bəd əməllərinə diqqət yetirir. Öz günah və nöqsanlarını görüb duyduqdan sonra özü də tövbə edib, əməllərindən peşman olur və batil yoldan qayıdır. Bu halətdən sonra dübarə Allah, lütf göstərib Öz bəndəsinin tövbəsini qəbul edir, sanki, ata öz övladına mərhəmət göstərər və öz sərmayəsini övladına bağışlayar. Bu sərmayə ilə övlad özünə maya tutar. Övlad maya tutub zənginləşəndən sonra ata dübarə həmin sərmayəni övladından neçə qat baha qiymətə geri alar ki, belə bir faydalı ticarətlə oğul atanın iki dəfə ona lütf göstərməyi sayəsində düşdüyü ağır vəziyyətdən xilas olur.

Bəli, insanın bir dəfə "tövbə" etməsi, Allah-taalanın lütfkarlıq göstərib, iki dəfə "tövbə" etməyi müqabilində qərar tutur, bu tərtib ilə ki:

Əvvəl-Allah-taala, insana öz eybini görməyi və diqqət yetirməyi əta edir.

İkinci-insan öz əməlindən peşman olub, o eyiblərdən və günahlardan tövbə edir.

Üçüncü-mərhəmətli Allahın bu tövbəni bəyənib qəbul etməsi ki, bu da uca Xaliqin təkrar lütfkarlığı və böyüklüyü sayəsində vücuda gəlir.

Bu da, bir daha Xudavəndi-aləmin Öz günahkar bəndələrinə qarşı nə dərəcədə mehriban və qayğıkeş olmasına aşkar bir dəlildir.

Qur`an bu həqiqəti belə bəyan edir: "Allah öz lütfünü onlara şamil edir və onlar anlayırlar ki, bəd işlərə qoşulublar, sonra o adamlar öz diqqətlərini tövbəyə yönəldirlər və öz əməllərindən peşman olub tövbə edirlər. Bir daha Allah-taala mərhəmət göstərib tövbələrini qəbul edir və onları bağışlayır. "

Həzrət Əli ´ tövbəyə belə mə`na verir: "Tövbə-4 mərhələdən keçir:

1-Qəlbən peşman olmaq;

2-O peşmançılığı tövbə etməklə dilinə gətirmək;

3-Keçmiş günahları tərk etmək;

4-Gələcəkdə bir də o günahları təkrar etməməyinə dair ciddi qərarda olmaq.


 

15-ci dərs

TÖVBƏNİN ME`YARI

Peyğəmbəri-Əkrəmin Œ hədislərində tövbə etmək bəyanında çox ali və diqqətəlayiq tövsiyələri vardır ki, onlardan bir neçəsini sizin diqqətinizə çatdırmaq istəyirik.

Bir şərif hədisdə buyurur: "Bilirsinizmi ki, əsil tövbəkar kimdir?" Cavab verdilər ki: "Xeyr, bilmirik".

Buyurdu: "Birincisi, əgər günahkar insan öz günahlarından tövbə etsə, lakin ehtiyacı olanlar və məzlumlar ondan razı qalmasalar-o, əsil tövbəkarlardan hesab olunmur.

İkincisi, hərgah bir adam tövbə etmiş ola, lakin onun zahiri görkəmində bir dəyişiklik olmasa, yenə tövbə etməmiş kimidir.

Üçüncüsü, hərgah şəxs tövbə edə, lakin ictimai məsələlərdə və fasid adamlarla əvvəlki əlaqələrini davam etmiş olsa (yə`ni onlarla yenə əvvəlki kimi durub-otursa) və başqaları ilə əvəz etməsə, sanki əsla tövbə etməyib.

Dördüncüsü, insan tövbə etmiş ola, lakin onun hərəkətində və rəftarında islami nişanələri büruzə verməsə, yenə onun tövbəsinin bir əsası yoxdur.

Beşincisi, insan tövbə edə, lakin ailəsi ilə münasibətdə və övladının tə`lim-tərbiyəsi islami xarakter daşımasa və əgər zinakarlıqla məşğul imişsə, o yoldan qayıtmasa, yenə tövbəkarlardan hesab olunmur.

Altıncısı, insan tövbə edə, lakin onun qəlbi, ruhu və fikrində və ictimai münasibətində əsaslı bir dəyişiklik olmasa, fikri Allaha yox, insanları özündən razı salmaq olsa, təkəbbürü, kin-küdurəti, paxıllığı və riyakarlığı kənara qoymasa, maddi rifahını haram üzərində qurarsa, yenə də onun tövbəsinin bir əsası yoxdur.

Yeddincisi, insan tövbə etmiş ola, lakin ruhu pərvaz tapmasa və əvvəlki kimi dar düşüncəli ola, həmçinin öz köməyini başqalarından əsirgəmiş ola, yenə tövbəkar sayıla bilməz.

Səkkizincisi, hərgah tövbə etmiş ola, lakin xəyalpərvərliyindən, bitib-tükənməz arzularından əl çəkə bilməsə, öz dilini yalan danışmaqdan, qeybət etməkdən saxlamasa, insanların könlünə dəyməkdən, yalandan and içməkdən, yalandan şahidlik etməkdən, şayiə gəzdirməkdən, söz gəzdirməkdən, iftira deməkdən, şər və böhtan atmaqdan və s. bəd əməllərdən çəkinməsə, həqiqətdə tövbə etməmiş kimi olur.

Doqquzuncusu, bir kəs tövbə etmiş ola, lakin öz qazancını lazımi yerlərə məsrəf etməyə, yə`ni məhrumiyyətlər içərisində yaşayan kasıb adamlara qarşı biganə olsa, ehtiyac içində yaşayanlara öz kömək əlini uzatmasa, tövbə etməmiş kimidir.

Əziz və sevimli Peyğəmbərimiz Œ tövbə haqqında yuxarıda zikr olunanları bəyan etdikdən sonra öz şərəfli kəlamına bu cür davam etdi: "Hərgah tövbə etmiş hər bir şəxs yuxarıda izah olunan həmin 9 sifətə malik olmuş olsa, o, həqiqi tövbəkarlardan sayılır."

TÖVBƏNİN NÖVLƏRİ VƏ ŞƏRTLƏRİ

Necə ki, hər növ xəstəlik üçün xüsusi dava-dərman var, hər bir günaha münasib də tövbə vardır.

Məsələn, həqiqəti gizlətməkdən tövbə etmək. Yə`ni haqqı (ki, insanlara nicat verə bilər) açıq-aşkar söyləməlidir. Əgər deməsə, onda günah etmiş olur. Qur`an bu cür adamları təhdid və xəbərdarlıq edərək belə buyurur: "Hərgah həqiqəti gizlədənlər tövbə edərək öz nöqsanlarını islah etmiş olsalar və məxfi saxladığı dini həqiqətləri xalqa bəyan etsələr, Mən də Öz lütf və mərhəmətimi ona qaytararam. Çünki, Mən tövbə qəbul edənəm və rəhimliyəm". ("Bəqərə" surəsi, 160)

Qur`anda çox az ayə olar ki, tövbədən söz açmasın və onun vəzifələrini bəyan etməmiş olsun. Məsələn, Qur`anda tövbə edib, özünü islah etmək hökmü ilə əlaqədar ifadələrə çox rast gəlmək olur, yə`ni qəlbən peşman olub və əməllərindən tövbə edən şəxs, keçmişdə etdiyi günahlardan özünü islah etsin.

Məsələn, münafiqlərin tövbə etməkləri bəyanında Qur`an belə buyurur: "Şübhəsiz ki, münafiqlər odun ən alt qatındadır. Bir kimsə tapmazsan ki, onlara yardım edə. Ancaq tövbə eləyənlər, islah olub düzələnlər, Allaha sığınanlar və Allah naminə dinə könüldən dönənlərə aid deyil." ("Nisa" surəsi, 145-146)

Ayədən də göründüyü kimi, hər bir kəsə qarşı rəhmli və mərhəmətli olan Allah, ən böyük günahlara mürtəkib olan bəndələri üçün də bir nicat yolu qoyub, o da ki, bəd əməllərindən xalis tərzdə tövbə etməkdir.

"Tövbə"-bütövlükdə Allah yanında mühüm bir əməl olduğundan, Qur`anda ayrıca olaraq "Tövbə" surəsini nazil etmişdir. Bu surədə müşriklərə "tövbə" edib, Allah yoluna gəldikdə onlara namaz qılıb, zəkat verməklərini qət`i olaraq tapşırır ("Tövbə" surəsi, 9-11).

Digər ayələrdə görürük ki, Allaha iman gətirmək, əməli saleh olmağın şərtləri kimi bəyan olunur.

Müxtəsər kəlam odur ki, tövbə təkcə əməldən peşman olmaq deyil, insanların haqqını özlərinə qaytarmaq və həm də Allahın haqqına əncam verməkdir. Həmçinin pisliklər-yaxşılıqla, haqqı gizlətmək-aşkarlıqla, küfr-imanla, şirk (Allaha şərik qoşmaq)-tovhidlə (tək Allahlıqla) əvəz oluna və təsbit edilə ta ki, insan həqiqi tövbəkarlardan sayıla.


 

Home page book