back page

DÜNYA VƏ AXİRƏT MACƏRALARI

next page

 

Höccətül-islam vəl-müslimin ağayi hacı Əbdur-Rəhman Yusifpur həzrətlarının elmi əsərləri İran və Azərbaycan oxucularına yaxşı tanışdır. Onun "Elm ilə dinin vəhdəti", "Orucluq ayının duaları", "Həcc ziyarəti", "İslam dinində qadın məsələsi", "Peyğəmbər və Əhli-beyt", "Kərbəla və Məşhəd ziyarəti", "İslam tarixi" kitabları İslam aləmində özünəməxsus yer tutur. Zəmanənin nəbzini tutan sadə və rəvan dildə yazılan bu kitablar hər bir oxucu üçün anlamlıdır. Müəllif yorulmaq bilmədən İslam dininə xidmət edən alimlərdəndir. Onun yeni yazmış olduğu "Dünyadan qəbirə, qəbirdən həşrə, həşrdən əbədi həyata" adlı elmi əsəri çox maraqlı və dövrün oxucuları üçün lazımlı bir kitabdır. Kitabda ən həssas nöqtə əqidə və inam məsələlərdir. Əsasən məad bəhsi, yə`ni yenidən dirilmə, qayıdış, qiyamətin bərpa olmaq məsələləri Qur`an ayələri, imamların buyurduqları və həyati misallarla geniş izah edilmişdir. Habelə, materialist alimlərinin özlərindən də tutarlı dəlillər gətirilmişdir. Qiyamət gününün təsviri, hesab, mizan, şahidlik, vicdan və bu kimi digər məsələlər geniş izahlarla öz əksini tapmışdır. Həmçinin sirat körpüsü, cənnət və cəhənnəm məlaikələrinin rolu geniş surətdə açıqlanmış, sadə dildə verilmişdir. Əsəri oxuyan hər bir oxucunun elmi dərəcəsindən asılı olmayaraq istər-istəməz İslam dininə rəğbəti artır, daxilində əqidə və inam çırağı işıqlanır. Baxmayaraq özüm də ruhaniyəm, əsəri oxuyarkən xüsusi ləzzət aldım. Azərbaycan oxucularına məsləhət bilərdim ki, kitabı əldə etsinlər və özlərinin stolüstü kitabı kimi istifadə edib nəticə çıxarsınlar.

Əsəri diqqətlə oxudum, demək olar ki, onda heç bir nöqsan yoxdur. Əsərdə müsəlmana İslam dinində olan müqəddəs qanunları öyrənmək, onlara inanıb əməl etmək, dünya və axirət məs`uliyyətini dərk edib, Allah istəyən kimi dünyadan köçmə yolları açıq-aydın göstərilmişdir.

Yusifpur həzrətlarına yeni-yeni əsərlər yazmaq, İslama, şəriətə elmi əsaslarla rəvac verməyi arzulayıram.

Axund hacı Mirəziz Seyidzadə

Elmi-dini şuranın üzvü

 

Home page book